Alora 100 mq
Alora 100 mq qırmızı şərab rənqli, dairəvi, qabarıq, səthi bərabər örtüklü tabletlərdir.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
- Alora 100 mq tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- Alora 100 mq nə üçündür?
- İstifadəsinə göstərişlər
- Alora 100 mq Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Alora 100 mq İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Buraxılış forması
- Digər buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Alora 100 mq qiyməti
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
ALORA 100 mq örtüklü tabletlər
Alora 100 mq tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq Passifloranın quru ekstraktı (tərkibində 3,5 % flavonoid şəklində Viteksin) vardır.
Köməkçi maddələr:
- povidon (PVP K30)
- krospovidon (Kollidon CL)
- natrium kroskarmelloza
- kolloidal susuz silisium dioksid (Aerosil 200)
- mikrokristallik sellüloza PH 102
- maqnezium stearat.
Örtük No 12 (SepiFilm LP 007): metilhidroksipropil sellüloza (E464), mikrokristallik sellüloza (E460), stearin turşusu (E570). Qırmızı şərab (Kandurin Qırmızı Parıltı): kalium alüminium silikat (E555), qırmızı dəmir oksidi (E172).
Təsviri
Qırmızı şərab rənqli, dairəvi, qabarıq, səthi bərabər örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Sedativ vasitələr.
ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Alora 100 mq nə üçündür?
Passiflora ekstraktı təbii bitki Passiflora incarnata-dan alınır. Tərkibində indol sırasından alkaloidlər 0.04 % (harman, harmin, harmol), flavonoidlər (viteksin, kvertisin), kumarinlər, xinonlar və digərləri vardır.
Ekstraktın komponentləri sinir impulsunun onurğa beynində və beyində keçirilməsinə mane olur, MSS oyanıqlığını azaldaraq sedativ effekt təmin edir.
Bu dərman vasitəsi depressiv hallarda əhval ruhiyəni yaxşılaşdırır, narahatçılıq hissini və zehni gərginliyi azaldır. Səhər depressiyası simptomları yaratmadan zəif yuxugətirici effekti var. Həmçinin qıcolma əlehinə xüsusiyyətlərə də malikdir.
İstifadəsinə göstərişlər
Alora 100 mq örtüklü tabletlər mental stressin mülayim simptomlarının yüngülləşdirilməsi üçün və yuxu pozulmaları zamanı istifadə olunur.
Alora 100 mq Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əldə olunan məlumatlar yetərli olmadığından 12 yaşdan aşağı olan uşaqlarda istifadəsi məsləhət görülmür və əlavə tibbi məsləhət zəruridir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Baxmayaraq ki, sintetik sedativ vasitələrlə qarşılıqlı təsir haqda məlumat mövcud deyil, sedativ preparatlarla (benzodiazepin kimi) paralel qəbulu həkimin xüsusi göstərişi olmadan məsləhət görülmür.
- MAO inhibitorlarına aid olan Fenelzinlə eyni vaxtda istifadə etmək məsləhət görülmür. Disulfiramla birlikdə istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı və laktasiya dövründə bu preparatın istifadəsi haqqında məlumat mövcud deyil, buna görə ana üçün gözlənilən fayda və körpəyə olan potensial riski qiymətləndirmək vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı avtomobil və digər potensial təhlükəli mexanizmlərin istifadəsindən qaçmaq lazımdır.
Alora 100 mq İstifadə qaydası və dozası
Gün ərzində sedativ təsiri təmin etmək üçün: böyüklər üçün tövsiyə edilən peroral doza gündə üç dəfə yeməkdən əvvəl 100 mq təşkil edir.
Yuxu pozğunluğu zamanı: böyüklər üçün tövsiyə edilən peroral doza gündə bir dəfə yatmazdan bir saat əvvəl 200-300 mq təşkil edir.
12 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-a qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥1/10000-dən <1/1000-ə qədər); çox nadir (<1/10000); məlum olmayan (mövcud məlumatlar əsasında qiymətləndirmək mümkün deyil).
İmmun sistemin pozğunluqları
Məlum olmayan: hiperhəssaslıq (vaskulit) (bir hal qeydə alınıb)
Ürək pozğunluqları
Məlum olmayan: taxikardiya (bir hal qeydə alınıb)
Mədə-bağırsaq pozğunluqları
Məlum olmayan: ürəkbulanma (bir hal qeydə alınıb)
Yuxarıda qeyd olunmayan hər hansı əlavə təsir əmələ gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur. Doza həddinin aşılması olarsa, mədə yuyulmalı və simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
Alora 100 mq örtüklü tabletlər, ağ, qeyri-şəffaf PVX/TE/PVDX/Al blisterlərdə. 30 örtüklü tablet (3 blister) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış forması
Alora 100 ml şərbət, plastik qapaqlı kəhrəba rəngli şüşə flakonda 5 ml-lik ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il . Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Alora 100 mq qiyməti
Alora 100 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alora 100 mq qiyməti 7 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alora 100 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.
Aid olduğu kateqoriyalar
- Yuxu pozğunluğu zamanı istifadə olunan vasitələr
- Sinir oyanıqlığında istifadə olunan vasitələr
- Depressiya zamanı istifadə olunan vasitələr
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






