Solidofer nədir? nə üçündür?

Solidofer - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Oct 1, 2024 - 09:36
 0
Solidofer nədir? nə üçündür?
Solidofer

Solidofer haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solidofer qiyməti

Solidofer dərman qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Solidofer qiyməti 23 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solidofer tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ

Dəmir (dəmir qlükonat kimi) (Iron (as Iron gluconate)) – 28 mq
Vitamin C (Askorbin turşusu (Ascorbic Acid)) – 55 mq
Fol turşusu (Folic Acid) – 400 mkq

KÖMƏKÇİ MADDƏLƏR:
ikiəsaslı kalsium fosfat (dibasic calcium phosphate), bitki mənşəli maqnezium stearat (vegetable magnesium stearate), talk (talc), silisium dioksid (silica), maltodekstrin (maltodextrin). Parladıcı maddə (glazing agent): jelatin (gelatine).

BURAXILIŞ FORMASI:

Kapsul

QABLAŞDIRMA FORMASI:

№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:

Dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

İSTİFADƏ QAYDALARI VƏ DOZA:

14 yaşdan yuxarı uşaqlar və böyüklər (qadın cinsinin nümayəndələri): 1 kapsul gündə 1 dəfə.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı hiperhəssaslıq, hemolitik anemiya, hemoxromatoz, hemosideroz, aplastik anemiya

MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Bioloji fəallığa malik qida əlavəsidir.

SAXLANMA ŞƏRAİTİ:

25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il.

MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:

“WISE PHARMA” LP Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. GLASGOW – ŞOTLANDİYA.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

“GRICAR CHEMICAL S.R.L”, İtaliya.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)

Solidofer nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  3. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow