Neym tablet haqqında məlumat

Neym tablet - Vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Nov 3, 2024 - 15:06
 0
Neym tablet haqqında məlumat
Neym tablet

Neym tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Neym tablet qiyməti

Neym qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Neym tablet qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Neym dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Selen.....................................100 mkq

(L-selenometionin)

Sink sitrat .................................50 mq

(elementar sink 17,078 mq)

Farmakoloji xüsusiyyətləri:

Neym Selen və Sink mikroelementlərindən ibarət olan balanslaşdırılmış antioksidant kompleksdir. Neym immun sisteminin fəaliyyətini artırır, bədənin viral və bakterial infeksiyalara qarşı müqavimətini stimulə edir, sağalmanı sürətləndirir. Saçın, dərinin, dırnaqların vəziyyətini yaxşılaşdırır. Kişilərdə, qadınlarda reproduktiv funksiyanı və hormonal balansı yaxşılaşdırır. Ürək-damar sisteminin, endokrin sisteminin, görmə analizatorunun, mədə-bağırsaq traktının, tənəffüs orqanlarının sağlamlığını qoruyur.

 

Neymin tərkibindəki selen çox qiymətli bir mikroelementidir və bədənin normal fəaliyyətində mühüm rol oynayır. İnsan bədənində 10 - 14 mq selen var, kişilərdə onun çox hissəsi qaraciyər, böyrəklər, dalaq, ürək, yumurtalıqda və toxum çiyəsində cəmləşmişdir. Selen hüceyrə nüvəsində də mövcuddur. İnsanın gündəlik selenə olan tələbatı təxminən 70 mikroqramdır. Qida məhsullarında selenin miqdarı zəif olduğundan onun əlavə qəbulunu təmin etmək lazımdır. Selen güclü antioksidant təsirə malikdir və immunitet sistemini gücləndirir ki, bu da tənəffüs yollarının normal fəaliyyəti üçün, tez-tez viral infeksiyalar zamanı çox vacibdir. O, müəyyən tiroid hormonlarının sintezində iştirak edir, ürək-damar sisteminin normal fəaliyyətinə faydalı təsir göstərir və spermatogenezi dəstəkləyir. Əsas müsbət təsirlərdən digəri onun antitümör fəaliyyətidir. Selen sərbəst radikalları neytrallaşdıran hüceyrələrdə detoksikasiya reaksiyalarını həyata keçirən fermentlərin bir hissəsidir. Saç və dırnaqlara müsbət təsir edir, qocalma prosesini ləngidir. L-selenometionin şəklində olduğundan, insan orqanizmi tərəfindən ən yaxşı sorulan selen formasıdır. Hüceyrələri oksidləşdirici stressdən qoruyur, ürək-damar və onkoloji xəstəliklərin qarşısını alır, dərinin qan tədarükünü yaxşılaşdırır. Selenometionin ağır metalları bağlayır və nəticədə həll olunmayan birləşmələri bədəndən xaric edir.

Neymin tərkibindəki sink insan orqanizmi üçün ən çox "tələb olunan" elementlərdən biridir və fermentlərin hər bir sinfində mövcud olan yeganə metaldır. Dünyada təxminən 2 milyard insan sink çatışmazlığından əziyyət çəkir. Mikroelement qidanın həzmində və yüksək sorulmasında iştirak edən 200-dən çox fermenti aktivləşdirir. Sink yağ və karbohidrat mübadiləsini tənzimləyir. Beynin düzgün inkişafı və sinir hüceyrələrinin normal fəaliyyəti üçün lazımdır. İmmun sistemini stimullaşdırır, soyuqdəymə zamanı orqanizmin müqavimətini artırır. Sink yaraların sağalmasını sürətləndirir, dərinin bərpası və yenilənməsi prosesində fəal iştirak edir, yağ vəzlərinin işini tənzimləyir, kollagen və keratinin sintezini stimullaşdırır, saç və dırnaqların böyüməsinə təsir göstərir. Sızanaq kimi bir patologiya sink çatışmazlığı ilə əlaqələndirilir. Bu xəstəlik dünya əhalisinin 4,9%-də müşahidə olunur və Propionibacterium acnes bakteriyalarının fəaliyyəti və piy vəzilərinin tıxanması nəticəsində yaranan səpkidir. Sink bu bakteriyaların fəaliyyətinə maneçilik törədir və sızanaqlarla mübarizəyə kömək edir. Antioksidant xüsusiyyətlərə malik olan sink hüceyrə yaşlanmasını ləngitməyə kömək edir. Sink reproduktiv sağlamlıq baxımından əsas mikroelementdir. Kişi və qadın cinsi hormonlarının istehsalına əhəmiyyətli təsir göstərir və bununla da reproduktiv funksiyanı və cinsi fəaliyyəti artırır, testosteron səviyyəsini normallaşdırır. DNT, zülal və hüceyrə bölünməsinin sintezində iştirak edir. Sink defisiti qaraciyər sirrozuna, cinsi funksiyanın pozulmasına, ikincili immun çatışmazlığına, anemiyaya, dölün inkişaf qüsurlarına səbəb olur. Həmçinin sink sümük kütləsini və gücünü qorumaq üçün vacibdir. Yaşla bağlı makula degenerasiyasının inkişafını ləngidir. Görmə itiliyinə və insanın qaranlıqda görmə qabiliyyətinə təsir göstərir. Çatışmazlığı gözün retinasında dəyişikliklərə səbəb olur və görməni pozur. Mədə və 12 b/b xora xəstəliyi, Kron xəstəliyi, seliakiya xəstəliyi sink çatışmazlığı ilə müşahidə olunur.

Göstərişləri:

  • Xroniki yorğunluq
  • Kəskin və xroniki xəstəliklərdə orqanizmin immunitetini artırmaq məqsədilə
  • Yuxarı və aşağı tənəffüs orqanlarının iltihabi-infeksion xəstəlikləri zamanı (sinusit, xroniki bronxit, AXOX)
  • Ürək-damar sistemi xəstəliklərində; xolesterin mübadiləsini normallaşdırmaq; damar divarlarının elastikliyini artırmaq; ürək əzələsinin bərpasını sürətləndirmək üçün; miokard infarktından sonra reabilitasiya dövründə
  • Mədə-bağırsaq traktının xəstəliklərində: Kron xəstəliyi, xoralı kolit, pankreatit, xroniki diareya
  • Bronxial astma və allergiya
  • Onkologiya riskini azaltmaq üçün, həmçinin kimyaterapiya və radioterapiya kursları zamanı və sonrasında
  • Kişi və qadın sonsuzluğunda
  • Artroz, osteoxondroz, oynaq travması, sümük sınıqlarında, cərrahi müdaxilələrdən sonra
  • Qalxanabənzər vəzin xəstəliklərində (diffuz toksik olmayan ur, diffuz düyünlü ur, endemik ur, autoimmun tireoidit)
  • Şəkərli diabet, Piylənmə
  • Dəri xəstəliklərinin kompleks müalicəsində (akne, allopesiya, atopik dermatit)
  • Siqaret çəkənlərdə zərərli tütün tüstüsünü, qətranı və ağır metalları zərərsizləşdirmək məqsədilə.

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə:

14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə

Əks göstərişləri: 

tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 

30 tablet

İstehsalçı: 

EnSa MNS/Türkiyə

Neym tablet nə üçündür?

Vitamin və mineral çatışmamazlığı

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow