Baneosin məlhəm (Baneocin maz) istifadə qaydası necədir?

Baneosin məlhəm (Baneocin maz) - Yanıq zamanı, dermatit və eqzema zamanı, dəri infeksiyaları zamanı, bakterial xəstəliklər zamanı istifadə olunan preparatdır.

Nov 27, 2024 - 11:42
Nov 27, 2024 - 11:51
 0
Baneosin məlhəm (Baneocin maz) istifadə qaydası necədir?
Baneosin məlhəm (Baneocin maz)

Baneosin maz haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Baneosin maz qiyməti

Baneosin məlhəm qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Baneosin maz qiyməti 9 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Baneocin maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BANEOSİN®    xaricə istifadə üçün məlhəm

BANEOCIN®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Bacitracin+Neomycin

 

Tərkibi

Təsiredici maddə:  1 q məlhəmin tərkibində 250 BV basitrasin (basitrasin sink şəklində), 5000 BV neomisin (neomisin sulfat şəklində) vardır.

Köməkçi maddələr: lanolin, yumşaq ağ parafin

 

Təsviri

Zəif xarakterik iyli sarımtıl homogen məlhəmdir.

 

Farmakoterapevtik qrupu

Xaricə istifadə olunan digər antibiotiklər.

ATC kodu:D06AX.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Basitrasin əsasən qrammüsbət mikroorqanizmlərə qarşı, məsələn, hemolitik streptokokk, stafilokokklar, Clostridium spp., Corynebacterium diphtheriae  Treponema pallidum, həmçinin bəzi qrammənfi patogen mikroorqanizmlərə, məsələn Neisseria spp.  Haemophilus influenzae qarşı aktivdir. O, həmçinin, aktinomisetlərə və fuzobakteriyalara qarşı effektivdir. Basitrasinə qarşı davamlılıq çox nadir hallarda rast gəlir.

Neomisin həm qrammüsbət, həm də qrammənfi mikroorqanizmlərə qarşı təsir göstərir, məsələn, stafilokokklar, Proteus, Enterobacter aerogenes, Klebsiella pneumoniae, salmonella şiqella, Haemophilus influenzae, Pasteurella, Neisseria meningitidis, Vibrio cholerae, Bordetella pertussis, Bacillus anthracis, Corynebacterium diphtheriae, Streptococcus faecalis, Listeria monocytogenes, Escherichia coli  Mycobacterium tuberculosis. Borrelia və Leptospira interrogans (L. icterohaemorrhagicae) bu preparat tərəfindən inhibə edilir.

İki təsiredici maddənin kombinəolunmuş təsiri geniş antimikrob spektri təmin edir. Lakin, preparat Pseudomonas Nocardia spp., göbələklərə və viruslara qarşı effektiv deyildir.

Adətən basitrasin və neomisin sistem təyin olunmur. Baneosin məlhəmin yerli istifadəsi potensial tələb olunan sistem antibiotiklərə qarşı  sensibilizasiya riskini əhəmiyyətli dərəcədə azaldır.

Toxuma keçiriliciliyi yaxşıdır, bioloji məhsullar, qan və toxuma komponentləri tərəfindən inaktivləşməsi qeyd olunmur. Əgər preparat zədələnmiş geniş dəri səthinə çəkilirsə preparatın absorbsiyası ehtimalı və onun nəticələrini nəzərə almaq lazımdır (“Əlavə təsirlər”, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”, “Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bəndlərinə bax.)

Farmakokinetikası

Düzgün istifadəsi zamanı Baneosin yeridilmə yerində yerli təsir göstərir. Hətta bu halda absorbsiya baş verərsə, neomisin və basitrasinin plazmadan yarımxaricolma dövrü təxminən 2-3 saat təşkil edir.

Farmakokinetikaya dair aşağıdakı ümumi məlumatlar Baneosin preparatının ayrı-ayrı aktiv maddələrinə aid edilir:

  • Basitrasin selikli qişadan və dəridən demək olar ki, sorulmur. Buna baxmayaraq, onun açıq yaradan sorulması ehtimalını unutmaq olmaz.
  • Neomisinin zədələnməmiş dəridən absorbsiyası çox məhdud xarakter daşıyır. Keratin qatı olmadıqda (xora, yara, yanıq və s. nəticəsində) və ya iltihabi proses, yaxud dəridə zədələnmələr olduqda neomisin sürətlə sorulur.

 

İstifadəsinə göstərişlər

Baneosin® dəri və selikli qişaların infeksion xəstəliklərinin müalicəsi üçün yerli təsir göstərən antibiotikdir.

Baneosin® neomisinə və/və ya basitrasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi infeksiyalar zamanı göstərişdir. Sarğı qoyulması ilə Baneosin® məlhəminin effektivliyi güclənir.

-Dərinin ocaqlı infeksiyaları, məsələn:

Furunkullar, karbunkullar (cərrahi müalicədən sonra), stafilokokk sikozu, dərin follikulit, irinli hidradenit, paronixiya.

-Dərinin məhdud yayılmış bakterial infeksiyaları, məsələn:

Kontagioz impetiqo, aşağı ətrafların infeksiyalaşmış xoraları, ikincili infeksiyalaşmış ekzema, dermatozlar zamanı ikincili infeksiya, kəsiklər, sıyrıntılar, yanıqlar zamanı, kosmetik cərrahiyyədə və dərinin transplantasiyası zamanı (həmçinin profilaktika məqsədilə və sarğının hopması üçün).

-Cərrahi müdaxilədən sonra infeksiyanın profilaktikası

Baneosin® məlhəmi əməliyyatsonrası dövrdə əlavə müalicə kimi istifadə oluna bilər. Baneosin® məlhəminin bint üzərinə sürtülməsi infeksiyalaşmış boşluqları və yaraları olan xəstələrin yerli müalicəsi zamanı daha yaxşıdır (məsələn, ikincili dartılma ilə sağalan, təbil pərdəsinin perforasiyası olmadan xarici qulaq keçəcəyinin, yaraların və cərrahi kəsiklərin bakterial infeksiyaları)

 

Əks göstərişlər

Basitrasinə və/və ya neomisinə qarşı, yaxud aminoqlikozid sırası digər antibiotiklərə qarşı, preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı yüksək həssaslıq.

Dərinin geniş zədələnmələri zamanı istifadə etmək olmaz, belə ki, preparatın sorulması eşitmənin itirilməsi ilə müşayiət olunan ototoksik effekt yarada bilər.

Ürək və ya böyrək çatışmazlığı nəticəsində ifrazat funksiyasının ifadə olunmuş pozulmaları olan və preparatın sorulması mümkün olduğu hallarda, artıq vestibulyar və koxlear sistemin zədələnmələri olan xəstələrdə istifadə etmək olmaz.

Qulaq pərdəsinin perforasiyası zamanı xarici qulaq kanalında istifadə olunmamalıdır.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Baneosin®in ağıza düşməsinə yol vermək olmaz, xüsusən uşaqlarda.

Tövsiyyə olunduğundan artıq dozalarda istifadəsi zamanı, preparatın sorulması ehtimalı olduğu üçün nefro- və (və ya) ototoksikliyi göstərən simptomlara diqqət yetirmək lazımdır, xüsusən (neyro)trofik xoraları olan pasiyentlərdə.

Qaraciyər və (və ya) böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə bu risk daha yüksək olur. Bununla əlaqədar, Baneosin® ilə intensiv terapiyadan əvvəl və terapiya zamanı belə pasiyentlərdə qanın və sidiyin analizini, həmçinin audiometrik müayinələr aparmaq lazımdır.

Ototoksik effekt ehtimalı olduğu üçün  xroniki otiti olan pasiyentlərdə Baneosin® istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Kumulyativ toksiklik riskinə görə yerli və sistem aminoqlikozidlər ilə kombinəolunmuş terapiyadan qaçmaq lazımdır.

Baneosin® -in idarə olunmayan absorbsiyası zamanı, xüsusən asidoz, yanaşı olaraq ağır miasteniyası (myasthenia gravis) və ya digər sinir-əzələ xəstəlikləri olan xəstələrdə potensial sinir-əzələ keçiriciliyinin blokadasına diqqət yetirmək lazımdır. Kalsium preparatları və neostiqmin yardımı ilə belə tip blokadanı aradan qaldırmaq olar.

Uzunmüddətli müalicə zamanı rezistent  mikroorqanizmlərin, xüsusən göbələklərin mümkün artımına diqqət yetirmək lazımdır. Belə vəziyyətlərdə müvafiq müalicə təyin etmək lazımdır.

Allergiya və ya superinfeksiya inkişaf etmiş xəstələrdə preparatın istifadəsi dayandırılmalıdır.

Günəş və ultrabənövşəyi şüa təsirindən fotohəssaslıq və fototoksik reaksiyalar yarana bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Təsiredici maddələrin absorbsiyası baş verərsə, yanaşı olaraq sefalosporinlərin və ya aminoqlikozid qrupu antibiotiklərin istifadəsi nefrotoksikliyi artıra bilər.

Baneosin® ilə etakrin turşusu və ya furosemid kimi diuretiklərin eyni vaxtda istifadəsi oto- və nefrotoksik effektlərin meydana çıxmasına səbəb ola bilər.

Baneosin® -nin absorbsiyası narkotik vasitələr, anestetiklər və (və ya) miorelaksantlar qəbul edən xəstələrdə sinir-əzələ keçiriciliyinin blokadası hadisəsini gücləndirə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Baneosinin  absorbsiyası riski olduqda aşağıdkılar nəzərə alınmalıdır.

Neomisin digər  aminoqlikozid antibiotiklər kimi plasentar baryerdən keçir. Yüksək dozalarda aminoqlikozidlərin  sistem istifadəsi zamanı döldə eşitmə apparatının zədələnməsi qeyd olunmuşdur. 

Bununla əlaqədar, preparat istifadəsi ana üçün ehtimal edilən faydasının döl üçün potensial riskdən üstün olduğu halda mümkündür.

 

Nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlum deyil.

 

İstifadə qaydası və dozası

Xaricə. Böyüklərə və uşaqlara məlhəmi nazik qatla zədələnmiş sahələrə gündə 2-3 dəfə  sürtürlər. Ehtiyac olarsa sarğı qoyulur.  İstifadə sahəsi bədən səthinin sahəsinin 1%-dən çox olmamalıdır (təxminən pasiyentin ovucunun ölçüsünə müvafiq).

Müalicə müddəti 7 gündən çox olmamalıdır.

Qaraciyər/böyrəklərin funksiyası pozulmuş pasiyentlər: tövsiyyə olunduğundan əhəmiyyətli dərəcədə artıq dozalarda istifadəsi zamanı təsiredici maddələrin mümkün sorulması nəticəsində nefro- və (və ya) ototoksikliyi göstərən simptomlara diqqət yetirmək lazımdır. Qan və sidiyin analizini, həmçinin audiometrik müayinələr aparmaq məsləhət görülür.

Uşaqlar: dozalanma üzrə xüsusi tövsiyyələr yoxdur.

Yaşlı pasiyentlər (65 yaşdan yuxarı): dozalanma üzrə xüsusi tövsiyyələr yoxdur.

 

Əlavə təsirləri

Əlavə təsirlər sistemlər üzrə və onların pastgəlmə tezliyinə görə təsnif olunur:

Çox  tez-tez    (≥1/10)

Tez-tez            (≥ 1/100 - <1/10)

Bəzən              (≥1/1 000 - <1/100)

Nadir              (≥1/10 000 - <1/1 000)

Çox nadir        (<1/10 000)

Məlum deyil   (Əldə olunan məlumatlara əsasən tezliyi müəyyən etmək olmur)

Basitrasin\neomisin ədatən  dəriyə, selikli qişalara və yara səthinə xarici istifadə  zamanı yaxşı keçirilir.

İmmun sistemi tərəfindən pozulmalar

Nadir:  Əgər neomisinə qarşı allergiya varsa, digər aminoqlikozid antibiotiklərə qarşı həmçinin                                   50% hallarda çarpaz allergiya müşahidə olunacaq.

Məlum deyil: Zədələnməmiş dəriyə təsiri ilə müqayisədə, xroniki dermatozu olan pasiyentlərdə (məs., durğunluq dermatiti və ya xroniki orta otit) istifadəsi zamanı digər preparatlara, o cümlədən neomisinə qarşı həssaslıq bir qayda olaraq güclənir. Bəzi hallarda allergiyanın əlaməti kimi preparatın sağaldıcı effektinin olmaması ola bilər.

Sinir sistemiində baş verən pozulmalar

Məlum deyil:  vestibulyar  sinirin zədələnməsi, sinir-əzələ blokadası

Qulaq və labirintdə baş verən pozulmalar

Məlum deyil:  Ototoksiklik

Dəri və dərialtı piy toxumasında baş verən pozulmalar

Nadir: allergiya , ilkin olaraq kontakt dermatit kimi başlayır

Neomisinə qarşı allergiya, hesab edildiyindən az rast gəlir.

Məlum deyil: uzunmüddətli istifadə zamanı,  dərinin qızarması, quruması və qabıqlanması, dəri səpgisi və qaşınma  kimi allergik reaksiyalar yarana bilər.    Zədələnmələrin yayılması yaxud sağalmanın pozulması allergiya səbəbindən ola bilər.           Günəş və ultrabənövşəyi şüa təsirindən sonra fotosensibilizasiya və fototoksik reaksiyalar yarana bilər.

Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozulmalar

Məlum deyil:  nefrotoksiklik

 

Doza həddinin aşılması

Tövsiyə olunduğundan artıq dozalarda istifadəsi zamanı təsiredici maddələrin sorulması ehtimalına görə, xüsusən (neyro)trofik xoraları olan pasiyentlərdə nefro- və (və ya) ototoksikliyi göstərən simptomlara diqqət yetirmək lazımdır.

 

Buraxılış forması

Xaricə istifadə edilən məlhəm 20q, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25 °C –dən aşağı temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Apteklərdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Merk KGaA və Ko., Hösslgasse 20, 9800 Şpittal/Drau, Avstriya.

Sandoz GmbH, Kundl, Avstriya.

Baneosin maz nə üçündür?

  1. Yanıq zamanı istifadə olunan dərmanlar
  2. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
  3. Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
  4. Bakterial xəstəliklər zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow