Sedafort sirop nə üçündür?

Sedafort sirop - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Sep 24, 2024 - 11:55
 0
Sedafort sirop nə üçündür?
Sedafort sirop

Sedafort sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sedafort sirop qiyməti

Sedafort şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sedafort sirop qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sedafort qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Sinir sistemi üçün köməkçi vasitə

Tərkibi:

Dərman bədrənci (Melissa officinalis) yarpağının distillatı – 12 ml; istiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 12 ml; sünbüllü lavanda (Lavandula angustifolia) çiçəyinin distillatı – 12 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 10 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:

Sinir sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: 

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 

3 il.

Buraxılış forması: 

100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə,
xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Sedafort sirop nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow