Xərçəngi aşkar edən süni intellekt yaradıldı

Xərçəng diaqnozunu süni intelekt qoyacaq?

Jul 18, 2024 - 04:16
Jul 18, 2024 - 04:16
 0
Xərçəngi aşkar edən süni intellekt yaradıldı
Xərçəngi aşkar edən süni intellekt yaradıldı

"Doktorm.az"-ın verdiyi xəbərə görə, Çində xərçəng görüntülərini oxuya bilən çox yönlü bir süni intellekt modeli inkişaf etdirilib.

Çinli elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini detallı şəkildə oxuya bilən çox yönlü bir süni intellekt modeli yaradıb. Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellekt texnologiyaları istehsal edən SenseTime şirkətindən olan tədqiqatçılar, ölkənin yerli məlumatlarından təxminən 300 min rəqəmsal patoloji görüntüdən istifadə ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, çox yönlü süni intellekt modeli 20-dən çox orqanı analiz edə bilir. Bu, pan-xərçəng təsnifatı, lezyon tərifi, çoxlu xərçəng və bioloji markerlərin qiymətləndirilməsi kimi sahələri əhatə edir.

"PathOrchestra" adlanan bu süni intellekt tətbiqi, 50-yə yaxın xərçəng hadisəsində 95%-dən yüksək bir dəqiqlik dərəcəsinə çatıb.

Bu tətbiq, Çinin süni intellekt sahəsində sürətli inkişafının bir göstəricisi olaraq qəbul edilir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow