İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ!

Rotavirus barədə hazırladığımız yazıdan sonra, maarifləndirmə məqsədi daşıyan yeni bir yazı yazmaq qərarına gəldik. Hərkəsi qorxuya salan bu virus əslində hər mövsüm keçidi müşahidə olunan bir xəstəlikdir.
Bəs bu virusun düzgün müalicəsi necə aparılmalıdır?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Respublika Kliniki Xəstəxanasının həkim-infeksionisti Tofiq Hacıyevin sözlərinə görə, bəzi infeksion xəstəliklərin rastgəlmə hallarında mövsümdən asılı olaraq artım müşahidə olunur və rotavirus infeksiyası onlardan biridir.
“Yay mövsümündə bu xəstəlik hallarında artım müşahidə olunur. Artım isə daha çox uşaqlar arasında müşahidə olunur. Artımın səbəbi gigiyena qaydalarına əməl edilməməsi, su və qida mənbələrinin çirklənməsi, sosial təmasların artması, immunitetin zəifləməsidir. Bundan əlavə yayda insanlar daha çox bir araya gəlir, səyahət edir, ictimai yerlərdə daha çox vaxt keçirirlər. Belə olduqda isə 5 yaşa qədər uşaqlar rotavirus infeksiyasına daha çox məruz qalır. İmmuniteti zəif olan böyüklər, xroniki xəstəliyi olanlarda risk altındadır”.
Həkim virusun yayılma yollarından və simptomlarından da danışdı:
“Yayılması fekal-oral yolladır. Virus ətraf mühit amillərinə olduqca davamlıdır və həftələrcə, aylarca ətraf mühitdə törədici olaraq qala bilirlər. Rotavirusun inkubasiya müddəti 48 saatdan azdır. Yəni xəstə ilə təmasda olan şəxslərdə ilk simptomlar 2 gün ərzində özünü biruzə verir. Xəstəliyin ilk simptomu ani qusmadır. Daha sonra ishal və yüksək temperatur qoşulur. Kəskin qarın ağrısı, spazmaşəkilli sancılar, ümumi halsızlıq, baş ağrısı görülən siptomlardandır. Simtomplar əsasən 3-7 gün davam edir”.
Rotavirus: symptoms, causes, treatment, medicine, prevention, diagnosis
Doktor deyir ki, immun sistemi zəif insanlarda şiddətli, uzunmüddətli bəzən ölümcül rotavirus ishalı da görülə bilir. Müayinə zamanı bağırsaqda hiperaktiv səslər müəyyən edilir. Diurezin (sidik ifrazı) azalması, çəki itkisi görülür. Diaqnoz isə klinik əlamətlər və anamnez əsasında qoyulur. Bəzi spesifik laboratoriya testləri olsada tez bir zamanda nəticələnmədiyi üçün klinik praktikada istifadə olunmur.
“Xəstəliyin hər hansı spesifik müalicəsi mövcud deyil. Oral (ağızdan) və ya parenteral (damar yolu ilə) maye və elektrolit verilməsi dehidratasiyanın (susuzlaşmanın) qarşısını alır. Həmçinin pəhriz təyin olunur. Yüngül qidalar, banan, qaynadılmış düyü, qaynadılmış kartof məsləhət görülür. Uşaq bezi istifadə eləyən və tualet tərbiyəsi tam formalaşmamış uşaqlara standart gigiyenik tədbirlərdən başqa təmas izolyasiyası göstərişdir. Bu xəstəlikdən qorunmaq üçün effektivliyi sübut olunmuş 2 peyvənddən biri ilə peyvəndlənmə məsləhət görülür. Bu peyvənlər müvafiq olaraq "RotaTeq"- 2-4-6 aylarda, "Rotarix" 2-4 aylarda oral yolla verilir” - deyə, T.Hacıyev bildirdi.
Belə… Təkcə xəstəliklərlə mübarizə apardığımız mövsum keçidlərində yox, hər gün özümüzü və övladlarımızı qoruyaq!/news24.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






