Eksbona (Exbona) krem nə üçündür?

Eksbona (Exbona) krem - Yanıq zamanı, dəmrov zamanı, psoriaz zamanı, dermatit və eqzema zamanı istifadə olunan preparatdır.

Oct 9, 2024 - 14:36
 0
Eksbona (Exbona) krem nə üçündür?
Eksbona (Exbona) krem

Eksbona krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Eksbona krem qiyməti

Eksbona krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Exbona krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ:

Vitamin E – 50 BV
Vitamin A – 850 BV
Betain – 125 mq
Sink – 65 mq
Vitamin D3 – 2500 BV

XÜSUSİYYƏTLƏRİ:

Vitamin E (tokoferol asetat) – yağda həll olan vitaminlərdən olub, təbiətdə 8 izomerinə rast gəlinir. Vitamin E mühüm antioksidantlardan olub, dəri toxumasında oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməklə sərbəst radikalların miqdarını azaldır, dərinin zədələnməsinin qarşısını alır. Vitamin E immunomoduləedici təsiri hesabına dəri toxumasını infeksion faktorlardan qoruyur. Tokoferol zülalların biosintezində iştirak edir, hüceyrə arası sahədə kollagen və elastiki liflərin sintezini təmin edir, nəticədə hüceyrəvi proteksiyanı və toxuma proliferasiyasını həyata keçirir. Eyni zamanda dəri toxumasının qan təchizatını yaxşılaşdırmaqla qidalanmasını təmin edir və dəri toxumasının bərpasını sürətləndirir.
Vitamin A (retinol palmitat) – yağda həll olan vitaminlərdən olub, müxtəlif dəri xəstəliklərinin müalicəsində yerli və daxilə qəbul formasında istifadə edilir. Yerli istifadəsi zamanı dəri və selikli qışa hüceyrələrinin bərpasında, hüceyrəvi zülalların və hormonların biosintezində iştirak etməklə, maddələr mübadiləsinin normal gedişatını təmin edir, hüceyrə membranı funksiyasının yerinə yetirilməsində əsas rol oynamaqla hüceyrə qocalmasının qarşısını alır. Selikli qişanın və dərinin baryer funksiyasının artmasında iştirak edir, makrofaqların faqositar qabiliyyətini artıraraq dərinin infeksiyalara qarşı dözümlülüyünü gücləndirir. Qlükozaminoqlikanların və kollagen sintezini stimulə etməsi hesabına epiteliositlərin proliferasiyasını həyata keçirir, nəticədə dəri xəstəlikləri zamanı sağalmanı sürətləndirir, dəridə keratinləşməni normallaşdırır.
Sink (sink oksid) – hüceyrə metabolizmində əsas rol oynayan 300-ə qədər fermentin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edərək hüceyrələrin böyümə, bölünmə və regenerasiya proseslərində mühüm rola malikdir. Hüceyrə membranının struktur möhkəmliyini, vitamin A-nın və vitamin E-nin biomənimsənilməsini təmin edir, T-limfositlərin və makrofaqların sintezini sürətləndirir, neytrofillərin müdafiə aktivliyini tənzimləyərək və antitel hazırlanmasını stimulaşdırmaqla hüceyrəvi immunitetin formalaşmasında iştirak edir. Nəticədə dəri toxumasının infeksiyalara qarşı dözümlülüyünü artırır. Dərinin bərpasını sürətləndirir. Sink defisitı dəridə bir sıra ağır patologiyalara səbəb olur.
Vitamin D3 (xolekalsiferol) – xolekalsiferol dəridə ultrabənövşəyi şuaların təsirindən 7-dehidroxolesterindən sintez olunur. Vitamin D3 dəridə kalsium-fosfor mübadiləsini yaxşılaşdırır, antikanserogen təsirə malikdir.
Betain (trimetil qlisin) – metil qrupunun donoru olub hüceyrə membranı fosfolipidlərinin sintezini təmin edir. Betain intercellular boşluqlarda əhəmiyyətli duzların konsentrasiyası və balansını tənzimləməklə (osmotoprotektor) suyun hüceyrə tərəfindən udulmasını gücləndirir və eyni zamanda suyun hüceyrədən xaric olmasının qarşısını alaraq dəridə nəmləndirici effekt yaradır, dəri qurumasının qarşısını alır. Betain dəridə qıcıqlandırıcı təsir yarada biləcək toksiki maddələri neytrallaşdıraraq onların təsirini azaldır və dəri qıcıqlanmasının qarşısını alır. Vitamin A və E-nin dəri toxuma hüceyrələri tərəfindən biomənimsənilməsini artırır, dərinin keratinlə zənginləşməsini gücləndirir, nəticədə dəriyə elastiklik və dolğunluq verir. Betain dəridə yumşaldıcı və tonuslandırıcı effekt yaradır. Eyni zamanda betaininin dəriyə istifadəsi zamanı dəri xərçəngi inkişaf riskinin qarşısını alır.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:

– Keratinizasiya patologiyaları – sadə və X-xromosomlu ixtioz, ixtiozabənzər eritrodermiya, eritrokeratodermiya, ovuc-pəncəaltı keratodermiya, follikulyar keratoz və diskeratoz;
– Multifaktoral xəstəliklər – psoriaz, atopik dermatit, qırmızı dəmrov;
– Eroziv və xoralı proseslər – bulloz toksikodermiya, bulloz epidermoliz, müxtəlif etiologiyali dəri xoraları, yanıqlar;
– Allerqodermatozlar – kəskin və yarımkəskin ekzema və neyrodermatit;
– Xərçəngönü xəstəliklər – keratoz, dərinin şua zədələnmələri, piqment kserodermiyası;
– Piy mübadiləsi pozulmaları – seboreya, sızanaq;
– Dəri qurumaları (kseroz), çatlar.

ƏKS GÖSTƏRİŞLƏRİ: 

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: 

Nadir hallarda dəri reaksiyaları.

İSTİFADƏ QAYDASI: 

Kremi dəri səthinə sürtməzdən əvvəl dəri isti su ilə neytral sabunla yüngülcə yuyulmalıdır. Sonra gündə 2-3 dəfə dəri səthinə çəkilir. Minimal istifadə müddəti 1-3 həftədir. Dərinin vəziyyətindən asılı olaraq istifadə müddəti fərdi olaraq artırıla bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: 

Hamiləlik və süd vermə zamanı istifadəsi mümkündür.

BURAXILIŞ FORMASI: 

EXBONA krem 100 ml tubikdə, məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 

Quru, 24ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: 

Qutunun və tubikin üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: 

Reseptsiz.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

“ORNADO MEDICINE” Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.

İSTEHSALÇI

“PRIMEA LIMITED” – İngiltərə.

Eksbona krem nə üçündür?

  1. Yanıq zamanı istifadə olunan dərmanlar
  2. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Psoriaz zamanı istifadə olunan dərmanlar
  5. Sızanaqlar əleyhinə vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow