Xromin dərmanı nə üçündür? Dərman haqqında məlumat

Xromin dərmanı piylənmə zamanı, artıq bədən çəkisi zamanı istifadə olunan preparatdır.

Sep 15, 2024 - 08:01
Sep 15, 2024 - 07:57
 0
Xromin dərmanı nə üçündür? Dərman haqqında məlumat
Xromin dərmanı

Xromin dərmanı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Xromin qiyməti

Xromin dərmanı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Xromin qiyməti 23 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Xromin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.


Farmakoloji qrupu:

Vitaminlər + Minerallar

Tərkibi:

Hər 1 kapsulun tərkibinə daxildir:

  • Chromium picolinate
  • Piridoxin hidrochloride (Vitamin B6) 
  • Curcumin

Təsir mexanizmi:

Xrom pikolinat (Cr3) - bioloji aktiv qida əlavəsidir. Orqanizm tərəfindən kifayət qədər yaxşı mənimsənilir. Böyüklərdə xroma sutkalıq tələbat 200mkq-dır. Xrom şəkərli diabetin, piylənmənin, metabolik sindromun, sklerozun, karbohidrat mübadiləsinin pozğunluqlarının profilaktikası və müalicəsi zamanı istifadə olunur. Xromun əsas bioloji rolu karbohidrat mübadiləsi və qanda şəkərinn miqdarının tənzimlənməsində iştirak etməkdir. Xrom kiçik molekulalı üzvi kompleks olan - "qlükozaya qarşı tolerantlıq faktoru"nun (Glucose Tolerance Factor, GTF) tərkibinə daxildir. Xrom toxumaların insulinə qarşı həssaslığını artır, qlukozanın hüceyrələr tərəfindən mənimsənilməsini təmin edir. İnsulinin tənzimlədiyi bütün metabolik proseslərdə bu hormonun təsirini gücləndirir. Buna görə şəkərli diabeti (xüsusilə II tip) olan insanlar üçün vacib maddə sayılır. Xrom defisiti orqanizmdə diabetǝbənzər halların yaranmasına səbəb olur. Xrom pikolinat orqanizmdə xrom defisitini bərpa edir, lipid mübadiləsini tənzimləyir, qanda qlükozanın miqdarını, xolesterinin səviyyəsini aşağı salır. Şirin qidalara qarşı tələbatı zəiflətməklə, aclıq hissini, iştahanı azaldır. Xrom normal konfiqurasiyalı insulin stereoformasının sintezini təmin edir. Qlukozanın hüceyrə daxili mübadiləsini stimulyasiya edərək, əzələ kütləsinin normallaşmasına, piylərin parçalanmasına səbəb olur. Piylənmə və artıq çəkidən əziyyət çəkən insanlarda arıqlamağa, çəkinin azalmasına səbəb olur. Ateroskleroz riskini, astenovegitativ reaksiyaları azaldır, damarların elastikliyini bərpa edir. Orqanizmdə xrom defisitinin olması bədən kütləsinin artmasına, piylənməyə, artıq çəki, uşaqlarda və böyüklərdə metabolik sindrom, şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.
Piridoksin (Vitamin B6) zülal mübadiləsini tənzimləyir. Aminturşuların hüceyrə membranından keçməsini təmin edir. Lipid mübadiləsini normallaşdırır, doymamış yağ turşularının mənimsənilməsini yaxşılaşdırır. Əzələ normal təqəllüsünü təmin edən kreatininin eninǝzolaqlı əzələdə miqdarını artırır. Piridoksin qlükoza metabolizmində iştirak edir. Vitamin B6 qanda şəkərin miqdarını stabilləşdirməyə kömək edir, hüceyrələrdə qlükozanın metabolizmini aktivləşdirir. Diabetik retinopatiyanın yaranmasının qarşısını alır. Vitamin B6- nın çatışmamazlığı zamanı qlükoza mübadiləsi pozulur, belə ki, glükoza-6-fosfatdehidrogenaza fermentinin aktivliyi azaldığından qlükozanın oksidləşməsi zəifləyir, fosforilaza fermentinin aktivliyi azaldığından qlikogenin parçalanması ləngiyir. Vitamin B6-dan müntəzəm istifadə diabetə səbəb olan ksanturen turşusunun toplanmasının qarşısını alır. Sinir sisteminin işini tənzimləyir, periferik sinirlərin xəstəlikləri (radikulit, nevrit və s) zamanı sinir keçiriciliyini yaxşılaşdırır. Neyromediator - norepinefrin, serotonin, qlisin, qamma aminoyağ turşusu sintezini təmin edir. Depressiyanı, gərginliyi aradan qaldırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Qanyaranma və immunitetə birbaşa stimullaşdırıcı təsir göstərir. Piridoksin təbii sidikqovucu təsir göstərir, orqanizmdə ödemin yaranmasına, mayenin toplanmasına mane olur, arterial təzyiqi aşağı salır. Vitamin B6 ürək xəstəlikəri zamanı risk faktoru sayılan
homosistein aminturşusunun orqanizmdən atılmasını təmin etməklə, insult və miokard infarktı riskini azaldır.
Curcumin - tərkibində efir yağları, kurkumoid, bir çox mineral və vitaminlər var. Kurkumin maddələr mübadiləsini sürətləndirir, yağları parçalayır, orqanizmdə artıq maye toplanmasının qarşısını alır, bağırsaqlarda metabolizmi sürətləndirərək toksiki maddələrin bədəndən atılmasını təmin edir, piy toxumasının yaranmasının qarşısını alır, qanda şəkərin miqdarını normallaşdırır, şirin və yağlı qidalara qarşı tələbatı azaldır. Kurkumin təbii ödqovucu sayılır. Ödün sintezini artırmaqla qidanın tərkibindəki yağların parçalanmasını sürətləndirir. Ondan piylənmə, çəki artıqlığı zamanı arıqlamaq məqsədi ilə istifadə olunur.
Farmakokinetika:
Daxilə qəbul edilən xrom pikolinat MBT tərəfindən yaxşı mənimsənilir. Vitamin B6 nazik bağırsaqdan sorulur. Plazma zülalları ilə 90% birləşir. Bütün orqan və toxumalara yaxşı penetrasiya edir. Qaraciyərdə metabolizmə uğrayır. Sidik vasitəsilə eliminasiya olunur.

İstifadəsinə göstəriş:

Tərkibindəki kompanentlərin defisiti zamanı
Şəkərli diabetin malicə və profilaktikası Piylənmə, artıq çəki və buna meyillilik zamanı Uşaq və böyüklərdə metabolik sindrom
ÜİX, aterosklerozun müalicə və profilaktikası

İstifadə qaydası:

Böyüklər üçün sutkalıq doza 2-4 tablet məsləhət görülür.
6 yaşdan böyük uşaqlara sutkalıq doza 1-2 tablet
Sutkalıq doza 2-3 dəfəyə bölünərək daxilə qəbul edilir.
Doza həddini aşmaq olmaz.
Preparat yemək vaxtı və ya yeməkdən dərhal sonra qəbul edilməlidir.
Müalicə kursu 20-60gündür.

Əks göstəriş:

Tərkibindəki hər hansı kompanentə qarşı individual həssaslıq.
Hamiləlik və laktasiya dövrü
Kəskin qaraciyər və böyrək çatışmamazlığı
Dekompensasiya mərhələsində yanaşı xəstəliyi olan yaşlı insanlar
6 yaşdan kiçik uşaqlar.
Yan təsirləri:
Dispepsik pozğunluqlar, allergiya, başgicəllənmə

Digər dərmanlarla qarşılıqlı təsiri:

Xrom insulinin təsirini gücləndirməsinə baxmayaraq, hipoqlikemiyaya səbəb olmur. Vitamin B6 levadopanın aktivliyini zəiflədir.
Tərkibində spirt olan içkilərlə eyni zamanda qəbulu məsləhət görülmür.

Buraxılış forması:

No30 kapsul, blister qablaşdırmada içlik vərəgi ilə birgə karton qutuya yerləşdirilib.

Saxlanma qaydası:

25° C-dən aşağı temperaturda, gün şüası düşməyən, uşaqların əli çatmayan yerdə saxlamalı. Kapsul acılandan sonra qalan hissə kapsulun içində dərman qutusunda saxlanılmalıdır.

Yararlılıq müddəti:

3 il.

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil, qidaya əlavədir.

İstehsalçı: 

Pharmex Rom Industry Crizantemelor 1, Mogosoaia - İlfov, Romania.
Lisenziya sahibi: Azerimed MMC

Xromin nə üçündür?

  1. Artıq bədən çəkisi zamanı istifadə olunan dərmanlar
  2. Piylənmədə istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow