Ürək xəstəliyinin bir nömrəli dərmanı: Qiyməti çox ucuzdur

Aug 30, 2025 - 10:10
Aug 30, 2025 - 10:12
 0
Ürək xəstəliyinin bir nömrəli dərmanı: Qiyməti çox ucuzdur
Ürək xəstəliyinin bir nömrəli dərmanı: Qiyməti çox ucuzdur

Dietoloq Nikol Kukko ürək sağlamlığını yaxşılaşdırmaq üçün insanlara hər gün armud yeməyi tövsyə edib. 

Doktorm.az xəbər verir ki, o, meyvənin sağlamlıq üçün digər faydalarını da bölüşüb.

Kukkoya görə, yetişmə mövsümünə sentyabr ayında başlayan ucuz məhsul xolesterini aşağı salmağa, qan təzyiqini idarə etməyə kömək edir, həmçinin ürək-damar xəstəliklərinin qarşısının alınmasında faydalıdır. 

"2019-cu ildə metabolik sindromlu 40 insan üzərində aparılan bir araşdırma göstərdi ki, 12 həftəlik gündəlik iki armud yeməkdən sonra onların ürək-damar xəstəlikləri riski azalıb," - deyə o, bildirib. 

Dietoloq onu da qeyd edib ki, armud C və K vitaminləri ilə zəngindir ki, bu vitaminlər immunitet sistemini yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir, dəmir çatışmazlığından qoruyur və oksidləşdirici stressi azaldır. Bundan əlavə, armud bağırsağın normal fəaliyyəti üçün zəruri olan əla lif mənbəyidir. /news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow