Fosfoqliv nə üçündür? istifadə qaydası necədir?
Fosfoqliv - Öd xəstəliklərinin müalicə və profilaktikasında, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Fosfoqliv haqqında məlumat
- Fosfoqliv qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri.
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə qəbulu
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti.
- Fosfoqliv nə üçündür?
Fosfoqliv qiyməti
Fosfoqliv qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fosfoqliv qiyməti 16 azn - 18 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fosfoqliv qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Phospholipides + Glycyrrhizinic acid
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 65 mq fosfolipidlər (lipoid C80) (73-79%-i (100%-ə nəzərən) fosfatidilxolindən ibarətdir), 35 mq qlisirrizin turşusunun trinatrium duzu (natrium qlisirrizinat) vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, kalsium karbonat, kalsium stearat, talk, kolloidal silisium dioksid (aerosil).
Kapsulanın tərkibi
gövdə: titan dioksid (E171), günəş qürubu sarısı boya maddəsi (E110), jelatin.
qapaq: titan dioksid (E171), qara dəmir oksidi (E172), jelatin.
Təsviri
Gövdəsi narıncı, qapağı qara rəngli bərk jelatin kapsullardır. Kapsulun möhtəviyyatı zəif sarımtıl çalarlı ağ rəngdən açıq-sarı rəngə qədər dəyişən, zəif özünəməxsus iyi olan qranullaşdırılmış tozdur.
Farmakoterapevtik qrupu
Hepatoprotektor dərman vasitəsi.
ATC kodu: A05BA.
Farmakoloji xüsusiyyətləri.
Farmakodinamikası
Kombinəolunmuş preparatdır. Hepatoprotektor, membranstabilləşdirici, və virus əleyhinə təsir göstərir.
Qlisirrizin turşusu antioksidant, iltihab əleyhinə təsir və fibrogenezə təsir etməklə hepatoprotektor təsir göstərir.
Antioksidant təsir. Qlisirrizin turşusu sərbəst oksigen radikalları ilə birləşir və hepatositlərdə lipidlərin peroksidləşməsində(LPO) iştrak edən fermentləri inhibə edir.
İltihab əleyhinə təsir. Qlisirrizin turşusu iltihabı aşağıdakı yollarla azaldır: NF-kB- və TLR4- siqnal yollarını inhibə etmək, iltihab sitokinlərinin (ŞNF-α, İL-1, İL-6, İL-8) produksiyasını azaltmaq, iltihab əleyhinə sitokinlərin (İL-2, İL-10, İL-12) hasil edilməsini stimulə etməklə. Bundan başqa qlisirrizin turşusu 11β-oksisteroiddehidrogenazanı inhibə etməklə qanda endogen kortizolun miqdarını artırır (psevdokortikosteroid effekt).
Fibrogenezə təsir 1-ci tip kollagen geninin ekspressiyasını azaltmaq, qaraciyərin ulduzabənzər hüceyrələri (İto hüceyrələri) tərəfindən kollagenin produksiyasını azaltmaq, həmçinin aktivləşmiş İto hüceyrələrinin təbii killerlər sistemi vasitəsilə dağıdılması ilə əlaqədardır ki, bu da fibrozun proqressivləşməsinin ləngiməsinə səbəb olur.
İnterferonların produksiyasını stimulə etmək, faqositozu artırmaq, təbii killer-hüceyrələrin aktivliyini artırmaqla qaraciyərdə virusların reproduksiyasını azaldır.
Dəri zədələnmələri zamanı iltihab əleyhinə təsir hesabına prosesin yayılmasını məhdudlaşdırır və xəstəliyin reqressiyasına səbəb olur.
Fosfatidilxolin (fosfolipidlərin təsiredici maddəsi) hüceyrə və hüceyrədaxili membranların əsas quruluş elementidir, zədələnmə zamanı sitoprotektor təsir göstərməklə onların quruluşunu və funksiyalarını bərpa edir, membranostabilləşdirici təsir göstərir. Zülal və lipid mübadiləsini normallaşdırır, hepatositlərin fermentləri və digər aktiv maddələri itirməsinin qarşısını alır, qaraciyərin funksiyaslarını bərpa edir.
Farmakokinetikası
Qlisirrizin turşusu
Daxilə peroral qəbuldan sonra bağırsağın normal mikroflorasının bakteriyaları tərəfindən hasil edilən β-qlükuronidaza fermentinin təsiri ilə qlisirrizin turşusundan aktiv metabolit β-qlisirret turşusu əmələ gəlir və sistemli qan dövranına sorulur. β-qlisirret turşusu qanda albuminlə birləşərək praktiki olaraq tamamilə qaraciyərə ötürülür. β-qlisirret turşusu orqanizmdən əsasən ödlə, cüzi miqdarda isə sidiklə xaric olur.
Tədqiqatlara əsasən fosfolipidlər qlisirrizin turşusunun lipofil xüsusiyyətlərini onun sorulma intensivliyi və sürətini 2 dəfədən çox artırmaqla yaxşılaşdırır
Fosfatidilxolin
Daxilə qəbul edilən fosfolipidlərin 90%-dən çoxu nazik bağırsaqdan sorulur. Onların çox hissəsi fosfolipaza A-nın təsirilə 1-asetil-lizofosfatidilxolinə qədər parçalanır ki, bunun da 50%-i bağırsağın selikli qişasından sorularkən yenidən asetilləşməyə məruz qalaraq polidoymamış fosfatidilxolinə çevrilir. Polidoymamış fosfatidilxolin limfa sistemi vasitəsilə qana düşərək buradan əsas etibarilə yüksək qatılıqlı lipoproteinlərlə (YQL) birləşmiş şəkildə qaraciyərə keçir. İnsanlarda farmakokinetikası 3Н (xolin hissə) və 14С (linol turşusunun qalığı) ilə radiaktiv nişanlanmış dilenoleilfosfatidilxolinin köməyi ilə öyrənilmişdir. 3H-in maksimal konsentrasiyası 6-24 saat sonra əldə edilir və qəbul edilən dozanın 19,9%-ni təşkil edir; 14С – 4-12 saat sonra, 27,9% təşkil edir. Yarımparçalanma dövrü xolin hissə üçün 66 saat, linol turşusu qalığı üçün 32 saatdır. Nəcisdə 2%-i və 14С -in 4,5%-i; sidikdə 3Н -in 6%-i, 14С -in isə minimal miqdarı tapılır. Hər iki izotopun bağırsaqdan sorulması 90%-dən çoxdur.
İstifadəsinə göstərişlər
- Qaraciyərin piy degenerasiyası (hepatoz), qaraciyərin alkoqol, toksik, o cümlədən digər dərman zədələnmələri
- Virus hepatitləri, qaraciyərin sirrozu və psoriazın kompleks müalicəsi
Əks göstərişlər
- Qlisirrizin turşusuna, fosfatidilxolinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
- Antifosfolipid sindromu.
- Hamiləlik (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).
- Laktasiya dövrü (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).
- 12 yaşdan aşağı yaş həddi (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil)
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Arterial təzyiq yüksələrsə preparatın qəbulu dayandırılmaq və həkimə müraciət etmək lazımdır.
Ehtiyyatla
Portal hipertenziya olan xəstələrdə. Arterial hipertonya olan xəstələrdə. Göstərilən xəstəliklər müşahidə olunduqda istifadədən qabaq həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öyrənilməmişdir.
Hamiləlik və laktasiya dövründə qəbulu
Hamiləlik və laktasiya dövründə qəbulu əks-göstərişdir (effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar kifayət qədər deyil).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini idarə etmək və digər yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən işləri yerinə yetirmə qabiliyyətinə mənfi təsiri yoxdur.
İstifadə qaydası və dozası
Daxilə yemək zamanı, çeynəmədən, bir qədər su ilə qəbul olunur.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara tövsiyə olunan doza rejimi gündə 3 dəfə 1-2 kapsuldur. Müalicə kursunun müddəti 6 aya qədər davam edə bilər, orta hesabla - 3 ay təşkil edir.
Əlavə təsirləri
Fosfoqliv preparatı adətən xəstələr tərəfindən yaxşı qəbul edilir və əlavə təsirlər çox nadir halda baş verir, qeydiyyatsonrası müşahidələrdən alınan məlumatlara əsasən baş vermə tezliyi <1/10000.
Allergik reaksiyalar: dəri səpgisi, burundan nəfəsalmanın çətinləşməsi, konyunktivit, öskürək.
Ürək-damar sisteminə: arterial təzyiqin tranzitor (müvəqqəti) yüksəlməsi, periferik ödemlər.
Həzm sisteminə: dispepsiya (gəyirmə, ürəkbulanma, qarında köp), qarında narahatlıq hissi.
Göstərilən əlamətlər meydana çıxarsa preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək tövsiyə edilir.
Doza həddinin aşılması
Müşahidə edilməmişdir.
Buraxılış forması
Kapsullar.
30, 50, 100, 200 və ya 300 kapsul yüksək təzyiq altında polietilen, yaxud propilen qapaqlarla örtülmüş plastik konteynerlərdə.
10 kapsul, polivinilxlorid lövfədən və laklı çap olunmuş alüminium folqadan hazırlanmış konturlu-yuvalı qablaşdırmada.
1 konteyner və ya 2, 3, 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti.
Reseptsiz buraxılır.
İstehsalçının adı və ünvanı/İradları qəbul edən təşkilat:
ASC “Farmstandart-Leksredstva”, 305022, Kursk ş. 2-ci Aqreqat küç. ev 1a/18
Tel.:/Faks: (4712) 34-03-13; www.pharmstd.ru
Fosfoqliv nə üçündür?
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






