Salukeya qiyməti və istifadə qaydası necədir?
Salukeya bioloji fəallığa malik qida əlavəsidir və haqqında ətraflı məlumat əldə etmək üçün platformamıza daxil ola bilərsiniz.

Salukeya haqqında məlumat
Salukeya qiyməti
Salukeya qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Salukeya qiyməti 33 azn - 37 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Salukeya qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
Tərkibi:
Hər kapsulun tərkibində:
- Soya izoflavonları – 87,5 mq;
- Onaqra yağı – 500 mq;
- Tokoferol asetat – 10 mq.
Xüsusiyyətləri:
Soya izoflavones – tərkibində fitoestrogenlər, polidoymamış yağ turşuları və E vitamini olan kombinə olunmuş preparatdır. Qadın orqanizmində estrogen hormonların çatışmazlığını aradan qaldıran əvəzedici hormonal terapiyanın alternatividir.
Soya izoflavonları (fitoestrogenlər) – quruluşuna görə estradiol ilə oxşar olduğuna görə orqanizmdə estrogenə həssas reseptorlarla birləşib estrogenin funksiyasını həyata keçirir. Buda öz növbəsində yumurtalıqlarda, süd vəzilərində estrogendən asılı törəmələrin (süd vəzisinin bədxassəli şişləri, yoğun bağırsaq və düz bağırsaq xərçəngi) inkişafının qarşısını alır. Soya izoflavonları klimakterik mənşəli psixoemosional və vegetativ-damar pozğunluqlarının (isti basmaları, baş ağrısı, uşaqlıq yolunun quruluğu, qeyri-müntəzəm aybaşı, əhval-ruhiyyənin dəyişməsi, ümumi narahatlıq) təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflavonları hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərməklə, həm də antioksidant xassələri sayəsində osteoporozun və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Onaqra yağı – tərkibində prostaqlandinlərin sələfləri olan külli miqdarda polidoymamış yağ turşuları vardır ki, bunun sayəsində qanda xolesterinin səviyyəsini azaldır. Qan dövranını yaxşılaşdırır, arterial təzyiqi aşağı salır və tromb əmələ gəlmə riskini azaldır. Mərkəzi sinir sistemini sakitləşdirir, nevroz və əsəbilik əlamətlərini aradan qaldırır. Orqanizmin hormonal balansını tənzimləyir.
Tokoferol asetat (E vitamini) – aydın təzahür edən antioksidant xassələri vardır, hem və zülal sintezində hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə iştirak edir. E vitamini eritrositlərin hemolizinin qarşısını alır, kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır. Birləşdirici toxumanın hüceyrəarası maddəsinin, kollagen və elastin liflərinin, damarların saya əzələlərinin formalaşmasını stimulə edir.
Göstərişləri
Salukeya nə üçündür?
· Klimakterik dövrdə müşahidə olunan pozğunluqlar zamanı aparılan əvəzedici hormonal müalicənin təbii alternativi olub, estrogendən asılı şişlərin (süd vəzisinin xərçəngi, yoğun bağırsaq və düz bağırsağın xərçəngi) inkişafının qarşısını alır.
· Preklimakterik və klimakterik dövrdə sinir-vegetativ pozğunluqların (isti basmalar, emosional həssaslıq və s.); dəridə atrofik proseslərin (dermatit, ekzema, seboreya) və sidik-cinsiyyət üzvlərinin selikli qişalarının quruluğunu aradan qaldırılması və yüngülləşdirilməsi məqsədi ilə təyin edilir.
· Postmenopauza dövründə osteoporozun və ürək damar xəstəliklərinin (hipertoniya xəstəliyi, ateroskleroz və s.) profilaktikası məqsədi ilə təyin edilir.
İstifadə qaydası və dozası
Preparat gündə bir dəfə, 1 kapsuladan qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Əlavə təsirləri
Allergiya reaksiyalarının baş verməsi mümkündür.
Əks-göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Ehtiyyat tədbirləri
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın
Buraxılış forması
Soya İzoflavones, 50 kapsul, flakonlarda buraxılır.
DƏRMAN VASİTƏSİ DEYİL.
İstehsalçı
HC Clover S.L.
Edificio Central Plaza Urbis.
Via dos Castillas, 15 -10 puerta G
28224 Pozuelo de Alarcon Spn.
Lisenziya sahibi
Pharminicio, S.L.
C/Aribau 168-170
08036 Barcelona (Spain)
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






