Yeməklərə bir qaşıq əlavə etsəniz… - Faydaları saymaqla bitmir

Ədviyyatlar yeməklərə dad verməklə yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir. Xüsusilə süfrələrin vazkeçilməzi olan qara istiot ən vacib ədviyyatlardan biridir və sağlamlığa faydaları saymaqla bitmir.

Jun 5, 2024 - 15:42
Jun 5, 2024 - 15:44
 0
Yeməklərə bir qaşıq əlavə etsəniz… - Faydaları saymaqla bitmir
Qara İstiot
Qara istiotun hansı sağlamlıq problemlərinə faydalı olduğunu təqdim edirik:
Yüksək antioksidantlar ehtiva edir
Müxtəlif səbəblərdən yarana bilən sərbəst radikallar hüceyrələrə zərər verə bilər. Sərbəst radikallar adətən havanın çirkliliyi, siqaret tüstüsü, günəş işığı kimi faktorlar nəticəsində əmələ gəlir və orqanizmə ciddi ziyan vurur. Antioksidantlar sərbəst radikalların səbəb olduğu bəzi xərçəng növlərinin, iltihab və erkən yaşlanma kimi problemlərin qarşısını ala bilər.
Qara istiotun tərkibindəki “piperin” adlı güclü antioksidant xərçəng kimi xəstəliklərə tutulmaq riskini azaldır.
Araşdırmalar göstərib ki, “piperin” ürək xəstəlikləri, diabet və xroniki iltihaba qarşı da çox təsirlidir.
 
Beyin üçün faydalıdır
“Piperin” beyin funksiyalarının düzgün işləməsinə kömək edir. Xüsusilə Alzheimer və Parkinson kimi xəstəliklərdə əhəmiyyətli faydaları olduğu müşahidə edilib.
Qan şəkərini tənzimləyir
“Piperin” qan şəkərini tənzimləyərək maddələr mübadiləsinin optimal səviyyədə işləməsinə kömək edir. Araşdırmalar müntəzəm olaraq qara istiot istehlak edən xəstələrdə insulin səviyyəsinin yaxşılaşdığını və qan şəkərinin azaldığını göstərib.
Xolesterini azaldır
Qandakı yüksək xolesterin infarktın ən böyük səbəblərindən biridir. Qara istiotdan müntəzəm istifadə xolesterin səviyyəsinin azalmasına səbəb olur.
Xərçəngdən qoruyur
Alimlər qara istiotun tərkibində olan “piperin” adlı birləşmənin xərçənglə mübarizə apardığını bildirirlər. Xüsusilə də döş, prostat və kolon xərçəngində hüceyrələrin çoxalma sürətini yavaşlatdığı və bu xərçəng növlərində hüceyrələrin ölümünü tətiklədiyi irəli sürülür.
Vitaminlərin sorulmasını artırır
Qara istiot yeməklərə əlavə edildikdə, qida maddələrinin udulmasını sürətləndirir və artırır. Beləliklə, yeməklərdəki vitamin və minerallardan daha çox faydalana bilərsiniz.
Bağırsaqlara faydalıdır
Qara istiot istehlakı bağırsaqlardakı faydalı bakteriyaları artıraraq bağırsaq sağlamlığını qoruyur və qəbizlik kimi xroniki xəstəliklərin qarşısını alır. Hazırladığınız yeməklərə müntəzəm olaraq bir qaşıq qara istiot əlavə etmək qısa zamanda fayda verəcək.
Ağrı kəsicidir
Bu yaxınlarda aparılan bir araşdırma qara istiotun tərkibindəki “piperin”in bədənə ağrı kəsici təsir göstərdiyini müəyyən edib.
Göz xəstəliklərindən qoruyur
Qara istiot yüksək miqdarda A vitamini ehtiva edir. Bu vitamin göz sağlamlığının qorunmasında xüsusilə mühüm rol oynayır.
Arıqlamağı asanlaşdırır
Qara istiot istehlakı maddələr mübadiləsini sürətləndirir. Bu, bədəndəki, xüsusən də qarın hissəsində yığılmış yağın sürətlə yandırılmasını təşviq edir. Yeməklərə əlavə etməklə yanaşı, bir kasa qatığa 1 çay qaşığı qara istiot əlavə edərək yemək qısa müddətdə arıqlamağı asanlaşdırır.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow