Yeni xəstəlik yayılır – EVALİ nədir?

Aug 31, 2024 - 13:17
 0
Yeni xəstəlik yayılır – EVALİ nədir?
Dünyada yeni xəstəlik yayılır.
Doktorm.az medecina.az-a istinadən xəbər verir ki, Rusiya Səhiyyə nazirliyi veyp və elektron siqaretlərdən qaynaqlanan yeni EVALİ xəs təliyi barədə xəbərdarlıq edib.
2019-cu ilin yayındsa ABŞ-da veyp aludəçiləri arasında yeni xəstəlik alovlanması qeydə alınmışdı.
Xəstələr quru öskürək və boğulmadan şikayətlənirdi.
2020-ci ilə qədər bu problemləri olan 3000 veyper xəstəxanaya yerləşdirilmişdi, onlardan 68-i ölmüşdü. Sonradan pandemiya olduğu üçün kovid eyni simptomları verdiyindən bu naməlum xəstəlik arxa plana keçdi.
Amma həkimlər bu xəstəliyə ad qoydular: EVALİ – elektron siqaret və veypinqdən ağciyərlərin zədələnməsi.
Xəstələrin yaşı 18-30 arası idi.
EVALİ veypinqdə olan zərərli maddələrin aerozolla ağciyərlərə keçməsi nəticəsində yaranır.
Kimində illər sonra, kimlərdəsə veypinqdən istifadədən bir neçə ay sonra özünü göstərir.
Qəflətən başlayan əlamətlər hətta ölümlə nəticələnə bilər.
 
EVALİNİN-əlamətləri:
- Təngnəfəslik
- Öskürək
- Sİnədə xışıltı
- Qarında ağrı, ishal qusma
- Hərarət
- Arıqlama
Alimlərin fikrincə, bu xəstəliyin səbəbi veyplərə E vitamininin sintetik forması olan asetat əlavə edilməsidir. Bu maddə tüstünü ciyərlərə çəkənrə onu zədələyir.

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow