Betadin şam nə üçündür? istifadə qaydası necədir?
Betadin şam tərkibində povidon yod saxlayır. Elementar yod mikroorqanizmləri məhv edir. O, tez bir zamanda bakteriyaları, göbələkləri, virusları, ibtidailəri (birhüceyrəli orqanizmlər) məhv edir.

Betadin şam haqqında məlumat
Betadin şam qiyməti
Betadin şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Betadin şam qiyməti 11 azn - 13 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Betadin vaginal şam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- kəskin və xroniki vaginal infeksiyalar (kolpit)
- qarışıq infeksiyalar
- qeyri-spesifik infeksiyalar (bakterial vaginoz, Gardenerella vaginalis)
- göbələk infeksiyaları
- antibiotiklərlə və steroid preparatlarla müalicədən sonra yaranan vaginal infeksiyalar
- trixomoniaz
- yoda və köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq)
- qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz)
- qalxanabənzər vəzinin digər kəskin xəstəlikləri
- dərinin herpesəbənzər iltihabı
- qalxanabənzər vəzi xəstəliklərinin müalicəsindən və radioaktiv yoddan istifadə etməklə aparılan izotop müayinəsindən əvvəl və sonra.
- Betadin vaginal suppozitoriyaların yeniyetmə yaş dövrünə qədər uşaqlarda istifadəsi əks göstərişdir
Betadin vaginal suppozitoriyaların istifadəsindən əvvəl müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
- Xroniki böyrək çatışmazlığı olan xəstələrdə müntəzəm istifadə zamanı Betadin vaginal suppozitoriyaları ehtiyatla istifadə etmək lazımdır.
- Litium preparatları alan xəstələrdə Betadin vaginal suppozitoriyaları müntəzəm istifadə etmək tövsiyə olunmur.
- Preparatın istifadəsi dərinin qıcıqlanmasına, nadir hallarda ağır dəri reaksiyalarına səbəb ola bilər. Yerli qıcıqlanma və ya həssaslıq meydana çıxarsa onun istifadəsini dayandırmaq lazımdır.
- İstifadədən əvvəl Betadin vaginal suppozitoriyaları isitməyin!
- Preparatı uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
- Qalxanabənzər vəzinin xəstəliklərindən məsələn, urdan, düyünlü urdan və ya qalxanabənzər vəzinin digər qeyrikəskin xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə çoxlu miqdarda yodun yeridilməsi hipertireoz törədə bilir. Belə pasiyentlarda Betadin vaginal suppozitoriyalar məhdud vaxt ərzində istifadə edilməlidir.
- Əgər müalicə kursu müddətində hipertireoz simptomları meydana çıxarsa, qalxanabənzər vəzinin funksiyalarını yoxlamaq lazımdır.
- Preparatı sinteqrafiyadan əvvəl və sonra, həmçinin qalxanabənzər vəzinin karsinomasını radioaktiv yodla müalicəsi zamanı istifadə etmək olmaz.
- Uşaqlar və yeniyetmələr Betadin vaginal suppozitoriyaların yeniyetmə yaş dövrünə qədər uşaqlarda istifadəsi əks göstərişdir.
- Betadin vaginal suppozitoriyaların təsadüfən ağıza düşməsindən və ya onun udulmasından qaçmaq lazımdır.
Preparat yerli vaginal istifadə üçündür. Betadin preparatı örtüyündən çıxarılır və diqqətlə nəmləşdirildikdən sonra uşaqlıq yoluna dərinə yeridilir. Suppozitoriyaların su ilə nəmləndirilməsi aktiv maddənin maksimal çıxmasını təmin edir və yerli qıcıqlanmadan qaçmağa kömək edir. Əgər müalicə müddətində menstruasiya baş verərsə, müalicəni təyin olunmuş vaxt ərzində fasiləliz olaraq davam etdirmək lazımdır.
Preparatın tövsiyyə olunan dozası: ağır olmayan infeksiyalar zamanı tövsiyyə olunan müalicə müddəti 7 gün təşkil edir. Daha ağır infeksiyalarda və ya müalicəyə qənaətbəxş cavab olmadıqda – sonrakı 7 gün ərzində gündə 1 dəfə. Uzunmüddətli gedişə malik davamlı infeksiyalarda müalicə müddəti daha uzun ola bilər və suppozitoriyaları gündə 2 dəfə istifadə etmək olar.
Betadin şam nə üçündür?
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






