Atigen tablet istifadə qaydası necədir?

Atigen tablet - Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı preparatdır.

Nov 21, 2024 - 19:37
 0
Atigen tablet istifadə qaydası necədir?
Atigen tablet

Atigen tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Atigen tablet qiyməti

Atigen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Atigen tablet qiyməti 26 azn - 29 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Atigen dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər tabletdə:
Qlükozamin Sulfat---------------750 mq
Xondroitin Sulfat -----------------150 mq
Metilsulfonilmetan (MSM) -----300 mq

Xüsusiyyətləri:

Qlükozamin-sulfat insan orqanizmində sintez olunur, qlükoza və qlütamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.
Xondroitin-sulfat qığırdaq toxumasının əsas tərkib hissəsidir. Suyu saxlamaqla qığırdaq toxumasının əmələ gəlməsi və bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, oynaqda hərəkətin plastik olmasına, həmçinin kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.
Metilsulfanilmetan – kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır,birləşdirici toxumanın elastikliyini təmin edir,kollagenin sintezi üçün lazımdır.Oynaq kapsuluna və qığırdaqlara bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthlərinin sürtünməsinin qarşısını alır.

Göstərişləri

• Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:
• Artrit, artroz, poliartritlər
• Osteoxondroz, spondilit
• Oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə)
• Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit, ürək klapanlarının və bağlarının zədələnməsi
• Bağların və vətərlərin xəstəlikləri (tendinit və tendovaqinitlər)
• Radikulit, onurğa yırtığı
• Sınıq və çıxıqlar
• Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması

Əks göstərişləri:

14 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar.

İstifadə qaydası:

Gündə 1 və ya 2 tablet qəbul edilir. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

Buraxılış forması: 

Tablet №30

İstehsalçı: 

A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş.Türkiyə.

Atigen tablet nə üçündür?

Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow