Hepartea çayı nə üçündür?

Hepartea çayı - Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır.

Feb 10, 2025 - 11:46
Feb 10, 2025 - 11:54
 0
Hepartea çayı nə üçündür?
Hepartea çayı

Hepartea çayı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Hepartea çayı qiyməti

Hepartea çayı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Hepartea qiyməti 4 azn - 5 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Hepartea qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

HEPARTEA

Qaraciyər üçün çay

Tərkibi:

Ləkəli alaqanqal toxumu, zəyərək toxumu, qarğıdalı saçağı, dazıotu otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu.

Kimyəvi tərkibi:

Ləkəli alaqanqal toxumunun tərkibində flavonol-liqnanlar (silimarin, silibin, silidianin, taksifolin, silixristin), flavonoidlər (kversetin), 32% piyli yağlar, qətranlar, selik, az miqdarda alkaloidlər, biogen aminlər (tiramin, histamin), K vitamini və s. vardır. Zəyərək toxumunun tərkibində linolen, linol, olein, palmitin və stearin turşularının triqliseridlərindən ibarət piyli yağlar (30-48%), 1,5%-ə qədər linamarin qlikozidi, selik (5-12%), zülal (18-33%), karbohidratlar (12-26%), üzvi turşular, fermentlər, A vitamini, sterollar və s. vardır. Qarğıdalı saçağının tərkibində qlikozidlər, saponinlər, alkaloidlər, beta-sitosterin, piyli yağlar, acı maddələr, efir yağı, qətranlar, şəkərlər, K, B1, B2, B6, D, E vitaminləri, askorbin turşusu və s. vardır. Dazıotu otunun tərkibində flavonoidlər (rutin, kversitrin, izokversitrin, kversetin), 13%-ə qədər aşı maddələri, hiperin, hiperisin, hiperozid (0,7%-ə qədər), azulen, 0,1-1,25% efir yağı (a-pinen, mirsen, sineol, geraniol), qətranlar (17%), antosianlar (6%-ə qədər), saponinlər, P, PP vitaminləri, askorbin turşusu, karotin, xolin, nikotin turşusu, K, Ca, Mo, Se, Cd və s. vardır. Boymadərən otunun tərkibində acı maddə axillein (0,05%), K vitamini, karotin, askorbin turşusu, seskviterpenlər, qətranlar, aşı maddələri, 1%-ə qədər efir yağı (30% azulen), pinen, borneol, mürəkkəb efirlər (13%-ə qədər), kamfora, tuyon, sineol (10%-ə qədər), üzvi turşular (qarışqa, sirkə, izovalerian), spirtlər (20%), K, Ca, Mg, Mo, Cu, Zn, Se və s. vardır. Üçbölümlü yatıqqanqal otunun tərkibində 10-a qədər flavonoid (lüteolin-D-qlükopiranozid, butein, sulfuretin, butein-D-qlükopiranozid), 6,5%-ə qədər kondensasiya olunmuş aşı maddələri, qırmızı flobafen, karotin (60 mq%-ə qədər), kumarinlər (umbelliferon və skopoletin), askorbin turşusu (950 mq%-ə qədər), az miqdarda efir yağı, selik, aminlər, acı maddələr, Zn, Sr, Se və s. vardır.

 

Farmakoloji təsiri:

Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır.

 

İstifadəsinə göstəriş:

Kəskin və xroniki hepatitlər, qaraciyər sirrozu, toksik hepatitlər (alkoqolizm, antibiotiklərin, psixotropların, oral kontraseptivlərin, tuberkulostatiklərin qəbulu), diabetik hepatopatiya, hamiləliyin I yarısının toksikozu, qaraciyərin piy distrofiyası, yenidoğulmuşların sarılığı, qaraciyərdə aparılan cərrahi müdaxilələrdən və şüa terapiyasından sonrakı dövr.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

  • 1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 30 gündür.

Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 

Reseptsiz buraxılır.

Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.

 

Saxlanma şəraiti:

Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

 

İstehsalçı:

“Herba Flora” MMC

Hepartea çayı nə üçündür?

  1. Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan vasitələr
  2. Bitki çayları

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow