Qamalate B6 sirop istifadə qaydası necədir?

Qamalate B6 sirop - İnsult zamanı, beyin qan dövranı pozğunluğunda, xroniki yorğunluq sindromu və asteniya zamanı, yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında istifadə olunan preparatdır.

Sep 8, 2024 - 19:35
Sep 8, 2024 - 19:56
 0
Qamalate B6 sirop istifadə qaydası necədir?
Qamalate B6 sirop

Qamalate B6 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qamalate B6 qiyməti

Qamalate B6 sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qamalate B6 qiyməti 20 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Gamalate B6 məhlul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: 100 ml oral istifadə üçün məhlulun tərkibində 2 q maqneziumqlütomat hidrobromid, 2 q qamma-aminoyağ turşusu (QAYT), 1 q qamma-amino beta-hidroksiyağ turşusu (QAHYT) və 1 q Vitamin B vardır. 6
Köməkçi maddələr: limon turşusu, natrium saxarin, metil parahidroksibenzoat, propilparahidroksibenzoat, moruq essensiası, narıncı rəng PAL super 85% C.İ.15,985, sorbitol, təmizlənmiş su.

Təsviri

Oral istifadə üçün məhlul, burulma (vintil) qapaqlı, kəhraba rəngli şüşə flakonda.

Farmakoterapevtik qrupu

Psixoanaleptik. Digər psixostimulyatorlar və nootroplar

ATC kodu: N06BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Qamma-aminoyağ turşusu (QAYT) post-sinaptik inhibitor kimi təsir göstərir. İnsan beynində metabolizmə uğrayaraq transaminləşmə və dekarboksilləşmə nəticəsində Krebs dövranına aid olan kəhrəba turşusuna çevrilir. Baş beyində QAYT-ın vəziyyətinə və tərkibinə təsir göstərən faktorlar beynin fəaliyyətinə nəzərəçarpacaq təsir göstərir. Beləliklə, QAYT-ın səviyyəsi qlütamin turşusunun dekarboksilləşməsindən və QAYT-ı aradan qaldıran transaminazanın aktivliyindən asılıdır. Yüksək oyanıqlıq vəziyyətlər zamanı sinaptik ötürmələr səviyyəsində anomaliyalar aşkar olunur. QAYT-ın tərkibindəki qlütamin turşusunun fermentativ transformasiyası üçün lazım olan səviyyəsi o hallarda azalır ki, QAYT və qlütamin turşusu, neyrotrasmissiya modulyatorunun səviyyəsi isə artmış olsun. Qamalat B6- nın fuksiyası xarici təsirlər nəticəsində QAYT çatışmazlığının təcili bərpası və onun sinaptik səviyyədə istehsalında iştirak edən metabolik biokimyəvi proseslərinin əlavə olaraq normallaşdırılmasından ibarətdir. Tərkibində QAYT və QAHYT (QAYT-ın prekursoru) olduğuna görə yüksək oyanıqlıq vəziyyətlərdə (aşırı həyacanlı hallarda) QAYT-ın azalmış səviyyəsini dərhal bərpaetmə qabiliyyətinə malikdir. Tərkibindəki MQH (maqneziumqlütomat hidrobromid) qlütamat reseptorlarının aqonisti kimi fəaliyyət göstərərək reseptorları blokada edir, bu səbəbdən əmələ gələn qıcıqlanmanı aradan qaldırır. Bundan əlavə, qlütamin turşusunun QAYT-a çevrilməsində koferment rolunu oynayan piridoksin bu metabolik çevrilməni aktivləşdirir.
Farmakokinetikası
Qamalat oral məhlul daxilə qəbul zamanı yaxşı sorulur.

İstifadəsinə göstərişlər

Böyüklərdə:
• Funksional asteniyalar zamanı
• Emosional labillik
• Fikrin dağınıqlığı və yaddaş pozğunluğu
• Depressiya və əsəb pozğunluqları
• Adaptasiya mexanizmlərinin pozulması
Uşaqlarda:
• Uşaqlarda davranış pozğunluğu (hiperaktivlik) və əqli inkişafdan geriqalma
• Diqqətin və tədrisi qavramanın zəifləməsi
• Sosial, ailə və məktəb dezadaptasiyası

Əks göstərişlər

Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tərkibində metilparahidroksibenzoat, propilparahidroksibenzoatın natrium duzu, sorbit. Bu dərman vasitəsinin tərkibində sorbit vardır. İrsi fruktoza qəbul edə bilməyən pasiyentlər bu dərmanı qəbul etməməlidirlər. Bu dərman vasitəsini tərkibində hər 5 ml-də 3 q sorbit olduğu üçün zəif işlədici təsir göstərə bilər. Sorbitin kalori dəyəri 2,6 kkal/q-dır. Onun tərkibində narıncı sarısı S (E 110) olduğuna görə, xüsusən də asetilsalisilə qarşı allergiyası olan pasiyentlərdə astma əmələ gətirə bilər.

Preparatın tərkibində metilparahidroksibenzoat, propilparahidroksibenzoatın natrium duzu olduğundan allergik reaksiyalar (gecikmə də mümkündür) meydana gələ bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın qəbulu tam öyrənilməyib. Hamilə, hamiləliyi planlaşdıran və laktasiya dövründə olan qadınlara yalnız o halda təyin edilə bilər ki, gözlənilən terapevtik effekt istənilən mümkün arzuolunmaz riskdən yüksək olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tədqiq edilməyib.

İstifadə qaydası və dozası

  • Daxilə qəbul edilir.
  • 0-2 yaş gündə 3 dəfə 2,5 ml
  • 2-4 yaş gündə 3 dəfə 5 ml
  • 4-7 yaş gündə 3 dəfə 10 ml
  • 7 yaşdan yuxarı gündə 2-3 dəfə 10 ml

Böyüklərə: gündə 2-3 dəfə 10 ml
Bu dozalar həkim təyinatı ilə dəyişə bilər

Əlavə təsirləri

Əlavə təsirlərinin tezliyi aşağıdakı parametrlə təyin edilir.
Çox nadir hallarda (< 1/10 000);
Sinir sistemində baş verən pozğunluqlar: ekstrapiramid reaksiyalar.
Respirator, torakal və ortadivar pozğunluqları: təngnəfəslik, bronxospazm
Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, təsadüfi diareya, kserostomiya, qəbizlik, xolestatik sarılıq.
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: qızartı, övrə, eritema, purpura, ekzema.

Doza həddinin aşılması

Preparat minimal toksikliyə malik olduğundan doza artıqlığı müşahidə olunmur. Hər hansı arzuolunmaz effekt olduqda simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

80 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

Saxlanma şəraiti

30 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FERRER İNTERNACIONAL, S.A.
Ünvan
Gran Via Carlos III, 94 08028 Barcelona (İSPANİYA)

Qamalate B6 nə üçündür?

  1. Neyrosirkulyator distoniya  (NSD)
  2. İnsult zamanı istifadə olunan dərmanlar
  3. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  5. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  6. Sinir oyanıqlığında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow