ÜST qorxunc xəstəliklə bağlı həyəcan təbili çaldı

Aug 12, 2024 - 14:57
 0
ÜST qorxunc xəstəliklə bağlı həyəcan təbili çaldı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  avqustun 14-də fövqəladə iclası keçiriləcək.

Doktorm.az lent.aa-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində məlumat verib. O Afrikada artıq epidemiya şəklini almış meymunçiçəyi xəstəliyi ilə bağlı həyəcan təbili çalıb.

ÜST-nin məlumatına görə, Konqo Demokratik Respublikasında iki ildir ki, meymunçiçəyi epidemiyası davam edir və o, qonşu ölkələrə də keçə bilər.

Qeyd edək ki, meymunçiçəyi virus infeksiyasıdır. Xəstəlik  tomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq şəklində ilk əlamətlərlə özünü göstərir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow