Vizarsin 100 mq nə üçündür? istifadə qaydası necədir?

Vizarsin 100 mq - Potensiya zəifliyi zamanı istifadə olunan preparatdır.

Aug 21, 2024 - 12:56
Aug 21, 2024 - 12:55
 0
Vizarsin 100 mq nə üçündür? istifadə qaydası necədir?
Vizarsin 100 mq

Vizarsin 100 mq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vizarsin 100 mq qiyməti 

Vizarsin 100 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vizarsin 100 mq qiyməti 4 azn - 6 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vizarsin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Sildenafil

Tərkibi

  • Təsiredici maddə: bir tabletin tərkibində müvafiq olaraq, 35,12 mq; 70,24 mq; 140,48 mq sildenafil sitrat (25 mq, 50 mq və 100 mq sildenafilə ekvivalent) vardır.
  • Köməkçi maddələr: mikrokristallik sellülloza (avisel PH 101), kalsium hidrofosfat, natrium kroskarmelloza, hipromelloza, mikrokristallik sellülloza (avisel PH 102), maqnezium stearat.
  • Örtük: örtük qarışıq məhluluna daxildir - 28% hipromelloza, 40% laktoza monohidrat, 24% titan dioksid, 8% triasetin.

İstifadəsinə göstərişlər

Qənaətləndirici cinsi akt üçün kifayət olan cinsi orqanın ereksiyasını əldə etmə və ya saxlanmasına malik olmaması ilə xarakterizə edilən erektil disfunksiyanın müalicəsi. Yalnız seksual stimullaşma zamanı effektivdir.

Əks göstərişlər

  • Sildenafilə və preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
  • Sildenafilin NO/sQMF qarşı məlum təsirini nəzərə alaraq sildenafil nitratların hipotenziv təsirini gücləndirə bilər, buna görə NO donatorları ilə (amil nitrat kimi) və ya diqər formalı nitratlar ilə birlikdə onu istifadə etmək əks göstərişdir.
  • Sildenafil daxil olmaqla, erektil disfunksiyanın müalicəsi üçün preparatları seksual aktivlik tövsiyə edilməyən kişilərdə (məsələn, qeyri-sabit stenokardya və ya ağır ürək çatışmazlığı kimi ağır ürək-damar xəstəlikləri olan) istifadə etmək olmaz.
  • Simptomatik hipotoniyaya səbəb ola biləcəyi üçün, sildenafil də daxil olmaqla, PDE5 inhibitorlarının riosiquat kimi quanilatsiklaz stimulyatorları ilə birlikdə qəbulu əks göstərişdir.
  • Vizarsin preparatı qeyri-arterial genezli ön işemik optik neyropatiya (NAİON) nəticəsində FDE5 inhibitorların istifadəsi ilə bağlı olub və ya olmamasından asılı olmadan zəiflədilmiş görmə qabiliyyəti olan xəstələrdə, həmçinin qaraciyər funksiyasının nəzərə çarpalı pozulmalarında, arterial hipotenziyada (AT ˂ 90/50 mm c.s.), yaxın günlərdə keçirilmiş insult və ya miokard infarktlnda, təsdiq olunmuş anadangələn torlu qişanın distrofiyasında (o cümlədən piqmentli retinit (retinitis pigmentosa)), 18 yaşa qədər xəstələrdə istifadə olunmur.
  • Qeydə alınmış göstərişlər üzrə Vizarsin preparat qadınlarda istifadə üçün nəzərdə tutulmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qeydə alınmış göstərişlər üzrə Vizarsin preparatı qadınlarda istifadə üçün nəzərdə tutulmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər mürəkkəb mexanizmləri idarəetmə qabiliyyətinə təsiri tədqiq edilməyib, lakin görmənin pozulması və başgicəllənmə ehtimalını nəzərə alaraq, xəstələr
Vizarsin preparatının fərdi təsirini qiymətləndirməlidir, xüsusilə müalicənin əvvəlində və dozalanma rejiminin dəyişdirilməsi zamanı.

Vizarsin 100 mq istifadə qaydası və dozası

Daxilə.
Tövsiyə edilən doza sutkada 50 mq təşkil etməklə, ehtiyac olduqda ehtimal olunan seksual aktivlikdən təxminən 1 saat əvvəl qəbul edilir. Effektivlikdən və dözümlükdən asılı olaraq
Vizarsin preparatının dozasını 100 mq/gün-ə qədər artırmaq və ya 25 mq/gün-ə qədər azaltmaq mümkündür. Tövsiyə edilən maksimal doza 100 mq/gün təşkil edir. Preparatın istifadəsinin tövsiyə edilən maksimal tezliyi gündə 1 dəfə təşkil edir. Vizarsin preparatının qida ilə qəbulu acqarına qəbulu ilə müqayisədə onun təsirinin daha gec baş verməsinə səbəb ola bilər.
Yaşlı xəstələrdə istifadəsi
Vizarsin preparatının dozasına düzəliş tələb edilmir.
Böyrək funksiyasının pozulması:
Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığında (KK 30-80ml/dəq.) dozaya düzəliş tələb edilmir, ağır böyrək çatışmazlığında (KK 30ml/dəq. aşağı) isə - Vizarsin preparatının dozası 25mq/gün-ə qədər azaldılır.
Qaraciyər funksiyasının pozulması
Qaraciyər çatışmazlığı (məs. sirroz) olan xəstələrdə sildenafilin klirensi azaldığı üçün 25 mqlıq doza nəzərdən keçirilməlidir. Təsirliliyi və dözümlülüyü əsas götürərək, dozanı mərhələli şəkildə 50 mq-a və 100 mq-a qədər artırmaq lazım gələ bilər.

Digər dərman vasitələri ilə birlikdə qəbulu

Ritonavir ilə birlikdə qəbul etdikdə Vizarsin preparatının maksimal birdəfəlik dozası 25mq/gün-dən çox olmamalıdır, istifadə tezliyi isə - 48 saatda 1dəfə.
Ortostatik hipotenziyanın əmələ gəlməsi ehtimalını azaltmaq üçün sildenafil ilə müalicəyə başlamazdan əvvəl alfa-adrenoblikatorlarla müalicə zamanı sabit vəziyyət əldə etmək lazımdır.

Saxlanma şəraiti

Xüsusi saxlanma şəraiti tələb edilmir.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

KRKA, d.d., Novo mesto, Sloveniya

Vizarsin 100 mq nə üçündür? 

Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow