Sağlamlığınız üçün bu vərdişlərdən əl çəkin
 
                                    Polemika.az xəbər verir ki, ABŞ-lı fizioterapist Chris Boettcher son araşdırmalara əsaslanaraq sağlamlığı zərərli edən 10 vərdişi açıqladı:
- 
Səhər ilk iş olaraq qəhvə içmək 
 Səhər saatlarında qəhvə içmək bədənin su itkisinə səbəb olur və enerjinizi düşürür.
- 
Oyanan kimi telefona baxmaq 
 Günə başlar-başlamaz telefona baxmaq gözlərinizə zərər verə bilər və diqqətinizi yayındırır.
- 
Yatmazdan əvvəl telefonla məşğul olmaq və mavi işığa məruz qalmaq 
 Telefonun mavi işığı yuxu hormonlarını təsir edərək yuxusuzluğa səbəb ola bilər.
- 
Səhər yeməyində mısır gevreyi kimi taxıl məhsulları yemək 
 Bu cür məhsullar yüksək şəkər və az protein tərkibli olduğu üçün enerji səviyyənizi tez bir zamanda aşağı salır.
- 
Çox az protein qəbul etmək 
 Bədəndə kifayət qədər protein olmaması əzələ itkisinə və zəif immun sisteminə səbəb ola bilər.
- 
Daim oturmaq 
 Uzun müddət oturmaq ürək-damar xəstəlikləri və obezite riskini artırır.
- 
Qazlı içkilər və meyvə şirələri içmək 
 Bu içkilər çoxlu şəkər və süni qatqılar ehtiva edir, bu da sağlamlığa zərər verə bilər.
- 
Axşam yeməyində alkoqol qəbul etmək 
 Axşam saatlarında alkoqol qəbul etmək yuxu keyfiyyətinizi pozur və bədənin su balansını təsir edir.
Bu zərərli vərdişlərdən imtina edərək daha sağlam və balanslı bir həyat tərzinə keçə bilərsiniz.
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                            
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            