Zinkonet C sirop nə istifadə qaydası necədir?
Zinkonet C (ZinConet C) sirop - Vitamin və mineral çatışmamazlığı zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Zinkonet C sirop haqqında məlumat
Zinkonet C sirop qiyməti
Zinkonet C şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Zinkonet C sirop qiyməti 22 azn - 24 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Zinconet C sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Hər 5 ml-də:
- Sink 10 mq
- Vitamin C 50 mq
Farmakoloji xüsusiyyətləri:
Sink orqanizm üçün vacib mikroelement olub, orqanizmin bütün hüceyrələrində rast gəlinir. Çoxsaylı müxtəlif fermentativ reaksiyalar, o cümlədən detoksikasiya
zamanı vacibdir. Sink boy hormonu, insulin, çinsiyyət hormonları və bir çox hormonların sintezi və aktivliyində vacib rol oynayır. O, 90-dan artıq fermentin
tərkib hissəsi olub, bir çox mübadilə proseslərində iştirak edir, immun sistemin işi üçün vacib rol oynayır. Sink həm də zülalların və DNT-nin sintezi üçün lazımdır.
Sink virusəleyhinə və antitoksik xüsusiyyətlərə malik olmaqla, orqanizmin xəstə- liklərə qarşı dözümlülüyünü artırır. Diareya zamanı bagırsaqlardan elektrolitlərin
sorulmasını və absorbsiyasını yaxşılaşdırır.
C vitamini - vacib antioksidant olub, hüceyrələri və xolesterini oksidləşmə prosesindən qoruyur. Orqanizmdə vitamin E-ni bərpa edir və güçlü antioksidant
olan qlütationun səviyyəsini artırır. Bütün bunlar dərinin vaxtından əvvəl qocalmasını, kataraktanın əmələ gəlməsini və sərbəst radikalların oksidləşməsi
zamanı əmələ gələn bir çox neqativ halların qarşısını alır. Əsl antioksidant kimi vitamin C ürək xəstəlikləri riskini və aterosklerozun azalması üçün vacibdir.
Birləşdirici toxumanın, sümüklərin və qan damarlarının vacib tərkib hissəsi olan kollagen sintezi üçün lazımdır.Vitamin c immun sistemin mükəmməl işləməsi üçün vacibdir. Ağ qan hücüyrələrində toplanaraq aktivliyi artırır. C vitamini B limfositlərin sintezini tənzimləyir. Antistres hormon və interferon sintezinə kömək edir.
Göstərişləri:
- KRX nəticəsində əmələ gələn kəskin və xroniki diareyalar
- Diareya zamanı elektrolit itkisi
- Sink çatmamazlıgı və akrodermatit
- Enteropatiyalar
- Vilson xəstəliyi
- Acne vulqaris
- Revmatoid artrid
- Daun sindromu zamanı immundefisit vəzıyyətlər, xroniki infeksiyalar
- Yuxrı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri
- İntensiv boy artma dövrü
- Boyun inkişafdan qalması, seksual infantilizm
- Süni qidalanma
- Anoreksiya
- Malabsorbsiya sindromu
- Görmə itiliyinin azalması
- Bədən tərbiyəsi və intensiv fiziki hərəkətlər.
Dozalanma və istifadə qaydası:
Diareyanın müalicəsı üçün-yenidogulmuşlar 6 aya qədər:
2.5 ml - 2 dəfə
6 ay - 3 yaş: 5 ml - 2 dəfə
3 - 12 yaş: 7.5 ml - 2 dəfə
Sink defisiti və digər müalicələrdə:
Çəkisi 10 kq və aşagı uşaqlar:
5 ml - 2 d
10 - 30 kq: 10 ml x1-3 d
30 kq çox və böyüklər: 20 ml x1-2 d
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Zinkonet C sirop nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






