Həpçi toz istifadə qaydası necədir?

Həpçi toz - İmmunçatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Oct 30, 2024 - 18:59
Oct 30, 2024 - 18:59
 0
Həpçi toz istifadə qaydası necədir?
Həpçi toz

Həpçi toz haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Həpçi toz qiyməti

Həpçi qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Həpçi toz qiyməti 18 azn - 20 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Həpçi toz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Hər saşenin tərkibi:

Exinaseya ekstraktı ........................ 300 mq

Beta qlukan .................................... 180 mq

Vitamin C ........................................ 80 mq

Zəncəfil ekstraktı ............................ 30 mq

Propolis ekstraktı ........................... 30 mq

Sink sulfat ...................................... 10 mq

Selen .......................................... 200 mkq

 

Farmakoloji xüsusiyyətləri

HƏPÇİ virus, bakteriya və göbələklərə qarşı mübarizə aparır. Orqanizmin müdafiə qabiliyyətini və xəstəliyə dözümlülüyünü artırır. İmmun sisteminin stimulyasiyasına səbəb olur, iltihab əleyhinə, antibakterial və virus əleyhinə təsir göstərir. Limfatik sistemi, qan və qaraciyəri təmizləyir. Təbii antibiotik rolunu oynayaraq bakteriya və göbələkləri məhv edir. Burun tutulması və rinitlər zamanı olduqca effektlidir. Aparılan klinik araşdırmalar exinaseya bitkisinin soyuqdəymə ehtimalını əhəmiyyətli dərəcədə azaltdığını göstərmişdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.  Beta Qlukan immun sistemi gücləndirən təbii bir maddədir. İmmun cavabı artıraraq orqanizmin müdafiə hüceyrələrinin patogenlərə qarşı daha effektiv şəkildə mübarizə aparmasına səbəb olur. vitamin vasitəsidir, metabolik təsir göstərir, insan orqanizmində əmələ gəlmir, ancaq qida ilə qəbul olunur. Vitamin C oksidləşmə reduksiya proseslərinin tənzimlənməsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında iştirak edir; orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Dəmir metabolizmində, lipidlərin, zülalların, karnitinin sintezində, immun reaksiyalarında, serotonin hidroksilləşməsində iştirak edir. İmmunostimulyator və antioksidant xüsusiyyətlərə malikdir. Zəncəfil ekstraktı soyuqdəymə əleyhinə təsirləri vardır. İmmuniteti artırır. Sink və selen güclü antioksidantdır.

İstifadəsinə göstərişlər

  • Qrip, soyuqdəymə, zökəm və kəskin respirator virus infeksiyalarının (yüksək temperatur, güclü titrətmə, baş ağrıları, boğazda ağrı, rinoreya, burun cibləri nahiyəsində ağrı, əzələ ağrıları) simptomatik müalicəsi üçün istifadə olunur.
  • Rinitlər (mövsümi və il boyu davam edən  allergik rinitlər, qeyri-allergik rinitlər)
  • Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin (faringit, sinusit, bronxit və laringit) simptomatik müalicəsi üçün.
  • Virus mənşəli xəstəliklər: qrip, herpes, mononukleoz

 

İstifadə qaydası və dozası

1 saşe gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilməlidir.

 

Buraxılış forması

N 10 saşe içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılıb.

İstehsalçı

FITO LAB.

Həpçi toz nə üçündür?

İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow