Ayıqulağı yarpağı faydaları nələrdir?

Ayıqulağı yarpağı böyrəklərdə daim sidiyin ifrazını stimullaşdırdığı üçün bu xəstəliklər zamanı çoxlu bakteriya, xəstəlik törədən mikrobların sidiklə orqanizmdən tez bir zamanda xaric olmasını asanlaşdırır.

Sep 20, 2024 - 18:59
Sep 20, 2024 - 18:59
 0
Ayıqulağı yarpağı faydaları nələrdir?
Ayıqulağı yarpağı

Ayıqulağı yarpağı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ayıqulağı yarpağı qiyməti

Ayıqulağı yarpağı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ayıqulağı yarpağı qiyməti 3 azn - 5 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ayıqulağı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Ayıqulağı yarpaqlarının tərkibində 6%-dən çox arbutin, həmçinin metilarbutin, 30-35% piroqall aşı maddələri, qall turşusu, hallotannin, ellaq turşusu, ellaqotannin, ursol turşusu, hidroxinon, uvaol, hiperozid, kversetin, kversitrin, izokversitrin, merisitin, merisitrin, C vitamini, flavonoidlər, xına, qarışqa və digər turşular var.

Ayıqulağı yarpağı faydaları nələrdir?

Ayıqulağı yarpağı fenoloqlikozidlər – arbutin, metil-arbutin, erikolin, sərbəst hidroxinon, aşı maddələr, piroqalol, ursul turşusu, flavonoidlər, kversetin, qall turşusu kimi bir-birindən vacib əhəmiyyətli komponentlərlə zəngindir. Adi ayıqulağı klassik təbabətdə öz faydalı əhəmiyyəti ilə hər zaman özünəməxsus yer tutub. Onun bu vacib əhəmiyyəti yarpağının tərkibindəki arbutin və metil-arbutin qlikozidləri ilə əlaqədardır. Belə ki, arbutin qlikozidi orqanizmə daxil olduqdan sonra böyrək və sidik yollarından keçərək hidrolizə uğrayır, hidroxinona çevrilir. Hidroxinon isə orqanizmin süzgəci hesab olunan böyrəyin parenximasını qıcıqlandıraraq güclü sidikqovucu effekt verir. Bundan başqa hidroxinon böyrək ləyəni, sidik axarları, sidik kisəsi və sidik kanalından keçərək onları dezinfeksiya edir. Hidroxinon həm də dərini erkən qırışlardan qoruyur, onu ağardır, cavanlaşdırır. Yarpağının tərkibindəki flavonoidlər böyrək və sidik yollarında viruslara, mikrob və bakteriyalara öldürücü təsir göstərir. Onun tərkibindəki qall turşusu güclü antioksidant hesab olunur. Bədxassəli şişlərin inkişafını ləngidir.

İstifadə qaydası

Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. su hamamında dəmlənir, soyudulur, süzülür. Gündə 3-5 dəfə hər dəfə 1 xörək qaşığı yeməkdən 40 dəq. sonra qəbul edilir.

Ayıqulağı yarpağı nə üçündür?

Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow