Rizin sprey nə üçündür?

Ri̇zi̇n sprey - Virus infeksiyası zamanı, bakterial xəstəliklər zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, rinit, sinusit zamanı, qrip zamanı istifadə olunan preparatdır.

Sep 19, 2024 - 07:23
Sep 19, 2024 - 07:24
 0
Rizin sprey nə üçündür?
Ri̇zi̇n sprey

Ri̇zi̇n sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Rizin sprey qiyməti

Ri̇zi̇n burun sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ri̇zi̇n sprey qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ri̇zi̇n aqua sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

  • Su
  • Dəniz duzu
  • Evkalipt yağı
  • Pixta (ağ şam) yağı
  • Lavanda yağı

Dəniz duzu:

  • Dəniz duzu ayrıca bir duz növü olub, xüsusi müəssisələrdə 100% təbii üsullarla dəniz suyundan alınır.
  • İstehsal prosesində dəniz duzunun təbiiliyi tam qorunur.
  • Dəniz duzunun tərkibində Na+ birlikdə 84 adda mineral maddə vardır.
  • Dəniz duzu bakteriya və virusları məhv edir, burunun selikli qişasının baryer funksiyasını gücləndirir, soyuqdəymə, qızdırma və allergiya əleyhinə təsir edir.
  • Yuxarı tənəffüs yollarının selikli qişasında toplanan selik və toz dənəciklərini təmizləyir, zökəm zamanı yaranan iltihabı və ödemi azaldır.

Evkalipt yağı:
Antiseptik, antibakterial, virus əleyhinə, ağrıkəsici, spazmolitik xüsusiyyətlərə malikdir. Evkaliptin efir yağları stafilokokları və Candida cinsindən olan göbələkləri məhv edir, selikli qişaların regenerasiyasını sürətləndirir.

Pixta yağı:
Antiseptik, iltihab əleyhinə, ödem əleyhinə, ağrıkəsici effektə malikdir, patogen mikroorqanizmlərin selikli qişalara daxil olmasının qarşısını alır.

Lavanda yağı:
Ağrıkəsici, dezinfeksiyaedici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, immunostimulyator, regenerasiyaedici effektləri var. Burunun selikli qişasında mikrosirkulyasiyanı yaxşılaşdırır, damarların tonusunu tənzimləyir, ödemi aradan qaldırır və burunla rahat nəfəsalmanı təmin edir. Burun əməliyyatlarından sonra müsbət effekt verir.

Farmakoloji təsiri:

  • Ağrıkəsici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, yerli immunostimulyator təsir edir, burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır və seliyin durulaşmasını təmin edir.
  • Səyirici epitelin hərəkətliliyini artıraraq seliyin qovulmasını sürətləndirir.
  • İzotonik məhlul olduğu üçün ödemi azaldır və burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq, burun tənəffüsünü asanlaşdırır.
  • Yuxarı tənəffüs yollarının selikli qişasından allergenlərin, eləcə də virusların və bakteriyaların yuyulub xaric olmasını asanlaşdırır, həmçinin antibakterial, antivirus, antifunqal təsir edir.
  • Burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstərişlər:

  • Kəskin və xroniki rinitlər
  • Allergik rinitlər
  • Vazomotor rinit
  • Haymorit, frontit
  • Adenoidit
  • Cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü
  • Kəskin respirator virus infeksiyaları
  • Burun çəpəri əyriliyi
  • Nəfəsalmanın çətinləşməsi (müxtəlif mənşəli)

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 1 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:

  • 1 yaşdan 3 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə;
  • 3 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə;
  • 7 yaşdan 12 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə;
  • Böyüklərə: gündə 4-6 dəfə hər burun keçəcəyinə 2-3 püskürtmə.

Kurs bütün hallarda 2-4 həftə təşkil edir (həkimin təyinatına əsasən). Bir aydan sonra kursun təkrarlanması məsləhət görülür.

Əlavə təsirləri: 

Yoxdur.

Buraxılış forması:

30 ml flakon, sprey-başlıqla birlikdə karton qablaşdırmada.

Saxlanma şəraiti:

Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlılıq müddəti:

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Dərman vasitəsi deyil.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Rizin sprey nə üçündür?

  1. Virus infeksiyası əleyhinə dərmanlar
  2. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  3. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  4. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  5. Qrip zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow