Uşaqların peyvənd cədvəli
Peyvəndlər infeksiyanı təqlid edərək immunitetin qurulmasına kömək edir, lakin bu "saxta" infeksiya xəstəliyə səbəb olmur.

Peyvənd nədir?
İnfeksiyaya qarşı immuniteti təmin etmək üçün hazırlanmış və orqanizmə müxtəlif üsullarla verilən bioloji məhsullara peyvənd deyilir.
Tibbi ədəbiyyatlar yazır ki, bakteriya və ya virus kimi mikroblar bədənə daxil olduqda, bədənimizdəki hüceyrə və orqanlara hücum edərək çoxalırlar. Bu, infeksiya adlanır.
Bədənimizdəki immunitet sistemi infeksiya ilə mübarizə aparmalıdır.
Peyvəndlər infeksiyanı təqlid edərək immunitetin qurulmasına kömək edir, lakin bu "saxta" infeksiya xəstəliyə səbəb olmur.
Bunun əvəzinə, gerçək infeksiya baş verdikdə immunitet sisteminin eyni reaksiyanı inkişaf etdirməsinə imkan yaradır.
Beləliklə, orqanizm bir mikrobla qarşılaşdıqda, inkişaf etdirdiyi müdafiə sistemindən istifadə edərək onunla mübarizə aparır və insan xəstəliyə tutulmur. Bu insan artıq həmin xəstəliyə qarşı immunitetə malik olmuş olur.
İmmunoprofilaktika yolxucu xəstəliklərə qarşı müdafiə metodudur. Əhalinin samlağlığı, eləcə də sanitar-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir. Yolxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunoloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkəmizdə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və tam təhlükəsizdir.
Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, difteriya,tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, hətta demək olar ki, yox dərəcəsindədir. AAP (America Pediatrik Akademiyasının) məlumatına görə vaksinoprofilaktika nəticəsində hər il dünyada 4,5 milion insan ölümdən xilas olur. Peyvəndlərin aparılması Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Peyvənd təqvimi 1994-cü ildə təsdiq edilib. Sonradan təqvimə əlavələr olunub.
Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hal-hazırda ölkəmizdə hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tip hemofil infeksiya , pnevmokokk, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Peyvənd yalnız tam sağlam uşağa vurulur. Bunun üçün öncədən uşaq pediatrı və nevropatoloq tərəfindən müayinə olunmalıdı. Birlikdə verilən qərara əsasən uşaga peyvənd vurulur.
Peyvəndlərə müvəqqəti əks əks göstərişlər bunlardır:
-
Kəskin respirator infeksiya (KRİ)
-
Xroniki xəstəliklərin kəskinləşməsi
Kəskin respirator infeksiya və kəskin bağırsaq infeksiyası keçirmiş uşaqlara hərarət normaya düşdükdən sonra peyvənd etmək olar. Xroniki xəstəliyi olan uşaqlara peyvəndlər remissiya dövründə vurulur (yəni kliniki və laborator göstəricilər norma daxilində olanda).
Mütləq əks göstərişlər bütün vaksinlər üçün:
-
Əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma
-
Birincili immunodefisit vəziyyətlər (immunosupressiya)
-
Bədxassəli törəmələr
-
Hamiləlik
Peyvəndlərin yan təsirləri iki qrupa bölünür: yerli və ümumi
Yerli reaksiyalar peyvənd yerində qızartı, şişkinlik, səpkilər və ağrı hissi ilə özünü biruzə verir. Ümumi reaksiyalar isə hərarətin yüksəlməsi, halsızlıq kimi əsas simptomlarla özünü büruzə verir. Adətən bu reaksiyaların peyvənd vurulduqdan 3 gün müddətində davam etməsi normal sayılır. Ümumiyyətlə peyvəndlərin yan təsirləri barəsində pediatr öncədən valideynləri məlumatlandırmalıdır və 3 gün müddətində yan təsirlər keçməsə, həkimlə əlaqə saxlamalarını bildirməlidi.
Peyvəndlər uşaqlarımızı ağır, ölümcül hətta bəzən əlilliyə gətirib çıxaran xəstəliklərdən qoruyur. Bəzən valideynlər peyvəndlərin yan təsirlərindən qorxaraq imtina edirlər. Nəzərinizə almaq lazımdır ki, peyvəndlər uşaqlarınızı ağır infeksion xəstəliklərdən və onların fəsadlarından (iflic, sonsuzluq, ensefalit və s.) və ölümdən qoruyur. Son zamanlar bütün dünyada tüğyan edən COVİD-19 virusuna qarşı peyvəndin hazırlanmasını hər kəs səbirsizliklə gözləyir.
Azərbaycan Respublikasının Milli peyvənd təqvimi
Yaş |
Peyvənd |
Xəstəliklərin profilaktikası |
Doğumdan sonra 12 saat ərzində |
Hep B |
Hepatit B xəstəliyinə qarşı peyvənd |
4-7-ci gün |
BCG OPV |
Vərəm əleyhinə peyvənd Poliomielitə qarşı peyvənd |
2 aylıqda |
Hib |
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd |
2 aylıqda |
OPV Pk |
Poliomielitə qarşı peyvənd Pnevmokok infeksiyalarına qarşı peyvənd |
3 aylıqda |
Hib |
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd |
3 aylıqda |
OPV |
Poliomielitə qarşı peyvənd |
4 aylıqda |
Hib |
B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd |
4 aylıqda |
OPV Pk |
Poliomielitə qarşı peyvənd Pnevmokok infeksiyalarına qarşı peyvənd |
6 aylıqda |
Pk |
Pnevmokok infeksiyalarına qarşı peyvənd |
12 aylıqda |
QPM Vit A |
Qızılça, parotit və məxmərəyə qarşı peyvənd Vitamin A |
18 aylıqda |
GDT OPV Vit A |
Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd Poliomielitə qarşı peyvənd Vitamin A |
6 yaşında |
QPM DT Vit A |
Qızılça, parotit və məxmərəyə qarşı peyvənd Difteriya və tetanus əleyhinə peyvənd Vitamin A |
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






