İsmn Generikon nə üçündür? istifadə qaydası necədir? qiyməti

İsmn Generikon stenokardiya zamanı, ürəyin digər xəstəliklərində, miokard infarktı zamanı istifadə olunan preparatdır.

Aug 15, 2024 - 06:34
Aug 15, 2024 - 06:52
 0
İsmn Generikon nə üçündür? istifadə qaydası necədir? qiyməti
İsmn Generikon

İsmn Generikon haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İsmn Generikon qiyməti

İsmn Generikon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İsmn Generikon qiyməti 4 azn - 6 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Generikon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: hər tabletin tərkibində 20 mq izosorbid-5-mononitrat vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, həll olan nişasta, hipromelloza, kolloidal silisium 4-oksid, maqnezium-stearat. 

Farmakoterapevtik qrupu

Ürək xəstəliklərində istifadə olunan damargenişləndirici preparatlar.
Üzvi nitratlar. 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Venoz damarlara üstün təsirli periferik damargenişləndirici. Damar endotelisində azot oksidinin (endotelial relaksasiyaedici faktor) əmələ gəlməsini stimulə edərək hüceyrədaxili quanilatsiklazanı aktivləşdirir, nəticədə sQMF-in (damargenişləndirici mediator) artmasına səbəb olur. Ön yüklənmə və postyüklənmənin azalması hesabına miokardın oksigenə olan tələbatını azaldır. Koronar damarları genişləndirici təsirə malikdir. Sağ qulaqcığa qanın axınını aşağı salır, kiçik qan dövranında təzyiqin aşağı düşməsinə və ağciyərlərin ödemi zamanı simptomların geriləməsinə şərait yaradır. Qan dövranı zəifləmiş sahələrə koronar qanın bölüşdürülməsinə səbəb olur. ÜİX, stenokardiya olan xəstələrdə fiziki yüklənməyə qarşı tolerantlığı yüksəldir.
Baş beynin, beynin sərt qişasının damarlarını genişləndirir, bu da baş ağrısı ilə müşayiət oluna bilər. Digər nitratlarda olduğu kimi çarpaz tolerantlıq inkişaf edir. Qəbuldan sonrakı fasilədən sonra ona qarşı həssaslıq tez bərpa olunur. Antianginal təsir daxilə qəbulundan 30 dəqiqə sonra baş verir və 6-8 saat davam edir.

Farmakokinetikası
İzosorbid-5-mononitratın oral dozaları tamamilə sorulur.
Mənimsənilmə 90–100% təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki, tamamilə qaraciyərdə metabolizə olunur. Yekun metabolitlər qeyri-fəaldır. T1/2 4-5 saat təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki, metabolitlər şəklində böyrəklərlə xaric olunur. Yalnız təxminən 2%-i böyrəklərlə dəyişilməmiş şəkildə xaric olunur.
Böyrək çatışmazlığı olan xəstələrdə T1/2 yüksələ bilər. 

İstifadəsinə göstərişlər

  • miokard işemiyasının uzunmüddətli müalicəsi (ürəyin işemik xəstəliyi);
  • stenokardiya tutmalarının profilaktikası;
  • stenokardiya simptomlarının davamlı olduğu hallarda ürək tutmalarının gələcək müalicəsi;
  • kiçik qan dövranında təzyiqin yüksəlməsi hallarında;
  • eyni zamanda digər ürək dərmanları ilə zəif ürək əzələsinin müalicəsi zamanı.

Əks göstərişlər

  • nitrat birləşmələrinə (izosorbid-5-mononitrat, izosorbid dinitrat) və ya preparatın istənilən digər komponentlərinə qarşı yüksək həssaslıq;
    yaxın keçmişdə baş vermiş ürək tutması;
  • aşağı qan təzyiqi (ağır arterial hipotenziya);
  • kəskin qan dövranı çatışmazlığı (şok və ya kollaps);
  • dövr edən qanın həcminin azalması (hipovolemiya);
  • ağır qan çatışmazlığı (anemiya);
  • baş travmaları;
  • serebral qansızmalar;
  • qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi riski);
  • qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (maddələr mübadiləsinin nadir pozğunluğu)

İsmn Generikon istifadə qaydası və dozası

  • Eyni zamanda çovdar mahmızı alkaloidlərinin (dihidroergotamin) istifadəsi bu dərmanın damargenəldici təsirini gücləndirə bilər.
  • İSMN Generikon tabletlərini həmişə həkimin təyinatı əsasında qəbul edin.
  • Tabletləri çeynəmədən kifayət qədər su ilə yeməkdən sonra qəbul etmək lazımdır.
  • Gündəlik doza gündə iki dəfə 1 tablet təşkil edir. Bəzi hallarda doza 3-4 tabletə qədər artırıla bilər.
  • Pis qan dövranından əziyyət çəkən pasiyentlər və ya nitratlar hesabına yaranan baş ağrılarından uzaq olmağa çalışan pasiyentlər müalicəni gündə iki dəfə ½ tabletlə başlaya bilərlər. 

Xüsusi göstərişlər

İSMN Generikon tabletlərinin tərkibində laktoza monohidrat vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük varsa, preparatın qəbulundan əvvəl həkimə müraciət edin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin ilk üç ayı ərzində İSMN Generikon tabletlərini qəbul etməyin.
İSMN Generikon tabletlərinin qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırın.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İSMN Generikon tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
Ürək tutmalarının qarşısını almaq üçün maşınları idarəetmə və istifadə zamanı bu preparat mütəmadi olaraq fasilələrlə qəbul edilməlidir.

Saxlanma şəraiti

25ºС-dən yuxarı olmayan temperaturda, işıqdan qorumaq məqsədi ilə orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Rеsеpt əsasında buraxılır.

İstehsalçı

Genericon Pharma Gesellschaft m.b.H.
A-8054, Graz, Avstriya
E-mail: [email protected]

İsmn Generikon nə üçündür?

  1. Stenokardiya zamanı istifadə olunan dərmanlar
  2. Miokard infarktı zamanı istifadə olunan dərmanlar
  3. Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow