Leqaston Plus (Legaston Plus) istifadə qaydası necədir?

Leqaston Plus (Legaston Plus)- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Nov 14, 2024 - 13:50
 0
Leqaston Plus (Legaston Plus) istifadə qaydası necədir?
Leqaston Plus (Legaston Plus)

Legaston Plus haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Legaston Plus qiyməti

Leqaston Plus qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Legaston Plus qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Legaston Plus qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Ənginar yarpaqlarının quru ekstraktı (cynara scolumus) …..……………200 mq
  • Adi alaqanqal toxumunun (silybum marianum) quru ekstraktı ……..…...150 mq
  • Soya toxumunun (glycine max seed) quru ekstraktı …………………..…150 mq
  • Solmazçiçəyi (helichrysum arenarium) çiçəyinin quru ekstraktı ………….50 mq
  • Alfa lipoy turşusu (alpha lipoic) ……………………………..................….30 mq
  • E vitamini (tocopherol)………………………………………….................7.5 mq

Farmakoloji xüsusiyyəti:

Legaston plus tərkibinə daxil olan komponentlər sayəsində hepatoprotektor, xoleretik, xolekinetik, antioksidant, detoksikant təsirlərə malikdir.

Ənginar yarpaqları ekstraktının farmakoloji təsiri tərkibindəki bioloji aktiv maddələrın kompleksinə bağlıdır. Cynarin  və fenol turşularları sayəsində xoleretik və hepatoprotektor təsir göstərir. Ənginar ekstraktı askorbin turşusu, karotin, B1 və B2 vitaminləri, inulin metabolik proseslərin normallaşmasına kömək edir. Ənginar sidikqovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Ənginar hepatositlərdə koenzim sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından  təmizlənməsini təmin edir. 

Adi alaqanqal toxumunun quru ekstraktı tərkibi flavon birləşmələrindən, silimarin, silibindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Legaston plusun antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Silimarin qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır, güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normalaşdırır. Dezintoksikant təsiri toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını alması ilə əlaqədardır.

Soya toxumunun quru ekstraktı fosfolipidlər və izoflavonlar ilə zəngindir.

Soya fosfolipidləri qaraciyər hüceyrə orqanelləri və hüceyrə  qişası  üçün  əsas  struktur elementi  hesab  

olunurlar. Lipidlərin və zülalların metabolizminə və qaraciyərin dezintoksikasiyaedici funksiyasına 

müsbət təsir göstərir. Soya toxumunun quru ekstraktı qaraciyərdə birləşdirici toxumanın və ulduzlu hüceyrələrin əmələ gəlməsini tormozlayır. Ödün fiziki-kimyəvi xassələrini normallaşdırır.

Solmazçiçəyi çiçəyinin ekstraktı - ödqovucu təsir göstərir, mədənin və mədəaltı vəzin sekresiyasını artırır, həzmi yaxşılaşdırır, bağırsaqlarda köpü və ağızda acılığı azaldır. Xroniki xolesistitlərdə, pankreatitlərdə, hepatitlərdə, qaraciyərin piy distrofiyasında və öd yollarının diskineziyası ilə əlaqədar yaranan qəbizliklərdə istifadə olunur.

Alfa lipoy turşusu- orqanizmdə az miqdarda sintez olunur, quruluşca tərkibində kükürd olan yağ turşusudur. Qlükozanı qlikogenə çevrilməsində istirak edir. Hepatotrop, hipolipidemik, hiporxolesterinemik, hipoqlikemik, antioksidant təsirlərə malikdir. Alfa lipoy şəkərli diabet olan xəstələrdə xəstəliklə əlaqəli ağrı, yuxarı və aşağı ətrafların uyuşması və yanma hissi kimi sinir simptomlarını azaltmaq üçün uğurla istifadə edilir.

E vitamini – antioksidant olaraq sərbəst radikalları neytrallaşdırır və onların təsirindən hepatositləri zədələnmədən qoruyur.

Göstərişləri:

  • Qaraciyərin xroniki iltihabi xəstəlikləri
  • Kəskin və xroniki hepatitlər
  • Qaraciyərin piy distrofiyası (steatohepatit) və infiltrasiyası
  • Qaraciyərin toksik və kimyəvi zədələnməsinin (alkoqol, dərmanlar, zəhərli göbələklər) müalicə və profilaktikası                                                                                                                              
  • Öd kisəsi xəstəliklərinin profilaktika və müalicəsi
  • Öd yolları diskineziyası (hipokinetik)
  • Etil spirti ilə kəskin zəhərlənmələr, alkoqolizm, alkoqol qəbulu zamanı qaraciyərin zədələnmələri
  • Lipid – xolesterin mübadiləsi pozğunluğunun kompleks müalicəsi
  • Qaraciyər sirrozu.

Əks göstərişləri:

Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası: 

Böyüklər 1 tablet gündə 1 dəfə yeməkdən əvvəl

Buraxılış forması: 

30 tablet

İstehsalçı: 

ENSA -Türkiyə

Legaston Plus nə üçündür?

Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow