Yay gələndə bu xəstəlik çoxalır
Son illərdə qeyri sağlam həyat tərzi səbəbindən böyrək daşı, böyüklərdən başqa, uşaqlarda da sürətlə yayılır. Yay mövsümündə böyrək daşı riskinin artdığını bilirdinizmi?

Doktorm.az xəbər verir ki, uroloq Dos. Dr. Hakan Özveri, şiddətli sancılarla həyatı kabusa çevirən böyrək daşının, xüsusilə yay aylarında yüksək temperatur və nəmin təsiri ilə daha da artdığını bildirdi. Dos. Dr. Özveri, bədənin itirdiyi mayenin kifayət qədər su qəbul edilməməsi səbəbindən yerinə konulamaması ilə böyrək daşı yaranmasının daha da artdığını vurğulayaraq, "Duzlu quru yemişlər, işlənmiş pendir və ət məhsulları kimi yüksək natrium tərkibli qidalar və fast-food yeməklər yeyilməsi, yüksək proteinli diyetlər edilməsi, böyrək daşı üçün zəmin hazırlaya bilər" dedi.
BÖYRƏKLƏRƏ ZƏRƏR VERƏN 5 YAY SƏHVİ
Müalicə olunmayan böyrək daşının gələcəkdə böyrək itirilməsinə belə yol açabildiyini vurğulayan Dos. Dr. Özveri, bu kabusun bəzi sadə qaydalara diqqət yetirərək, qarşısının alına biləcəyini bildirdi. Dos. Dr. Özveri, böyrəklərə zərər verən 5 yay səhvini və diqqət edilməli məqamları belə sıraladı:
1- KİFAYƏTSİZ SU QƏBULU
Yayda yüksək temperatur və nəmlilik tər axmasını artırdığından bədəndən su itkisi də sürətlənir. Lakin su içmə vərdişi olmayan hətta suyu zorla içən bir çox insan, yalnız susadıqlarında su içir və ya su yerinə şəkərli, qazlı içkiləri qəbul edir. Ancaq xüsusilə yay aylarında gündə 2,5 litr su içmək vacibdir. Şəkərli və qazlı içkilər fayda yerinə sağlamlığa zərər verərkən, çay və qəhvə içmək də sanıldığının əksinə suyun yerini tutmur və diuretik təsirləri ilə bədəndən su atılmasına səbəb olur. Kifayətsiz su qəbul edilməsi böyrək daşı başda olmaqla bir çox böyrək xəstəliyi üçün zəmin hazırlayarkən, müalicə edilmədikdə böyrək itirilməsinə belə yol açır.
2- HƏDDƏN ARTIQ DUZ QƏBULU
Ölkəmizdə təəssüf ki, duz qəbul edilməsi lazım olan səviyyədən çox yüksəkdir. Dünya Səhiyyə Təşkilatına (DST) görə; gündəlik duz qəbulunun mütləq 5 qramı (1 çay qaşığı) keçməməlidir. Bir çox insanın yeməklərə əlavə duz qatdığı, bunun da ürək və hipertenziya kimi xəstəliklərdən başqa böyrəkdə də daş yaranmasına səbəb olduğu bildirilir. Tərəvəzlərdən süd məhsullarına qədər bir çox qidanın içərisində duz var. Buna görə də yeməklərə əlavə duz qatmamaq lazımdır. Son illərdə fast-food tərzi qidalanma, hazır qidalar və müxtəlif qəlyanaltılar böyük maraq görür. Lakin bu məhsulların içərisində çox yüksək miqdarda duz var.
3- KİFAYƏTSİZ TƏRƏVƏZ QƏBULU
Yay aylarında çöldə keçirilən vaxtın artması, tətildə xüsusilə açıq bufetlərdə tərəvəz yeməkləri yerinə qızartma və ət ağırlıqlı qidalanma ilə səhər yeməyində işlənmiş ət məhsullarına üstünlük verilməsi də böyrəklərə zərər verir. Heyvani proteinlərin həddindən artıq qəbul edilməsi daş yaranmasına səbəb olur.
4- SAĞLIQSIZ PƏHRİZ
Xüsusilə yaza girərkən və yay mövsümündə tətilə çıxmadan əvvəl arıqlamaq məqsədi ilə edilən pəhrizlər bir müddət sonra davam etdirilə bilməyərək, dayandırıla bilər və hətta dayandırıldıqdan sonra daha çox kilo olaraq geri dönə bilər. Artıq çəki şübhəsiz sağlamlığın ən böyük düşmənlərindən biri olduğu kimi böyrək sağlamlığı üçün də son dərəcə zərərli. Belə ki, artıq çəkisi olan və ya obezlik diaqnozu qoyulan şəxslərdə böyrək daşı riskinin artdığı müşahidə olunur. Ancaq artıq çəkilərdən qurtulmaq üçün davamlılığı olmayan, fayda yerinə zərər verən, yüksək proteinli şok diyetlərdən və hər cür 'bitki' adı altında satılan məhsullardan qaçınmaq lazımdır.
5- HƏRƏKƏTSİZ YAŞAM
Həddindən artıq temperatur və yüksək nəmlik adətən hərəkəti çətinləşdirir və xüsusilə risk qrupunda olan şəxslərin günəşin dik olduğu saatlarda mümkün qədər evdə qalmaları məsləhət görülür. Həmçinin, günəş şüalarının dik və intensiv gəldiyi 11:00-16:00 saatları arasında çöldə idman etmək də təhlükəli ola biləcəyindən, günün erkən və ya axşam saatları çöldə gəzinti/idman üçün uyğun vaxtlardır. Lakin bəzi insanlar yay mövsümünün şərtləri səbəbindən çöldə nəinki gəzmək, heç bir fəaliyyətlə məşğul olmayaraq evdə qala bilirlər. Hərəkətsizlik də sağlamlığa bir çox baxımdan zərər verdiyi kimi böyrək daşının yaranma tezliyinin də artmasına səbəb ola bilir. Bu səbəbdən məşqi laqeyd etməmək, hərəkətsiz qalmamaq lazımdır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






