Larifan Peso şam nə üçündür? qiyməti və tərkibi

Larifan Peso şam - Virus infeksiyası zamanı, bakterial xəstəliklər zamanı, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan preparatdır.

Sep 6, 2024 - 19:43
 0
Larifan Peso şam nə üçündür? qiyməti və tərkibi
Larifan Peso şam

Larifan Peso haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Larifan Peso qiyməti

Larifan Peso şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Larifan Peso qiyməti 36 azn - 39 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Larifan Peso vaginal şam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

1 pessari-də

Təsiredici maddələr:

İkispirallı ribonuklein turşusu (irRNS)  -1,5 mq

Köməkçi maddələr: Natrium xlorid (Sodium chloride), Metilparahidroksibenzoat (Methyl parahydroxybenzoate), Propilparahidroksibenzoat (Propylparahydroxybenzoate ), Lanolin(Lanolin anhydrous), Kakao yağı (Cocoa butter), Təmiz su ( Water purified)

Farmakoloji xüsusiyyətləri:

Larifan pesonun əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir.isRNT – endogen  interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Yerli olaraq immun sistemi aktivləşdirir, bakteriya və virusların artmasının qarşısını alır. Virus əleyhinə təsiri virusun replikasiyasını inqibə edən bir sıra hüceyrədaxili fermentlərin aktivləşməsi ilə bağlıdır. Immunomodulyasiya təsiri ilk növbədə immun sisteminin hüceyrə reaksiyalarının güclənməsi ilə bağlıdır. Bu da viruslara, hüceyrədaxili parazitlərə və şiş transformasiyasına məruz qalmış hüceyrələrə qarşı immun cavabın effektivliyini artırır. Bu CD8+ T-kilerlərin, NK-hüceyrələrin (təbii kilerlərin) aktivləşməsi, B-limfositlərin və onların anticisimlərinin diferensiasiyasının güclənməsi, monositar – makrofaqal sistemin və faqositozun aktivləşməsi, eləcə də I tip histouyğunluq kompleksinin molekullarının ekspressiyasının artması hesabına əldə olunur.  Interferon təsiri altında bütün selikli qişa qatlarında olan leykositlərin aktivləşməsi onların patoloji ocaqlarının aradan qaldırılmasında aktiv iştirak etməsini təmin edir. 

Larifan Peso yerli müqaviməti gücləndirərək cinsi yolla keçən xəstəliklərin (viruslar, bakteriyalar) qarşısının alınmasına kömək edir. Larifan peso papiloma, kandiloma, herpes  virusları ilə zədələnmələr zamanı interferon induksiya etmə qabliyyətinə malikdir. Uşaqlıq boynunun displaziyası zamanı selikli qişanın regenerasiyasını sürətləndirir. Yerli ağrıkəsici təsir göstərir.

İstifadəsinə göstərişlər:

  • Uşaqlıq yolunun selikli qişasının qıcıqlanması və xroniki ağrıları.
  • Uşaqlıq boynunun selikli qişasının displaziyası ( 1 ci və 2 ci mərhələ)
  • Genital ziyillər
  • Cinsi yolla keçən xəstəliklərin (viruslar, bakteriyalar) qarşısının alınmasında
  • İmmun defisit fonunda yaranan infeksiyaların (papiloma, kandiloma, herpes) müalicə və profilaktikasında .

İstifadə qaydası və dozası:

1 pessari (şam) 5-10 gün yatmazdan əvvəl uşaqlıq yoluna yeridilir.

Alınmış effekti stabil saxlamaq üçün 5 həftə müddətində hər həftə 1 pessari (şam) məsləhət görülür.

Əks göstərişləri: 

Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Buraxılış forması: 

№5 şam, karton qutu qablaşmada

İstehsalçı: 

Larifan Ltd, Latvia

Azərbaycanda rəsmi distribütor: 

Healpro MMC

Larifan Peso nə üçündür?

  1. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  2. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
  3. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  4. Virus infeksiyası əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow