İkinci dil öyrənənlərə xoş xəbər

Oct 17, 2024 - 12:30
 0
İkinci dil öyrənənlərə xoş xəbər

İkinci dil öyrənməyin beyin məşqi olduğu və düşünmə qabiliyyətini artırdığı məlum olub.

Doktorm.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə araşdırma Kanadanın McGill və Ottava universitetləri və İspaniyanın Saraqosa Universiteti tərəfindən aparılıb.

Aparılan yeni bir araşdırma iki dildə danışmağın idrakda rolunu və beyin bölgələri arasındakı əlaqənin səmərəliliyini nümayiş etdirib.

Alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçını təhlil edərək onların ikinci dillərini öyrəndikləri yaşları qeyd ediblər. 

Aparılan araşdırma MRT görüntüləri təhlil olunan ikidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğunu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğunu göstərib.

Araşdırmanın nəticəsində ikinci dil öyrənməyin diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bildiyi məlum olub.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow