Qamalate B6 tabletka nə üçündür?

Qamalate B6 tabletka - Sinir oyanıqlığında, depressiya zamanı, beyin qan dövranı pozğunluğunda, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Sep 8, 2024 - 20:19
Sep 8, 2024 - 20:21
 0
Qamalate B6 tabletka nə üçündür?
Qamalate B6 tabletka

Qamalate B6 tabletka haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qamalate B6 tabletka qiyməti

Qamalate B6 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qamalate B6 tabletka qiyməti 21 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Qamalate B6 tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi.

Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 75 mq maqnezium qlütomat hidrobromid, 75 mq qamma-aminoyağ turşusu (QAYT), 37 mq qamma-amino-beta-hidroksiyağ turşusu (QAHYT), 37 mq Vitamin B6 vardır.
Köməkçi maddələr: aerosil 200, oral polivinilpirrolidon, Primogel, magnezium-stearat, talk, qarğıdalı nişastası.

Farmakoterapevtik qrupu

Sinir sisteminə təsir edən kombinəolunmuş preparat
ATC kodu: NO7X

Farmakoloji xüsusiyyətləri.

GAMALAT B6 preparatının xüsusiyyətləri onun tərkibinə daxil olan komponentlərdən asılıdır. Tərkibindəki serebrotonik aminturşular (QAYT, QAHYT) yüngül sedativ maddə (maqnezium qlütomat hidrobroşid) və B6 vitaminin kofermenti baş beyinə energetik və neyrorequləedici təsir göstərir. QAYT əsas mediator olub, mərkəzi tormozlanma prosesslərində iştirak edir; QAYT-ın təsirindən beyinin energetik prosessləri aktivləşir, toxumaların tənəffüs aktivliyi artır, beyinin qlükozanı mənimsəməsi və qan dövranı yaxşılaşır. Serebral patologiya zamanı baş beyində sinir prosesslərinin dinamikasını, yaddaşı və düşüncəni (nootrop təsir) yaxşılaşdırır. Amin turşular və vitamin B6 beyin mübadiləsində iştirak edir və sinir hüceyrələrinin energetik potensialını artırır. GAMALAT B6 intelektual keyfiyyətin səviyyəsini artırır, beyin qan dövranının pozulmasından sonra hərəkətin və nitqin bərpa olunmasına yaxşı kömək edir.

İstifadəsinə göstərişlər.

Böyüklərdə:
Funksional asteniyalar
Emosional qeyri-stabillik
Yaddaşın və diqqətin zəifləməsi
Adaptasiya mexanizmlərinin zəifləməsi
Uşaqlarda:
Diqqətin pozulması və məktəbdə qavramanın zəifləməsi
Sosial, ailə və məktəb dezadaptasiyaları

Əks göstərişlər.

Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi.

Hamiləlik zamanı preparatın qəbulu tam öyrənilmədiyindən istifadə edilməsi məsləhət deyil.

İstifadə qaydası və dozası.

Böyüklərə:
Gündə 2-3 dəfə 2 tablet.
Uşaqlara:
2 yaşa qədər: gündə 3 dəfə ½ tablet;
2 yaşdan 4 yaşa qədər: gündə 2 dəfə 1 tablet;
4 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə 1 tablet;
7 yaşdan yuxarı: gündə 2 dəfə 2 tablet.
Bu dozalar həkim təyinatı ilə dəyişə bilər.

Əlavə təsirləri.

Yüksək dozalarda istifadə olunduqda yüngül mədə narahatçılığı ola bilər ki, o da dozanı azaltdıqda aradan qalxır.

Doza həddinin aşılması.

Preparat minimal toksikliyə malik olduğundan dozanın artıqlığı heç bir simtomla müşayiət olunmur.

Buraxılış forması.

20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti.

30C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti.

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti.

Resept əsasında buraxılır.

İstehsalçı.

FERRER INTERNACIONAL, S.A.
Gran Via Carlos III, 94 BARCELONA (İSPANİYA)

Qamalate B6 tabletka nə üçündür?

  1. Neyrosirkulyator distoniya  (NSD)
  2. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  3. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  4. Depressiya zamanı istifadə olunan dərmanlar
  5. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow