Ekzoderil krem nə üçündür?
Ekzoderil krem -Göbələk zamanı, saç xəstəlikləri zamanı, göbələk mənşəli səpkilərdə istifadə olunan preparatdır.

Ekzoderil krem haqqında məlumat
- Ekzoderil krem qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Ekzoderil krem nə üçündür?
Ekzoderil krem qiyməti
Ekzoderil qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ekzoderil krem qiyməti 8 azn - 11 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ekzoderil maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
EKZODERİL® xaricə istifadə üçün krem
EXODERIL®
Beynəlxalq patentləşdirilməmiş adı: Naftifine
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq naftifin hidroxlorid vardır.
Köməkçi maddələr: natrium hidroksid, benzil spirti, sorbitan stearat, setil palmitat, setil spirti, stearil spirti, polisorbat 60, izopropilmiristat, təmizlənmiş su.
Təsviri
Ağ, bircinsli və ya bir qədər sıyıqşəkilli, parlaq, zəif xarakterik iyli kremdir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün digər göbələkəleyhinə vasitələr, naftifin.
ATC kodu: D01AE22.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ekzoderil mikozlar zamanı xaricə istifadə üçün nəzərdə tutulmuşdur və tərkibində təsiredici maddə naftifin vardır.
Naftifinin funqisid təsiri skvalenepoksidaza fermentinin sintezinin ləngidilməsi vasitəsilə erqosterolun (membran komponentinin) sintezinin blokadasına əsaslanır.
İn vitro şəraitdə naftifin aşağıdakı mikroorqanizmlərə qarşı funqisid təsir nümayiş etdirir: Trichophyton spp., Microsporon spp., Epidermophyton floccosum.
Naftifin maya (Candida species), kif (Aspergillus species) və digər (e.g. Sporothrix schenkii) göbələklərə qarşı orta dərəcədə aktivdir.
O, həmçinin tez-tez göbələk infeksiyaları ilə müşayət olunan qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı antibakterial təsir göstərir.
Klinik istifadə zamanı naftifinin iltihabəleyhinə təsiri qeyd olunmuşdur ki, bunun hesabına iltihab əlamətləri, xüsusən qaşınma tezliklə aradan götürülmüşdür.
Farmakokinetikası
Dəriyə sürtülmə zamanı dozanın yalnız 4%-i absorbsiya olunur. Bu səbəbdən sistem eks-pozisiyası çox aşağıdır. Plazmada və sidikdə naftifin iz şəklində (cüzi miqdarda) aşkar olunur.
İstifadəsinə göstərişlər
Naftifinə həssas törədicilərin yaratdığı göbələk infeksiyalarının yerli müalicəsi.
- Qaşınma ilə və ya qaşınma olmadan dərinin və dəri büküşlərinin göbələk infeksiyaları (tinea manum, tinea pedum, tinea corporis, tinea inguinalis).
- Dırnaqların göbələk infeksiyaları (onixomikozlar).
- Dəri kandidozları.
- Kəpəklənən dəmrov (pityriasis versicolor).
Göbələkəleyhinə preparatların müvafiq təyinolunma və istifadəsi üzrə rəsmi milli rəhbər-likləri nəzərə almaq lazımdır.
Əks göstərişlər
Naftifinə, benzil spirtinə və ya preparatın hər hansı digər köməkçi maddəsinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı yara səthinə sürtmək olmaz.
Ekzoderil krem oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır.
Preparatın tərkibində setil və stearil spirtləri var ki, bunlar yerli dəri reaksiyaları yarada bilirlər (məsələn, kontakt dermatit).
1 q kremin tərkibində konservant qismində10 mq benzil spirti var.
Ekzoderili digər xaricə istifadə edilən preparatlar ilə qarışdırmaq olmaz, belə ki, konsentrasiyasının azalması hesabına təsiredici maddənin effektivliyi kifayət qədər olmaya bilər.
Krem fototoksik deyildir və fotohəssaslıq yaratmır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə və ya alkoqol ilə qarşılıqlı təsiri qeyd olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İndiyə qədər naftifinin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər təcrübə yoxdur və ya çox məhdud şəkildədir. Heyvanlar üzərində aparılan tədqiqatlar birbaşa və ya dolayı reproduktiv toksikliyini nümayiş etdirməmişdir.
Ehtiyat məqsədilə hamiləlik və laktasiya dövründə Ekzoderil preparatının istifadəsindən qaçmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsiri
Məlumatlar daxil olmamışdır.
İstifadə qaydası və dozası
Ekzoderil dəri və ya dırnaqlarda yalnız xaricə istifadə olunur.
Dozalanma
Dərinin göbələk infeksiyalarının müalicəsi üçün gündə bir dəfə, dırnaq infeksiyalarının müalicəsi üçün- gündə iki dəfə istifadə olunur.
Zədələnmiş dərini və onu əhatə edən sahələri təmizləmək, yaxşıca qurutmaq, daha sonra yüngülcə massaj hərəkətləri ilə kremi sürtmək lazımdır.
Uşaqlar və yeniyetmələr: uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə naftifinin təhlükəsizliyi və effektliyi sübut olunmayıb (kifayət qədər təcrübə yoxdur).
Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr: dozanın korreksiyası tələb olunmur.
Yaşlı xəstələr: dozanın korreksiyası tələb olunmur.
İstifadə müddəti
Müalicə müddəti: dermatomikozlarda- 2-4 həftə (lazım gələrsə 8 həftəyə qədər), kandidozlarda – 4 həftə, dırnaqların infeksiyaları zamanı gündə 2 dəfə 6 aya qədər müddət ərzində istifadə etmək lazımdır. Qayıdan infeksiyanın qarşısını almaq üçün preparatın istifadəsini klinik sağalmadan sonra ən azı 2 həftə davam etdirmək lazımdır.
Təkrar infeksiyanın profilaktikası üçün lazım olan gigiyenik tədbirlər barədə xəstələri məlumatlandırmaq lazımdır.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyini qiymətləndirmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 <1/10), bəzən (≥1/1000 <1/100), nadir (≥1/10000 <1/1000), çox nadir (<1/10000), tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında hesablamaq mümkün olmur).
Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişikliklər
Tezliyi məlum deyil: dərinin quruması, qızarması və yandırma hissi.
Doza həddinin aşılması
Naftifinin xaricə istifadəsi zamanı doza həddinin kəskin aşılması və sistem intoksikasiya az ehtimal olunur. Təsadüfən daxilə qəbulu zamanı müvafiq simptomatik müalicə tövsiyə olunur.
Buraxılış forması
Xaricə istifadə üçün 15 q krem, tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30º C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Açılmış tub 25ºC-dən yüksək olmayan temperaturda 28 gündən artıq saxlanılmamalıdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Sandoz GmbH, Biochemiestrasse 10, A-6250 Kundl, Austria.
Merck KGaA & Co Werk Spittal, Höesslgasse 20, A-9800 Spittal/Drau, Austria.
Salutas Pharma Osterweddingen, Lange Goehren 3, D-39171 Osterweddingen, Germany.
Preparata aid olan hər hansı məlumat almaq üçün yerli nümayəndəliklə əlaqə saxlamağınız xahiş olunur.
Sandoz d.d.,
Bakı şəhəri, AZ 1000
Nazim Hikmət küçəsi, ev 30C.
Ekzoderil krem nə üçündür?
- Saç xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Göbələk əleyhinə dərmanlar
- Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






