Ladros ampula istifadə qaydası necədir?

Ladros ampula - Sinir oyanıqlığında, nevralgiyalarda, vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Sep 24, 2024 - 13:50
 0
Ladros ampula istifadə qaydası necədir?
Ladros ampula

Ladros ampula haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ladros ampula qiyməti

Ladros ampula qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ladros iynə qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddə:

Hər 2 ml-lik ampulun tərkibində:
Tiamin HCL (B1vitamini)..........................100 mq
Piridoksin HCL (B6vitamini)......................100 mq
Sianokobalamin (B12vitamini)......................1 mq
Köməkçi maddələr: lidokain.
 

Farmakoloji xüsusiyyətləri:

Ladros yüksək dozada balanslaşdırılmış qüvvətli ağrıkəsici və neyrotrop təsir göstərən B1, B6, B12 vitaminlərinin kompleksidir.
Tiamin ketoturşuların dekarboksilləşməsi üçün vacibdir, karbohidrat və yağların mübadiləsində iştirak edir. Tiaminin çatışmazlığı zamanı Beri-beri, Vernike sindromu, Korsakov psixozu kimi MSS-nin ciddi xəstəlikləri inkişaf edə bilər.
Piridoksin aminturşularının metabolizmində iştirak edir, qlikogenin fosforilləşməsində əsas rol oynayır. B6 vitaminin çatışmazlığı anoreksiya, yorğunluq, süstlük, fəaliyyət məhdudluğuna səbəb olan ağrılı polineyropatiyalar, qlossit, pellaqraya bənzər dəri zədələnmələri və sidikdə oksalat duzlarının eksresiyasının artmasına (sidik daşı yaranmasına meyllik yaradır ) səbəb olur. Həmçinin, sübut olunubki, hamilə qadınlarda B6 vitaminin çatişmazlığının aradan qaldırılması ürəkbulanma ehtimalını azaldır.
Sianokobalamin nukleinturşuları və folturşusu metabolizmində aktiv iştirak etdiyi üçün bütün toxuma və hüceyrələrin ,xüsusilədə MSS, sümük iliyi və həzm traktının funksiyası üçün vacibdir. Orqanizmdə B12 vitaminin çatışmazlığı mərkəzi və periferik sinir sisteminin ağır pozğunluqlarına və pernisiozanemiyaya gətirib çıxara bilər.
Ladros sinirsisteminin tamlığını bərpa edən və ya qoruyan, və asteniyanın müxtəlif formalarında istifadə olunana B qrupu vitaminlərinin vacib nümayəndələrinin balanslaşdırılmış kompleksidir.
 

Göstərişlər:

  • Metabolik pozğunluqlar;
  • Müxtəlif növ anemiyalar: sideroblast, megaloblast və pernisioz anemiyalar daxil olmaqla;
  • Periferik nevrit;
  • Müxtəlif nevroloji pozğunluqlar;
  • Xronik və kəskin beri-beri;
  • Yağ, karbohidrat və aminturşularının metabolizmini yaxşılaşdırmaq məqsədi ilə;
  • B1, B6 və B12 vitaminlərinə yüksəlmiş tələbatı ödəmək məqsədi ilə.
     

Əks göstərişlər: 

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı həssaslıq, aritmiya.Hamiləlik və laktasiya  dövrü: Hamiləlik və laktasiya zamanı toksiki təsiri aşkar olunmayıb.Ana südünə keçdiyi üçün laktasiya zaman istifadə edildikdə uşaqlarda mədə - bağırsaq pozğunlugu törədə bilər.
 

Istifadə qaydası: 

Yalnız əzələdaxilinə təyin olunur. Günaşırı bir ampul və ya həkim təyin etdiyi şəkildə təyin olunur.
 

Buraxılış forması: 

Ampul N5

 

İstehsalçı: 

Ukrayna

Ladros ampula nə üçündür?

  1. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  2. Nevralgiyalarda istifadə olunan dərmanlar
  3. Vitamin və mineral çatışmamazlığı

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow