Kentron ampul nə üçündür?
Kentron ampul - Nevralgiyalarda istifadə olunan preparatdır. Haqqında məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Kentron ampul haqqında məlumat
Kentron ampul qiyməti
Kentron qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kentron ampul qiyməti 30 azn - 33 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kentron iynə qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Farmakoterapevtik qrup:
Neyroprotektor, Neyrometabolik, Nootrop
Tərkibi
- Sitidin 150mq
- Uridin 150mq
Farmakodinamika
Kentron tərkibinə daxil olan nukleotidlər :sitidin və uridin sinir sistemi xəstəliklərinin müalicəsində vacib komponentlərdir. Belə ki, yüksək dozada olan sitidin və uridin hematoensefalitik baryeri keçərək mərkəzi sinir sistemində bir sıra prosesləri (Krebs ,pentozomonofosfat, suksinat və qlükuron tsiklini) aktivləşdirir, hətta işemiya şəraitində toxuma tənəffüsünü və enerji sintezini təmin edir. Süd turşusu və ammonyakın yığılmasının qarşısını alaraq metabolik asidozu və xroniki yorğunluğu aradan qaldırır. Sitidin və uridin mielin qişasının əsas tərkib hissəsi olan sfinqomielin və serebrozidlərin sintezini stimulə edərək sinir liflərinin mielinizasiyasını, zədələnmiş akson və mielin qişasının regenerasiyasını və əzələ trofikasını təmin edir. Orqanizmdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır, iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Kentron neyromediator sintezini və neyronlararası əlaqələri artıraraq koqnitiv funksiyaların ( yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur. Uridin QAYT-nun mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvul-sant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir. Həmçinin, sitidin və uridin hüceyrə metaboliz-mi və zülal sintezində vacib olan DNT və RNT-nin sələfləridir.
Göstərişlər
Üzvi serebrovaskulyar çatışmazlıq: yaddaş, diqqət və hissiyat pozğunluğu ilə əlaqədar olan defisit, mental gecikmə.
Beyin qan dövranı pozğunluğu ( o cümlədən, insult, dissirkulyator ensefalopatiya və s.)
Yenidoğulmuşların hipoksik-işemik ensefalopatiyası, uşaq serebral iflici.
Kəllə sinirlərinin zədələnməsi (o cümlədən, üçlü sinirin nevralqiyası və nevriti, atipik üz ağrıları, üz siniri nevriti və s.)
Sinir kökləri və sinir kələflərinin zədələnməsi (radikulopatiyalar, lümbaqo, lümbalgiya, lümboişalqiya, pleksitlər, qabırğaarası nevralgiyalar)
Periferik sinirlərin tunnel sindromları
Müxtəlif mənşəli neyropatiyalar (endokrin, autoimmun, alkohol)
Kəllə-beyin travmaları (o cümlədən, doğuş travmaları)
Kəmərləyici dəmrov
Yeni doğulmuşların sarılığı.
İstifadə qaydası və dozası
Əzələdaxilinə və ya venadaxilinə (yavaş-yavaş) sutkada 1-2 ampul olmaqla yeridilməlidir.
Uşaqlarda: 0-6 yaş 1/4 ampul, 6-12 yaş 1/2 ampul, 12 yaşdan yuxarı 1 ampul.
Əks göstərişlər
Preparatın tərkibində olan maddələrə yüksək həssaslıq.
Kentron ampul nə üçündür?
- Nevralgiyalarda istifadə olunan dərmanlar
- Neyrosirkulyator distoniya (NSD)
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






