Toyuq ətinin ən zərərli hissəsi hansıdır?

Oct 10, 2024 - 13:04
 0
Toyuq ətinin ən zərərli hissəsi hansıdır?

Bir çoxlarının pəhriz məhsulu hesab etdiyi toyuq ətinin dərisi ətdən ayrılmazsa, donuz əti və ya yağlı mal əti ilə eyni miqdarda yağ ehtiva edir. Tərkibində çoxlu miqdarda doymuş yağ var və buna görə də onu yeməmək daha yaxşıdır.

Doktorm.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq və dietoloq Natalya Sıkeva danışıb.

O deyib: “Bud və ətrafı hissələri də istifadə etmək olar, amma naharda onları, axşam yeməyində isə arıq döşü yeməyi məsləhət görürəm. Bud və ətrafı hissələr qırmızı ətə daha yaxındır, kifayət qədər miqdarda doymuş yağ var, biz onu tamamilə diyetadan çıxarmırıq, lakin məhdudlaşdırırıq”. 

Həkim quşun döşünü toyuğun ən sağlam yeri adlandırıb. Onun sözlərinə görə, həmin hissədə minimum yağ var:

“Ətin hazırlanma üsulundan da çox şey asılıdır. Məhsulu xırtıldayana qədər qızartmamalısınız, çünki bu, kollagen liflərinin yapışmasına gətirib çıxarır ki, bu da öz növbəsində qan damarlarının və dərinin qocalmasına gətirib çıxarır. Ancaq bişmiş toyuq, buxarda hazırlanmış və ya sous vida, mümkün qədər sağlamdır. Hələ də hər gün yeməyə dəyməz. Toyuq ətini balıq və ya digər ət növləri ilə əvəz etmək lazımdır”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow