D-colerol 2000 (D-kolerol 2000) istifadə qaydası necədir?
D-colerol 2000 - Raxit zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

D-colerol 2000 haqqında məlumat
D-colerol 2000 qiyməti
D-colerol 2000 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə D-colerol 2000 qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan D-kolerol 2000 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
D-KOLEROL 2000 BV daxilə qəbul üçün yumşaq kapsullar
D-COLEROL
Təsiredici maddə: 1 kapsulda 2000 BV kolekalsiferol (50 mkq Vitamin D3) (qoyun yunundan alınan) vardır.
Köməkçi maddələr: zeyuin yağı, E vitamini, qida jelatini (mal ətindən alınan jelatin), təmiz su, qliserin, sorbitol.
Təsviri
Şəffaf, açıq sanya yaxın rəngdə, oval yumşaq kapsuldır.
Farmakoloji xüsusiyyətləri
D-KOLEROL-un tərkibində təsiredici maddə olan kolekalsiferol (qoyun yunundan alinan) (Kolekalsiferol, D3 vitamini kimi də adlanır) vardır. Köməkçi maddə kimi isə tərkibində qida jelatini (mal ətindən alınan jelatin) vardır.
İstifadəsinə göstərişlər
D vitamini çatışmazlığının müalicəsi, dəstəklənməsi və profilaktikası (qarşısının alınması) üçün istifadə edilir.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq), Ağır yüksek qan təzyiqi (hipertenziya)
İnkişaf etmiş damar gərginliyi (arteroskleroz),
Aktiv ağciyər vərəmi mövcud olarsa, bu dərman uzun müddət yüksək dozada istifadə edilməməlidir.
D hipervitaminozu (D vitamininin həddindən artıq miqdarda qəbul edilməsi və ya toplanması ilə bağlı olaraq yaranan bir xəstəlik olub, iştahanın itməsi, qəbizlik, du-manlı görmə və əzələ zəifliyi kimi simptomlarla müşayiət olunur).
Hiperkalsiemiya (qanda kalsiumun konsentrasiyasının normaldan yüksək olması) və ya hiperkalsiuriya (sidiklə xaric olan kalsiumun miqdarının artması). Nefrokalsinoz (böyrəktə kalsium kristallarının toplanması) və/və ya böyrəkdaşı (kalsium tərkibli) xəstəliyi.
Kalsium tərkibli böyrək daşlarının yaranmasına meyillilik,
Kalsiuma qarşı həssaslıq
Ciddi böyrək çatışmazlığı və ya ciddi böyrək problemlərinin olması
11 yaşdan aşağı körpələrdə və uşaqlarda istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər,
çox hərəkət etmirsinizsə,
benzotiadiazin törəməli diuretik (sidikqovucu) istifadə edirsinizsə,
böyrək funksiyalarınızda pozğunluq və ya anamnezinizdə böyrəkdaşı xəstəliyi varsa, sarkoidozunuz (bütün toxuma və orqanları əhatə edə bilən xroniki, qranulomatoz xəstəlik) varsa
Psevdohipoparatireozunuz (qalxanabənzərətraf vəzi çatışmazlığının müəyyən forması) varsa
Qaraciyər və ya böyrək xəstəliyiniz varsa
Tərkibində Dvitamini və onun törəmələri olan başqa bir dərman istifadə edirsinizsə
Mədə-bağırsaq sisteminizdə iltihab (enterit, kolit, divertikulit və xoralı kolit) varsa
Mədəaltı vəzin iltihabı (pankreatit) və mədə xorası (mədənin xora xəstəliyi) zamanı preparatın istifadəsini ciddi qiymətləndirmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə istifadəsi tövsiyə olunmur, əgər hamiləlik dövründə onların istifadəsi zəruri olarsa, həkim nəzarəti altında istifadə edilməlidir.
Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə profilaktik məqsədlə istifadəsi zamanı maksimum doza 1000 BV/gün-ü keçməməlidir.
Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Laktasiya dövrü
D-KOLEROL laktasiya dövründə həkim nəzarəti altında istifadə edilə bilər. Ana südünə nüfuz etdiyi üçün həkiminizin tövsiyə etdiyi şəkildə istifadə edin.
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
D-KOLEROL-un nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair hər hansı məlumat yoxdur.
İstifadə qaydası və dozası
D-KOLEROL daxilə qəbul edilir.
Har bir yumşaq kapsulda 2000 BV (50 mikrogram) Vitamin D3 vardır. 11 yaşdan kiçik uşaqlarda və körpələrdə istifadə edilməməlidir.
Uşaqlarda istifadəsi
11-18 yaşlı uşaq və yeniyetmələrdə D vitamini çatışmazlığının profilaktikası və müalicəsi üçün: gündəlik 400-800 BV doza ekvivalent şəkildə həftədə 1-2 ədəd D-KOLEROL 2000 BV yumşaq kapsul həkimin tövsiyə etdiyi şəkildə istifadə edilməlidir.
11-18 yaşlı uşaq və yeniyetmələrdə D vitamini çatışmazlığının müalicəsində gündəlik 3000-5000 BV doza ekvivalent şəkildə həftə ərzində gündə 2 ədəd D-KOLEROL 2000 BV yumşaq kapsul həkimin tövsiyə etdiyi şəkildə istifadə
edilməlidir.
11-18 yaşlı risk qrupunda dəstəkləyici müalicə və profilaktika üçün ən yüksək dözülə bilən doza gündə 2 ədəd D-KOLEROL 2000 BV yumşaq kapsuldur. Böyüklərdə istifadəsi
Vitamin D çatışmazlığının profilaktikasında və dəstəkləyici müalicəsində: gündəlik 600-1500 BV doza ekvivalent şəkildə həftədə 2-5 adad D-KOLEROL 2000 BV yumşaq kapsul hakimin tövsiyə etdiyi şəkildə istifadə edilməlidir.
Vitamin D çatışmazlığının müalicəsinda: gündəlik 7000-10000 BV doza ekvivalent şəkildə gündə 4-5 adad D-KOLEROL 2000 BV yumşaq kapsul hokimin tövsiyə etdiyi şəkildəvə müddət ərzində istifadə edilir,
Dəstəkləyici müalicə və riskli qrupların profilaktikası üçün ən yüksək dözülə bilən doza gündə 2 ədəd D-KOLEROL 2000 BV yumşaq kapsuldur.
Hədəf səviyyələri müşahidə etmək üçün, dəstəkləyici müalicənin başlanğıcından təqribən 3-4 ay sonra zərdabda 25(OH)D-nin səviyyəsi ölçülməlidir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, D-KOLEROL-un tarkibində olan maddələrə həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər.
Geniş kompleks klinik tədqiqatlar aparılmadığı üçün əlavə təsirlərin başvermə tezliyi məlum deyil.
D-KOLEROL-un normal dozalarda və müddətdə istifadəsi zamanı əlavə təsirləri meydana çıxması az ehtimal olunur. D3 vitamininin yüksek dozlarda istifadəsi va müalicə müddətinin nəzarətsiz bir şəkildə uzadılması aşağıdakı əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, D-KOLEROL-un istifadəsini dayandırmaq və DƏRHAL həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır.
Qaşınma, səpgi, dəridə ağ və ya qırmızımtıl qabarlar (övrə) kimi yüksək həssaslıq simptomlan.
Bunların hamısı çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan biri sizdə mövcuddursa, bu, sizin D-KOLEROL-a qarşı ciddi allergiyanızın olması deməkdir. Təcili tibbi müdaxiləyə və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyac ola bilər.
Bu çox ciddi əlavə təsirlərin hamısı olduqca nadir hallarda müşahidə edilə bilər. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi sadalanır.
çox tez-tez: 10 xəstənin ən azı 1-ində meydana çıxa bilər.
Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilar.
Bazan: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birində və ya birindən çoxunda meydana çıxa bilar.
Nadir çox nadir:1000 xəstənin 1-dən azında, lakin, 10000 xəstənin 1-də və ya 1-dan çoxunda
Çox nadir:10000 xastonin 1-dən azında meydana çıxa bilər.
Məlum deyil: mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil.
Bəzən
Sidiklə xaric olan kalsiumun miqdarının artması.
Qanda kalsiumun miqdarının normalan yüksək olması (hiperkalsiemiya)
Nadir
Qaşınma
Sapgi
Məlum deyil
Qəbizlik
Mədədə qaz toplanması
Ürəkbulanma
Qarın nahiyəsində ağn Ishal
Haddindan artıq miqdarda sisyǝgetmə (poliuriya) Haddindən artıq susama (polidipsiya) Sidiyə gedə bilməmək (anuriya)
Qızdırma
gar bu içlik varaqada qeyd edilmayan har hansı bir əlavə təsir meydana çoxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Əlavə təsirlər haqqında məlumatın verilmasi
Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16; e-mail: adr@phar- ma.az; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12).
Meydana çıxan əlavə təsirlər barədə məlumat verməklə, istifadə etməkdə olduğunuz dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
D vitamini uzun müddət ərzində yüksək dozada istifadə olunarsa, vitamin artıqlığına (hipervitaminoza) səbəb olur.
Əgər həddindən artıq miqdarda D-KOLEROL istifadə edilərsə, Sizdə hiperkalsiemi- ya (qanda kalsiumun səviyyəsinin normadan yuxarı olması) inkişaf edə bilər.
Hiperkalsiemiyanın simp-tomları: yorgunluq, psixiatrik simptomlar (eyforiya (nəşə, özünəgüvən, güclülük kimi duyğuların aşırı şəkildə biruzə verməsi), başgicəllənmə, şüurun dumanlanması kimi), ürəkbulanma, qusma, iştahanın itməsi, bədən kütləsinin azalması, susama, poliuriya (artıq miqdarda sidiyəgetmə), böyrək daşının inkişafı, nefrokalsinoz (böyrəkdə duz toplanması), sümüklərdə həddindən artıq kirǝcləşmə və böyrək çatışmazlığı, EKQ-də (ürəyin elektrik aktivliyi) dəyişikliklər, ürək ritminin pozulması və pankreatit (mədəaltı vəzinin iltihabı).
Müalicəsi: D vitamininin istifadəsi dayandırılır, aşağı səviyyədə kalsiumlu. Günəş şüalanının təsirindən qorunmaq lazımdır.
Dərman təzəcə qəbul edilmişdirsə, mədə yuyula və ya qusma törədilə bilər. D-KOLEROL lazım olduğundan artıq miqdarda istifadə edilmişdirsə, həkimlə və ya Əczaçı ilə məsləhtləşmək lazımdır.
Buraxılış forması
36, 40, 60 və ya 72 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanları məişət tullantılarının içərisinə atmayın! Atılmalı olan dərman preparatının hara atılmalı olduğunu aczaçıdan soruşun. Bu tadbirlar ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Əgər preparatda və/və ya qablaşdırmada hər hansı pozğunluq hiss edilərsə, D-KOLEROL istifadə edilməməlidir.
Aptekdən buraxılma şərti
Resept asasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti. Beylikdüzü/İstanbul/Türkiye.
Lisenziyanın sahibi
Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3 Beylikdüzivİstanbul/Türkiye Telefon: (0212) 438 70 85 Faks: (0212) 438 70 87
D-colerol 2000 nə üçündür?
- Raxit zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






