Yuxusuz gecələrin dadlı çarəsi - Yatmazdan 2 saat əvvəl...

Dec 20, 2024 - 07:46
 0
Yuxusuz gecələrin dadlı çarəsi - Yatmazdan 2 saat əvvəl...
Yuxusuz gecələrin dadlı çarəsi - Yatmazdan 2 saat əvvəl...

Bir çox insan yuxusuzluq, tez-tez oyanma və səhərlər yorğunluqdan əziyyət çəkir.

Doktorm.az xəbər verir ki, yuxu keyfiyyətini artırmaq üçün sadə və təbii bir vasitə mövcuddur: albalı şirəsi.

Tanınmış yuxu eksperti Şam Sinqh "GB News"a verdiyi müsahibəsində yatmazdan 1-2 saat əvvəl bir stəkan albalı şirəsi içməyi tövsiyə edib. O bildirib ki, albalı melatonin hormonunun təbii mənbələrindən biridir. Bu hormon sirkadiyan ritmləri tənzimləyərək yuxunu dəstəkləyir.

Albalıdakı melatonin orqanizm tərəfindən tez mənimsənilir və 1-2 saat ərzində təsir göstərməyə başlayır. Ekspert müntəzəm istehlakın daha yaxşı nəticələr verdiyini vurğulayıb.

Bundan əlavə, albalı və onun şirəsi antioksidantlarla zəngin olub, iltihabəleyhinə təsir göstərir, ürək sağlamlığını dəstəkləyir və orqanizm üçün faydalı vitamin və minerallarla təmin edir./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow