Maxalim tablet nə üçündür?
Maxalim tablet - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan preparatdır.

Maxalim tablet haqqında məlumat
Maxalim tablet qiyməti
Maxalim qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Maxalim tablet qiyməti 28 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Maxalim dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Dəmir fumarat .......................125 mq
(Fe II – 40 mq)
Fol turşusu ...........................300 mkq
Vitamin B12........................... 3 mkq
Vitamin C............................... 80 mq
Farmakoloji xüsusiyyətləri:
Dəmir oksigen daşıyıcısı olan hemoqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. MAXALİM-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə digər birləşmələrdən fərqlənir. Dəmir fumarat mədə-bağırsaq traktında oksidləşmədiyinə görə ağızda pas (dəmir) dadı vermir, mədədə qıcıqlanma, köp, ishal və ya qəbizlik yaratmır. MAXALİM bütün orqan və toxumaları dəmir və oksigenlə təmin etdiyi üçün dəmir çatışmazlığı və oksigen aclığı fonunda yaranan (yorğunluq, halsızlıq, iştahsızlıq, baş ağrıları, başgicəllənmə, huşunu itirmə, immunitetin zəifləməsi və s.) bir sıra vəziyyətlərin qarşısını alır.
Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal fəaliyyətini və sayını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında, mielinizasiya prosesində vacib rola malikdir.
Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir, sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
C vitamini dəmirin bağırsaqdan sorulmasına cavabdeh vitamin olaraq, onun orqanizmdəki mübadiləsində əvəzsiz rol oynayır. Eyni zamanda dəmir defisiti zamanı azalan iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
MAXALİM dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
İstifadəsinə göstərişlər:
- Latent və kliniki müşahidə olunan dəmir, fol turşusu və B12 defisitli anemiyalar
- İntensiv böyümə, müxtəlif dietlər zamanı
- Hipo və avitaminozların kompleks müalicəsi
- Anemiya ilə müşahidə olunan MBT-nin xəstəlikləri (malabsorbsiya sindromu, disbakterioz, qurd invaziyası və s.)
- Qanitirmə zamanı yaranan anemiyalar (qanaxmalardan sonra, cərrahi əməliyatlardan sonra, şüalanma və kimyaterapiya, hemodializ)
- Menorragiyalar və Keysəriyyə əməliyyatından sonra
- Hamiləlik zamanı anemiyanın müalicə və profilaktikası
- Onkoloji xəstəliklər zamanı anemiyanın müalicə və profilaktikası
- Fiziki və əqli yüklənmələr zamanı.
İstifadə qaydası və dozası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Əks göstərişlər:
tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması:
30 tablet.
İstehsalçı:
ENSA MNS GDA/Türkiyə
Maxalim tablet nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Anemiya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






