Ginseng10 kapsul nə üçündür? tərkibi və qiyməti

Ginseng10 kapsul - Potensiya zəifliyi zamanı, hipotoniya zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Sep 19, 2024 - 07:40
Sep 19, 2024 - 07:40
 0
Ginseng10 kapsul nə üçündür? tərkibi və qiyməti
Ginseng10 kapsul

Ginseng10 kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ginseng10 kapsul qiyməti

Ginseng10 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ginseng10 kapsul qiyməti 19 azn - 21 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ginseng qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Adi jenşenin (Panax ginseng) kökünün tozu – 325 mq; tikancıqlı eleuterokok (Eleuterococcus senticosus) kökünün tozu – 25 mq
Köməkçi maddə: Qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin , qliserin , su)

İstifadəsinə göstəriş:

Metabolik prosesləri və enerji mübadiləsini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

18 yaşdan yuxarı: Gündə 2 dəfə, hər dəfə 1 kapsul, yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Saat 18:00-dan sonra qəbulu tövsiyə olunmur. Müalicə müddəti 30 gündür. 3 aylıq fasilədən sonra təkrar qəbul oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstərişlər: 

Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamilə­lik və laktasiya dövrü, sinir oyanıqlığı, yuxusuzluq, arterial hiper­tenziya, taxiaritmiyalar, epilepsiya, qızdırma.

Saxlanma şəraiti: 

Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan tem­pe­raturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 

400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Ginseng10 kapsul nə üçündür?

  1. Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
  2. Hipotoniya zamanı istifadə olunan dərmanlar
  3. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow