Dubay şokoladı resepti
Dubay şokoladı resepti Dubay şokoladı belə hazırlanır. İnanılmaz açıqlama

Son vaxtlar bütün dünyada trend olan qidalardan biri də Dubay şokoladıdır. Xarici görünüşü bir çox insanda mənfi təəssurat yaratsa da, bu şirniyyatları dadmaq üçün onun vətəninə - Birləşmiş Ərəb Əmirliklərinə gedənlər də az deyil.
Bir çox insan üçün Dubay şokoladının tərkibi olduqca maraqlıdır. Bu şirniyyatın resepti şokolad, üyüdülmüş püstə və xəmir hissəciklərindən ibarətdir.
Bu məhsulun kəşf edilmə hekayəsi isə bir qədər maraqlıdır. Belə ki, Dubay şokoladı Dubayın ənənəvi deserti deyil. 2021-ci ildə icad edilmişdir. Bu yeni şokolad trendinin arxasında “Fix Dessert Chocolatier” adlı mağaza dayanır. Dubay şokoladı bu mağaza ilə ortaya çıxıb. FIX 2021-ci ildə yaradılıb. Lakin bu desert bu ilin fevral ayından dünyanı bürüməyə başlayıb. Yalnız Dubayda mövcud olsa da, bu dünyada bir çox maraqlı şəxslərin sınadığı və digər markaların kopyalayaraq oxşar versiyalarını yaratdıqları bir reseptə çevrildi. Hətta şokolad indi o qədər populyarlaşıb ki, turistlər yalnız orijinal şokoladdan bir parça almaq üçün Dubaya uçurlar.
Fix-in təsisçisi Britaniyalı Misirli Sara Hamoudadır. 9 ildir Dubayda yaşayan 38 yaşlı Hamouda hamiləliyi zamanı ərinin ona gətirdiyi şokolad və şirniyyatlardan razı qalmadığı üçün adi şokolad əvəzinə daha özəl bir şey istədiyini bildirib və nəticədə sözügedən məhsul hazırlanıb.
Sözügedən şokolad artıq dünyanın bir çox ölkəsində geniş yayılıb. BƏƏ rəsmiləri Dubay şokoladının ölkəyə xeyli turist cəlb etdiyini bildirir. Onlar yaxın gələcəkdə bunu ölkənin simvoluna çevirəcəklərini deyir.
Dubay Şokoladının Hazırlanması 5 addımda
Dubay təkcə lüks həyatı, göydələnləri və ticarət mərkəzləri ilə deyil, həm də dadına və keyfiyyətinə görə seçilən unikal şirniyyatları ilə də məşhurdur. Dubay şokoladı bu zəngin mətbəxin ən xüsusi nümunələrindən biridir. İndi bu təkrarolunmaz şokoladı əldə edə və ya evdə özünüz hazırlaya bilərsiniz!
Dubay Şokoladı Necə Hazırlanır?
Dubay şokoladını özünüz hazırlamaq istəyirsinizsə, yüksək keyfiyyətli tərkib hissələrinə ehtiyacınız var. Evdə hazırlayacağınız şokolada Dubayın orijinal dadını vermək üçün aşağıdakı resepti istifadə edə bilərsiniz:
Lazım olan ərzaqlar:
- Tünd şokolad (70%-dən yüksək kakao tərkibli) – 200 qram
- Süd şokoladı – 100 qram
- Kakao yağı – 2 xörək qaşığı
- Ərəb qəhvəsi – 1 xörək qaşığı (Dubay şokoladına sərt və aromatik bir dad verir)
- Zəfəran – bir çimdik (şokoladınıza özəl rəng və ekzotik dad əlavə edəcək)
- Bal və ya şəkər – dadınıza uyğun əlavə edə bilərsiniz.
Hazırlanma qaydası:
- Şokoladı əridin: Su hamamı üsulu ilə tünd və süd şokoladını bir qabda əridin. Şokoladın yanmaması üçün qabı daim qarışdırın.
- Kakao yağını əlavə edin: Kakao yağını əridilmiş şokolada əlavə edin və tam qarışana qədər qarışdırın.
- Ərəb qəhvəsi və zəfəran qatın: Şokoladın dadını zənginləşdirmək üçün ərəb qəhvəsini və zəfəranı əlavə edin. Bu, şokoladınıza Dubaya məxsus ləzzət və ətir bəxş edəcək.
- Soyudun: Hazır qarışığı xüsusi formalarla düzəldin və soyuducuda bir neçə saat saxlayın.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






