PMS 50 tablet istifadə qaydası necədir?
PMS 50 tablet - Menstruasiya pozğunluqları zamanı istifadə olunan preparatdır.

PMS 50 haqqında məlumat
PMS 50 qiyməti
PMS 50 tabletka qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə PMS 50 qiyməti 28 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan PMS 50 tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
1 həbdə( 550 mg)
Maqnezium oksid (Magnesium oxide ) -250 mq,Adi Ərküdə (Chaste tree fruit dry extract) -50,00 mq,Vitamin E ( Dl-alpha-tocopheryl acetate )-10,00 mq ,Vitamin B6 (Pyridoxine HCI )-1,22 mq, Vitamin D3 (100000 UI Cholecalciferol )-1,00 mkq ,Vitamin B2 (Riboflavin )-0,80 mq,Vitamin B1 (Thiamine HCI )-0,78 mq.Köməkçi vasitələr: microcrystalline cellulose,silicon dioxide,magnesium stearat
Farmokoloji xüsusiyyətlər:
Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarında mövcuddur və hüceyrələrin normal fəaliyyəti üçün lazımdır, maddələr mübadiləsinin əksər reaksiyalarında iştirak edir. Sinir impulslarının ötürülməsinin və əzələlərin yığılmasının tənzimində iştirak edir. Adi ərküdə - dofaminergik təsir göstərərək qanda prolaktinin miqdarını azaldır. Hormonal disbalansı normallaşdırır. Süd vəzi toxumasının proliferasiyasının qarşını alır. Ödəm və mastalgiyanı aradan qaldırır. E vitamini – yağda həll olan vitamindir, güclü antioksidant və radioprotektiv effektlərə malikdir. E vitamini zülalların biosintezi, hüceyrənin proliferasiyası, toxuma tənəffüsü və hüceyrə metabolizminin digər vacib proseslərində iştirak edir. Hemoqlobin, mioqlobin, sitoxromlar, katalaza və peroksidazanın sintezini stimullaşdırır, doymamış yağ turşularının oksidləşməsini tormozlayır. E vitamini orqanizmin toxumalarında oksigen sərfiyyatını artırır. Angioprotektiv təsirə malikdir, damarları tonuslandırır, damar divarlarını möhkəmləndirir, qan damarlarını genişləndirir, qanı duruldur, laxtalanmanın qarşısını alır, periferik qan dövranını yaxşılaşdırır, yeni kapilyarların yaranmasını stimullaşdırır. Qan plazmasında lipidlərin səviyyəsini normallaşdırmaqla xolesterinin sintezini inhibə edir. E vitamininin immunomodullaşdırıcı effekti T-hüceyrəvi və humoral immunitetin stimulyasiyası ilə əlaqədardır. Tokoferol reproduktiv proseslərin – mayalandırma, dölün inkişafı, cinsi sistemin formalaşması və fəaliyyəti üçün əhəmiyyətli rola malikdir. Vitamin E hipofizin fəaliyyətinə təsir etməklə qonototorp hormonlar olan FSH və LH-ın sintezində iştirak edir. Yumurta hüceyrələrin yetişmə və ovulyasiyasına təsir edir, ruşeymi uşaqlıq boşluğunun divarına sirayət etməsinə hazırlayır. Piridoksin (vitamin B6) bir çox metabolik proseslərdə, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir.
Vitamin B6 maqneziumun mədə bağırsaq traktından sorulmasını və hüceyrələrə daxil olmasını yaxşılaşdırır. D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. D vitaminin çatışmazlığı sümüklərin daha kövrək və zəif olmasına səbəb olur. D vitamini həmçinin orqanizmdə limfokinlərin sintezini artırmaqla immun sistemini gücləndirir.
D vitamini orqanizmdə piy və əzələ toxumasında depolanır. T ½ 19-25 saat təşkil edir. Böyük bir hissəsi ödlə, çox az bir hissəsi isə böyrəklərlə xaric olur. Vitamin B2 (riboflavin)- hüceyrə tənəffüs prosesinin katalizatorudur, görmə qabiliyyətini yaxşılaşdırır, toxumaların regenerasiyasında iştirak edir. Vitamin B6 mənimsənilməsinə yardım edir. Sinir ötürcülüyünü yaxşılaşdıraraq, mərkəzi və vegetatativ sinir sistemin fəaliyətini normallaşdırır. Vitamin B1 suda həll olan vitamindir. Zülalların, karbohidratların və yağların mübadiləsində iştirak edir. Sinir hüceyrələrin fəaliyətini yaxşılaşdırır.
İstifadəsinə göstərişləri:
- Predmenstrual sindrom (süd vəzilərində ödəm, ağrı; baş ağrıları, qəbizlik)
- Menstrual pozğunluqlar: menorragiya, dismenoreya, amenoreya
- Klimakterik sindrom
- Mastopatiya
- Fibromiomalar
- Hormonal disbalans
İstifadə qaydası:
18 yaşdan yuxarı qadınlara 1 tablet gündə 2 dəfə
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq
Buraxılış forması:
№ 30 (2 x 15) blister
İstehsalçı:
Pharmalife Research, İtaliya
Azərbaycanda distribütor:
HealPro MMC
PMS 50 nə üçündür?
Menstruasiya pozğunluqları zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






