Dermatisan krem nə üçündür? istifadə qaydası necədir?

Dermatisan krem - Göbələk zamanı, bakterial xəstəliklər zamanı, dəmrov zamanı, psoriaz zamanı, dermatit və ekzema zamanı istifadə olunan preparatdır.

Dec 1, 2024 - 17:18
 0
Dermatisan krem nə üçündür? istifadə qaydası necədir?
Dermatisan krem

Dermatisan krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dermatisan krem qiyməti

Dermatisan qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dermatisan krem qiyməti 12 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Dermatisan maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

DERMATİZAN krem

DERMATISAN

 

Beynəlxalq patentləşdirilməmiş adı: betamethasone, gentamycin, tolnaftate, clioquinol

 

Tərkibi

Təsiredici maddələr: 1 q kremin tərkibində: betametazon valerat 0,6 mq (0,5 mq betametazona ekvivalent), 1,696 mq gentamisin sulfat (1 mq gentamisinə ekvivalent), 10 mq tolnaftat, 10 mq klioxinol vardır.

Köməkçi maddələr: simetikon, propilparahidroksibenzoat, dinatrium-edetat, polioksil 20 setostearil efiri, metilparahidroksibenzoat, natrium metabisulfit, desil oleat, butilhidroksitoluol, setostearil spirti, təmizlənmiş su.

 

 

Təsviri: 

açıq sarımtıl rəngli, qatışıqsız və yağlı homogen məlhəmdir.

 

Farmakoterpevtik qrupu: Dermatologiyada istifadə edilən kortikosteroidlər. Kortikosteroidlər və antibiotiklərin kombinasiyaları. Aktiv kortikosteroidlərin antibiotiklərlə kombinasiyaları. Betametazon və antibiotiklərin kombinasiyaları.

ATC kodu: D07CC01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası 

Betametazon valerat (0,05%) yerli iltihabəleyhinə təsirə malik kortikosteroid olub, betametazon fosfat formasından daha effektivdir. Digər kortikosteroidlərdən daha yüksək penetrasiyaya malikdir. Gentamisin sulfat (0,1%) geniş təsir spektrinə malik antibiotik olub, sensibilizasiyaya səbəb olmadığı üçün dermatologiyada istifadə olunur. Qrammənfi və qrammüsbət mikroorqanizmlərin əksəriyyətinə qarşı aktivlik göstərir.

Tolnaftat (1,0%) geniş təsir spektrli funqisid təsirə malik antifunqal vasitədir.

Klioxinol (1,0%) tolnaftatın təsir spektrinə daxil olmayan kandidalara qarşı aktivlik göstərir.

Farmakokinetikası

Preparatın farmakokinetikası haqqında məlumat yoxdur.

 

İstifadəsinə göstərişlər

Qlükokortkosteroidlərlə müalicəyə cavab verən dermatozlar zamanı preparatın komponentlərinə həssas ikincili infeksiya ilə ağırlaşma və ya bu cür infeksiya ehtimalı hallarında istifadə olunur.

Qasıq dermatozları, ətrafların xroniki dermatitləri, eritrazma, xarici otit, balanopostit, ekzematoz dermatit, kontakt dermatiti, follikulyar dermatit, dishidroz, paronixiya (Candida mənşəli), anal qaşıntı, seboreyalı ekzema, bişməcə, seboreyalı dermatit, pustulyoz sızanaqlar, impetiqo, neyrodermatit, anqulyar stomatit, fotodermatozlar, qasıq epidermofitiyası və digər dermatofitiyaların (Tinea pedis, Tinea cruris və Tinea corporis) müalicəsində istifadə olunur.

 

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

3 yaşınadək uşaqlarda preparatın istfadəsi əks göstərişdir.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yerli kortikosteroidlərin istifadəsi zamanı sistem kortikosteroidlərin qəbulu nəticəsində meydana çıxan əlavə təsirlər (adrenal supressiya da daxil olmaqla) müşahidə oluna bilər, xüsusilə də uşaqlar və yenidoğulmuşlarda.

Müalicəyə məruz qalan dəri səthi geniş olduqda və ya okklyuziv sarğı istifadə olunduqda preparatın absorbsiyası yüksəlir. Belə hallarda və ya preparatın uzunmüddətli istifadəsi zamanı (xüsusilə də  uşaqlarda) əvvəlcədən ehtiyat tədbirləri həyata keçirilməlidir. Geniş dəri səthində, xüsusilə də uzunmüddətli istifadə olunduqda və ya tətbiq nahiyəsində çatlar olduqda gentamisinin sistem absorbsiyası yüksəlir. Bu zaman gentamisinin sistem istifadəsinə xas olan əlavə təsirlər müşahidə oluna bilər. Ona görə də bu cür şərtlərdə preparat istifadə olunduqda (xüsusən də uşaqlarda) xüsusi ehtiyat tədbirləri görülməldir. Antibiotiklərin uzunmüddətli yerli istifadəsi bəzən qeyri-həssas mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-həssas mikroorqanizmlərin inkişafı və ya qıcıqlanma, sensibilizasiya müşahidə olunarsa, preparatın istifadəsi dayandırılmalı və müvafiq müalicə tətbiq olunmalıdır.

Klioxinol geyimə ləkə düşməsinə səbəb ola bilər.

Pediatrik pasiyentlər

Yerli kortikosteroidlərin və ekzogen kortikosteroidlərin təsirindən hipofiz-böyrəküstü vəzin funksiyalarının supressiyasına uşaqlar (bədən çəkisi və daha geniş səthdə istifadə səbəbindən) böyüklərə nisbətən daha həssas olur. Yerli kortikosteroidlər istifadə olunan uşaqlarda hipotalamus-hipofiz-böyrəküstü vəzi fəaliyyətinin zəifləməsi, Kuşinq sindromu, boy inkişafının ləngiməsi, bədən çəkisinin artımının ləngiməsi və beyindaxili təzyiq müşahidə olunmuşdur. Uşaqlarda adrenal supressiyanın əlamətlərinə plazma kortizol səviyyəsinin azalması və AKTH stimulyasiyasına cavabın olmaması daxildir.

Beyindaxili təzyiqin əlamətlərinə isə əmgəyin gərgin olması, baş ağrısı və görmə siniri diskinin bilateral ödemi daxildir.

Yaşlı pasiyentlər

Yaşlı pasiyentlərdə əlavə təsir riski daha yüksək olduğundan dozanın azaldılmasına ehtiyac ola bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə preparatın aktiv tərkib hissələrinin qarşılıqlı təsiri haqqında heç bir məlumat yoxdur.

Dərman-laboratoriya testi qarşılıqlı təsiri: Klioxinolun sistem absorbsiyası tiroid funksiyaları testlərinin nəticələrinə təsir göstərə bilər. Sidikdə klioxinol olarsa, fenilketonuriya müəyyən edilməsi üçün dəmir xlorid sınağının nəticəsi yalançı müsbət ola bilər.

  

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə dair kifayət qədər kliniki araşdırmalar aparılmadığına görə, preparatdan gözlənilən fayda potensial riskdən üstün olduğu halda yalnız həkim tərəfindən təyin oluna bilər. 

Həkim və ya stomatoloqun göstərişi olmadan preparatı hamilə qadınlarda istifadə etmək olmaz. Əgər preparatdan istifadə müddətində pasiyent hamilə olduğundan şübhələnərsə, dərhal həkimə müraciət etməlidir.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Aşkar edilməmişdir.

 

İstifadə qaydası və dozası

Gündə 2-3 dəfə (8 və ya 12 saatdan bir) az miqdarda zədələnmiş nahiyəyə çəkilir. İstifadənin tezliyi və müalicə müddəti xəstəliyin ağırlığından asılı olub, həkim tərəfindən müəyyənləşdirilir. Müalicə müddəti xəstənin reaksiyasından asılıdır. Pəncənin epidermofitiyasının müalicəsində uzun müddət (2-4 həftə) istifadə etmək tələb oluna bilər. Gündə 2-3 dəfədən çox istifadə etmək olmaz.

 

Əlavə təsirləri

Əlavə təsirlər rastgəlmə tezliyinə görə aşağıdakı kimi klassifikasiya olunur:

Çox tez-tez rast gəlinən (≥ 1/10)

Tez-tez rast gəlinən (>1/100 və <1/10)

Bəzən rast gəlinən (> 1/1000 və <1/100)

Nadir hallarda rast gəlinən (> 1/10 000 və <1/1000)

Çox nadir rast gəlinən (<1/10 000)

Çox tez-tez: dəri iltihabı, qaşınma, qıcıqlanma.

Bəzən: telangiektaziyalar, piodermatitlər, dərinin kövrəkləşməsi, follikulitlər, qansızma, yanğı, eritema.

Nadir hallarda: dəridə çatlar, hipertrixoz, akneyə bənzər səpgilər, dəri xorası, övrə, hipopiqmentasiya, saçların tökülməsi, dəridə quruluq, səpgi, allergik reaksiyalar.

Tezliyi məlum olmayan əlavə təsirlər: perioral dermatitlər, allergik kontakt dermatiti, dəridə maserasiya, ikincili infeksiyalar, dəri atrofiyası və miliariya.

 

Doza həddinin aşılması

Kortikosteroidlərin həddən artıq və uzunmüddətli istifadəsi zamanı hipofiz-adrenal funksiyaların zəifləməsi və nəticədə Kuşinq sindromu da daxil olmaqla, hiperkortisizm əlamətlərinin meydana çıxması ilə ikincili adrenal çatışmazlıq inkişaf edə bilər. Gentamisinin birdəfəlik yüksək dozası hər hansı xüsusi simptomların baş verməsinə səbəb olmamışdır. Yerli antibiotklərin yüskək dozada və ya uzunmüddətli istfadəsi qeyri-həssas mikroorqanizmlərin proliferasiyasına və beləliklə yaranın pisləşməsinə səbəb ola bilər. Tolnaftatın sistem təsiri yoxdur. Nadir hallarda klioxinol yodizmə səbəb olur.

Müalicəsi

Müvafiq simptomatik müalicə aparmaq lazımdır. Kəskin hiperkortisizm simptomları praktik olaraq geri dönəndir. Ehtiyac olarsa elektrolit disbalansı aradan qaldırılmalıdır. Xroniki zəhərlənmələr zamanı steroidləri orqanizmdən tədricən çıxarmaq məqsədəuyğundur.

Yaşlı pasiyentlərə preparatın təyini üçün heç bir məhdudiyyət yoxdur.

 

Buraxılış forması

Tubda 20 q krem. 1 tub içlik vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

Tubu bağlı şəkildə, otaq temperaturunda (150C-300C), qaranlıq və quru yerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

24 ay.

Yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

EMS S/A

Rod. Jornalista F.A. Proença, Km 08

Chacara Assay – Hortolândia: 13186-901 SP, Braziliya.

Dermatisan krem nə üçündür?

  1. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  2. Psoriaz zamanı istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  5. Göbələk əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow