Kapoxin (Kapoksin) tablet haqqında məlumat
Kapoxin (Kapoksin) tərkibi, istifadə qaydası, əks göstərişləri, saxlanma qaydası və s. haqqında məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Kapoxin haqqında məlumat
Kapoxin qiyməti
Kapoxin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kapoksin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin vardır.
Köməkçi maddələr: Laktoza monohidrat, mikrokristallik sellüloza, Natrium qlikolat, Qarğıdalı nişastası, Talk, Kolloidal silisium dioksid, Maqnezium stearat.
FARMAKOLOJİ QRUPU:
Flüorxinolon qrupundan olan geniş təsir spektrinə malik antibakterial preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Kapoksin bakteriya hüceyrələrində II-ci tip topoizomeraza ferment qrupuna aid olan DNT -girazanı blokada edərək DNT-nin əmələgəlmə prosesini pozmaqla və bakteriya hüceyrəsinin divarını dağıtmaqla güclü bakteriosid təsir göstərir. Kapoksin bu mikroorqanizmlərə qarşı: Enterococcus faecalis, Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes və Streptococcus agalactiae, Enterobacter sakazakii, Escherichia coli, Haemophilus influеnzае, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Klebsiella oxytoca, Legionella pneumoniae, Moraxella catarrhalis, Proteus mirabilis, Pseudomonas aeruginosa, Pseudomonas fluorescens, Chlamydia pneumoniae, Mycoplasma pneumoniae, Acinetobacter anitratus, Acinetobacter baumannii, Acinetobacter calcoaceticus, Bordetella pertussis, Citrobacter diversus, Citrobacter freundii, Morganella morganii, Proteus vulgaris, Providencia rettgeri, Providcncia stuartii, Serratia marcescens, Clostridium perfringens yüksək həssaslığa malikdir.
FARMAKOKİNETİKA:
Daxilə qəbul olunduqdan sonra, mədə-bağırsaq traktından sürətlə və demək olar ki tamamilə sorulur. Qida qəbulu preparatın sorulmasına az təsir etdiyindən biomənimsənilmə 99% təşkil edir. Qan plazmasında maksimal konsentrasiya ( Cmax ) preparatın qəbulundan 1 saat ərzində toplanır və 500 mq doza qəbulu zamanı müvafiq olaraq 5.2 mkg/ml çatır. Plazma zülalları ilə birləşməsi 30-40% təşkil edir. Orqan və toxumalara yüksək penetrasiya etdiyindən, 500 mq dozada təyini zamanı: ağciyər toxumasında 11,3 mkq/ml, bronxların selikli qişasıda 8,3 mkq/ml, bəlğəmdə 10,8 mkq/ml doza həddinə çatır və bu dozanı 4-8 saat saxlamış olur; sidik-cinsiyyət sistemi orqanlarında 8,1- 11,3 mkq/ml, prostat vəzi toxumasında 8,7-8,2 mkq/ml, sidikdə isə 100-150 mkq/ml doza həddinə çatır və bu dozanı 24-36 saat saxlamış olur. Kapoksin polimorfonuklear leykositlər makrofaqlarla da daşınma imkanlarına malik olduğundan iltihablaşmış toxumada sağlam toxumaya nisbətən daha yüksək konsentrasiyalar toplayır. T1/2 – 6-8 saat təşkil edir.Orqanizmdən əsasən böyrəklərlə -90 %,nəcislə-5 %, tər və tənəffüslə isə 4-5 % xaric edilir.
GÖSTƏRİŞLƏRİ:
Kapoxin nə üçündür?
• Aşağı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: kəskin və xroniki bronxit, pnevmoniya, bronxopnevmoniya, plevrit.
• Yuxarı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: rinit, sinusit ( frontit, haymorit, etmoidit, sfenoidit), kəskin və xroniki otit.
• Sidik yollarının və böyrəyin infeksion-iltihabi xəstəlikləri: sistit, uretrit, pielonefrit.
• Reproduktiv orqanların infeksion-iltihabi xəstəlikləri: kişilərdə – balanit, orxit, epididimit, orxoepididimit, prostatit; qadınlarda – vulvit, vaginit, vulvovaginit, salpingit, ooforit, salpinqo-ooforit, iltihablı kistalar.
• Qarın boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri. qastrit, duodenit, kolit, pankreatit, xolesistit, xolangit.
• Dəri və yumşaq toxumaların infeksion-iltihabi xəstəlikləri: iltihablı ateroma, abses, furunkul, karbunkul.
• Sümük və oynaqların infeksion-iltihabi xəstəlikləri: artrit, osteoartrit, osteomielit. cərrahiyyə əməliyyatından əvvəl və sonra profilaktika məqsədi ilə.
ƏKS GÖSTƏRIŞLƏR:
Hiperhəssaslıq, epilepsiya, xinolonlarla aparılmış müalicədən sonra vətər zədələnməsi, laktasiya, hamiləlik. Uşaqlıq və yeniyetməlik dövründə 18 yaşına kimi.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:
Kapoksin tsiklosporinlərin təsirini gücləndirir. Kapoksinin təsirini bağırsağın hərəki fəaliyyətini zəiflədən sukralfat, maqnezium və alüminium tərkibli antasid vasitələr və dəmir duzları azaldır.(belə halda bu preparatların qəbulu arasında 2 saatdan çox interval saxlanmalıdır)
HAMİLƏLİK VƏ LAKTASİYA:
Kapoksinin hamiləlik zamanı istifadəsi o vaxt mümkündür ki, terapiyanın əhəmiyyəti dölə olan potensial riskdən vacib olsun Uşaq əmizdirən qadınlarda (dərmanın ana üçün əhəmiyyətini nəzərə alaraq), ya əmizdirmə prosesi , ya da Kapoksinin qəbulu dayandırılmalıdır.
QƏBUL QAYDASI VƏ DOZALANMASI:
Tabletlər – daxilə, yeməkdən qabaq və ya yemək arasında maye ilə qəbul edilir. Gündəlik doza həddi prosesin ağırlıq dərəcəsinə uyğun seçilir.
Aşağı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: kəskin bronxit 1 tablet 1 dəfə 5 gün; xroniki bronxit 1 tablet 1 dəfə 7-10 gün; plevrit, pnevmoniya və bronxopnevmoniya 1 tablet 2 dəfə 7-10 gün.
Yuxarı tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri: kəskin proseslərdə 1 tablet 1 dəfə 10-14 gün; xroniki proseslərdə isə 1 tablet 2 dəfə 10-14 gün.
Sidik yollarının və böyrəyin infeksion-iltihabi xəstəlikləri: kəskin proseslərdə 1 tablet 1 dəfə 5-7 gün; xroniki proseslərdə isə 1 tablet 1 dəfə 7-10 gün.
Reproduktiv orqanların infeksion-iltihabi xəstəlikləri: kişilərdə – kəskin proseslərdə 1 tablet 1 dəfə 7-10 gün; xroniki proseslərdə isə 1 tablet 1 dəfə 10-14 gün; qadınlarda – kəskin proseslərdə 1 tablet 1 dəfə 7-10 gün, xroniki proseslərdə isə 1 tablet 1 dəfə 10-14 gün.
Qarın boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri: kəskin proseslərdə 1 tablet 1 dəfə 7-10 gün; xroniki proseslərdə isə 1 tablet 1 dəfə 10-14 gün.
Dəri və yumşaq toxumaların infeksion-iltihabi xəstəlikləri: 1 tablet 1 dəfə 7-10 gün.
Sümük və oynaqların infeksion-iltihabi xəstəlikləri: artrit – 1 tablet 1 dəfə 7-10 gün, osteoartrit -1 tablet 1 dəfə 10-14 gün , osteomielit 1 tablet 1-2 dəfə 14-21 gün.
Cərrahiyyə əməliyyatından əvvəl və sonra profilaktika məqsədi ilə: 1 tablet 1 dəfə 7-10 gün, təyinat əməliyyatdan 2 gün əvvəl başlayır. Ağır, kəskin proseslər zamanı gündəlik doza 2 tabletə qədər artırıla bilər, müddət olduğu kimi saxlanılmaq şərti ilə.
Böyrək xəstəliyi zamanı disfunksiya dərəcəsinə görə doza azaldılır: КК=20-50 ml/dəq olduqda – 250 mg sutkada 1-2 dəfə, КК=10-19 ml/dəq – 250 mq 36 saatdan 1 dəfə, КК<10 ml/dəq olduqda – 250 mg 48 saatdan verilir . Müalicə müddəti 7-10 (14 –günə kimi) dir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Ürəkbulanma, ishal, anoreksiya, abdominal ağrı, disbakterioz, qan təzyiqinin azalması, taxikardiya, baş ağrısı, başgicəllənmə, zəiflik, yuxululuq, yuxusuzluq, artralqiya, mialqiya, vətər cırılması, hiper kreatininemiya, fotosensibilizasiya, qaşınma, bronxospazm,
BURAXILIŞ FORMASI:
500 mg tabletlər № 7. Karton qutuda 1 blister içlik vərəqə ilə birlikdə karton qutuda yerləşdirilir.
İSTİFADƏ MÜDDƏTİ:
Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbulu qəti qadağandır.
SAXLANMA QAYDASI:
Quru və uşaqların əli çatmayan yerdə 26ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ
“Ornado Medicine” Office 11, 43 Bedford Street, London, WC2E 9HA,Böyük Britaniya.
İSTEHSALÇI:
Fulton Medicinali S.P.A. Via Guglielmo Marconi, 9, Arese MI, İtaliya.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






