Sinkofer (Cinkofer) istifadə qaydası necədir?

Sinkofer (Cinkofer) - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Nov 23, 2024 - 17:27
 0
Sinkofer (Cinkofer) istifadə qaydası necədir?
Sinkofer (Cinkofer)

Sinkofer haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sinkofer qiyməti

Sinkofer qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Cinkofer qiyməti 23 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sinkofer qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Dəmir........................50 mq
Sink............................10 mq
Fol turşusu.............200 mkq
Sianokobalamin.........1 mkq
Vitamin C……………30mq

Xüsusiyyətləri:

Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. CİNKOFERin tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.
Sink DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün yeni hüceyrələrin, o cümlədən, eritrositlərin əmələ gəlməsində bilavasitə rol oynayır. Orqanizmdə dəmirin depolanması prosesinə nəzarət edir. Güclü antioksidant effekti sayəsində sərbəst radikalların eritrosit membranına olan dağıdıcı təsirinin qarşısını alır. Bağırsaqlarda su-ion balansını bərpa edərək dəmirin sorulmasını asanlaşdırır. Toxumalarda inkişaf və böyümə prosesslərini sürətləndirir, uşaqların fiziki və əqli inkişafına təsir göstərir.
Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir, normallaşdırır. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rola malikdir.
Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
CINKOFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Göstərişləri:

-Müxtəlif defisitli anemiyaların müalicəsi və profilaktikası
-Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü
-İmmun sistemini gücləndirmək məqsədilə
- İntensiv inkişaf dövrü
- Hamiləlik, laktasiya, menorragiya, qanitirmə ilə müşayiət olunan hallar
- Orqanizmin dəmirə və sinkə tələbatının artdığı digər hallar

İstifadə qaydası:

12 yaşdan yuxarı. uşaqlar və böyüklər: 1 kapsuldan gündə 1 dəfə.

Əks göstərişləri:

Preparatın tərkibinə qarşı yüksək həssaslıq, hemolitik anemiyalar.

Əlavə təsirləri:

Nadir hallarda ürəkbulanma, qusma, dispeptik əlamətlər ortaya çıxa bilər.

Buraxılış forması:

CİNKOFER Kapsul №30

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Sinkofer nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Anemiya zamanı istifadə olunan dərmanlar
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow