Nidoflor krem nə üçündür? istifadə qaydası necədir?

Nidoflor krem dermatit və eqzema zamanı, psoriaz zamanı, dəmrov zamanı, bakterial xəstəliklər zamanı, göbələk mənşəli səpkilərdə istifadə olunan preparatdır.

Aug 15, 2024 - 11:13
Aug 15, 2024 - 12:09
 0
Nidoflor krem nə üçündür? istifadə qaydası necədir?
Nidoflor krem

Nidoflor krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Nidoflor krem qiyməti

Nidoflor qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nidoflor krem qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nidoflor krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddələr: 100 q kremin tərkibində 1 000 000 BV nistatin, 0.382 q neomisin sulfat, 0.100 q triamsinolon asetonid vardır.
Köməkçi maddələr: setil stearin spirti, oktildodekanol, qliserin, metil parahidroksibenzoat, propil parahidroksibenzoat, təmizlənmiş su.

Farmakoterapevtik qrupu

Antibiotiklərlə kombinasiya olunmuş kortikosteroid

Farmakoloji xassələri

Nistatin – antibakterial təsirdən məhrum olan göbələk əleyhinə olan antibiotikdir. O Candida albicans, Coccidioides immitis, Cryptococcus neoformans, Histoplasma capsulatum, bəzi blastomiset və Sporotrichum-a qarşı fəaldır. Göbələyin hüceyrə membranının sterolları ilə birləşir, onun selektiv baryer funksiyasını çətinləşdirir, bu da hüceyrənin əsas maddələrinin itkisinə gətirib çıxarır. Neomisin – müxtəlif qrammüsbət və qrammənfi aerob bakteriyaların ştammlarına qarşı fəal olan aminoqlikozid qrupu antibiotikdir. Bakterial hüceyrə membranından keçir, bakteriyanın ribosom 30S subvahidli spesifik reseptor zülalı ilə birləşir. Nəticədə peptid əmələ gəlmənin təsis edilməsinin gecikməsi, genetik kodun səhv şifrələnməsi və poliribosomların fəaliyyət göstərməyən monosomlara parçalanması yolu ilə zülal sintezinin azalması baş verir. Triamsinolon – iltihab, qaşınma və allergiya əleyhinə təsirlərə malik yerli istifadə olunan sintetik qlükokortikoiddir.

İstifadəsinə göstərişlər

  • Mikrob və Сandida mənşəli bişməcələr;
  • Paronixiya (dırnaq yatağı kənarının infeksiyası);
  • Allergik dermatitlərin (kontakt dermatitlər, mikrob və ya Сandida mənşəli dermatitlər) müalicəsi zamanı. 

Əks göstərişlər

  • Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq;
  • Vərəm və dərinin virus zədələnmələri (Herpes simplex, Vaccinia, Varicella daxil olmaqla);
  • Xoralı zədələnmələr;
  • Sızanaq;
  • Rozaseа (qırmızı civzələr);
  • Krem göz ətrafında palpebral konyuktivit (qlaukoma təhlükəsi) zamanı istifadə olunmamalıdır.
  • Nidoflor 2 yaşdan kiçik uşaqlarda Neomisinin dəri tərəfindən sorularaq ototoksik risk törətməsini nəzərə alaraq istifadə olunmamalıdır.

Xüsusi göstərişlər

Pediatriyada
Bu dərman preparatı uşaqlarda sistem ototoksik effekt yarada bilər. Qlükokortikoidlərlə uzunmüddətli müalicə uşaqların boy və inkişafına mane ola bilər. Müvafiq olaraq uşaqların Nidoflor ilə müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır

Hamiləlik və laktasiya

  • Yerli qlükokortikoidlər sistem şəklində sorulduğuna görə, Nidoflor kreminin istifadəsi hamiləlik və laktasiya zamanı məsləhət görülmür, lakin əgər lazım olarsa risk/fayda nisbəti qiymətləndirilməlidir. Krem dərinin kiçik sahələrində, az miqdarda və qısa zaman müddətinə istifadə olunmalıdır.
  • Sistem qlükokortikoidlər ana südünə ifraz olunur, bu da körpələrdə boyun xətti uzanmasının ləngiməsi kimi əlavə reaksiyaların baş verməsinə səbəb ola bilər.
  • Nistatin və triamsinolon asetonidin ana südünə keçməsi barədə əldə olan məlumat yoxdur.
  • Döşlə əmizdirmə zamanı krem bilavasitə döşlərə sürtülməməlidir, çünki uşaq onu uda bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nidoflor kremi insanların nəqliyyat vasitələrini və maşınları idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar olunmayıb.

Xəbərdarlıqlar

  • Əgər bakterial mənşəli ağır infeksiyanın Nidoflor ilə uzunmüddətli müalicəsi zamanı neomisinə qarşı rezistentlik baş verərsə, kremin istifadəsini dayandırmaq və antibioqramma məlumatlarına müvafiq olaraq sistem antibiotikoterapiyaya başlamaq lazımdır.
  • Reinfeksiyanın baş verməməsi üçün normal gigiyena və profilaktika tədbirləri istifadə edilməlidir.
  • Zədələnmiş nahiyə mümkün qədər quru saxlanılmalıdır.
  • Gözə düşməsinə imkan verməyin.
  • Əgər terapiyanın 2-3 həftəsindən sonra heç bir dəyişiklik baş verməzsə, həkiminizə məlumat verin.
  • Qlükokortikoidin olması neomisinlə baş verən allergik reaksiyaları dayandırmır, lakin onların klinik təzahürlərinə təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Nidoflor kremi zədələnmiş nahiyəyə gündə 2-3 dəfə, tez sorulması məqsədi ilə nazik qatla yüngül dairəvi masajla çəkilir. 

Əlavə təsirləri

Nadir hallarda kremin komponentlərindən hər hansı birinə qarşı dözümsüzlük reaksiyaları baş verir, bu halda müalicəni dayandırmaq və adekvat müalicəvi tədbirlər həyata keçirmək lazımdır.
Neomisinə qarşı allergik reaksiyalar xüsusən uzunmüddətli və geniş dəri sahələrinə istifadə zamanı baş verir.
Kremin baldırın geniş sahələrinə və ya uzun müddət ərzində istifadəsi zamanı yorğunluq, adinamiya, yuxululuq və ya əsəbilik və yuxusuzluq əlamətləri ilə özünü göstərən hiperkortisizm reaksiyasıyaları, həmçinin latent şəkərli diabetin başlanması, osteoporoz və uşaqlarda inkişafın ləngiməsi baş verə bilər.
Hemolitik analiz eozinofiliya və ya anemiyanın yüngül formasını göstərə bilər. Natriumun xaric olması bəzən kaliumun xaric olmasının azalması ilə birlikdə arta bilər. Nadir hallarda böyrək və qaraciyər zədələnmələri olan pasientlərdə hiperkortisizm əlamətləri baş verir.

Doza həddinin aşılması

Aşkar olunmayıb.

Buraxılış forması

15 q krem, tublarda. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

+25ºС-dən aşağı temperaturda, original qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Nidoflor krem nə üçündür?

  1. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
  2. Psoriaz zamanı istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  5. Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow