Valideynlərin diqqətinə: Uşaqları dənizə aparmayın

Jul 29, 2025 - 10:08
 0
Valideynlərin diqqətinə: Uşaqları dənizə aparmayın
Valideynlərin diqqətinə: Uşaqları dənizə aparmayın

Uşaqların açıq su hövzələrində çimməsi sağlamlıqları üçün ciddi risklər daşıya bilər.

Doktorm.az xəbər verir ki, Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakovun sözlərinə görə, xüsusilə südəmər və məktəbəqədər yaşlı uşaqlar üçün açıq suda çimmək bir çox infeksiyalara yoluxma və hipotermiya təhlükəsini artırır.

Batrakovun sözlərinə görə, körpələrin və kiçik yaşlı uşaqların immunitet sistemi hələ tam inkişaf etmədiyi üçün onlara açıq su hövzələrində üzmək 2-3 yaşına qədər tövsiyə edilmir. Bu yaş dövründə uşaqların bədən müqaviməti zəif olduğundan, rotavirus kimi ciddi infeksiyalara daha tez yoluxa bilirlər. Həkim xüsusilə vurğulayıb ki, bir yaşdan kiçik uşaqları açıq suda üzməyə aparmazdan əvvəl rotavirus peyvəndi etdirilməsi önəmlidir.

Eyni zamanda, çimərlikdə uşaqların təhlükəsizliyinə diqqət yetirilməlidir. Batrakov bildirib ki, uşaqlar qumun dadına baxmaq kimi vərdişləri olduğundan, bu zaman qumun tənəffüs yollarına düşmə riski yüksəkdir. Bu da aspirasiya və nəticədə boğulma təhlükəsinə səbəb ola bilər. Həkim valideynləri bu kimi hallara qarşı diqqətli olmağa çağırır.

Bundan əlavə, açıq su hövzələrində çimərkən uşaqlar hipotermiya riski ilə də üzləşirlər, çünki suların temperaturu kifayət qədər isti olmaya bilər və uşaq bədəninin istilik qoruyucu mexanizmi hələ zəif işləyir. Hipotermiya həm də uşaqların immunitetinin zəifləməsinə səbəb ola bilər ki, bu da başqa xəstəliklərə yoluxma riskini artırır.

Qeyd edək ki, uşaqların sağlamlığını qorumaq üçün valideynlər açıq su hövzələrində çimməyi təxirə salmalı, uşaqları rotavirus peyvəndi ilə qorumaq və qum kimi xarici maddələrin təhlükəsindən diqqətlə qorunmalıdırlar. Bu tövsiyələr uşaqların təhlükəsiz yay fəslindən zövq almaları üçün önəmlidir./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow