"Apple Watch" yaşlı qadının həyatını BELƏ XİLAS ETDİ

Oct 10, 2024 - 12:58
 0
"Apple Watch" yaşlı qadının həyatını BELƏ XİLAS ETDİ

iPhone 16 seriyası ilə birlikdə satışa çıxarılan Apple-ın yeni ağıllı saatı Apple Watch Series yaşlı bir qadının həyatını xilas edib.

Doktorm.az News24.az-a istinadən xəbər verir ki, ürək xəstəliyi olan qulaqcıqların fibrilasiyasını aşkar edən ağıllı saat yaşlı qadına dərhal həkimə müraciət etmək və erkən müalicə almağa imkan verib.

X/Twitter istifadəçisi Nikias Molina, Apple Watch-un nənəsini dəqiqədə orta hesabla 61 döyüntü (BPM) anormal ürək ritminə görə xəbərdar etdiyini və ona həkimə müraciət etməyi tövsiyə etdiyini söyləyib.

Molinanın yazısında aşağıdakı ifadələr yer alıb:

"Bu gün mənim Apple Watch Series 10 cihazım EKQ funksiyasından istifadə edərək nənəmin xəstəliyini (qulaqcıqlarının fibrilasiyasını) aşkarlayıb. O, hazırda xəstəxanadadır və müalicə alır. Hələ də buna inana bilmirəm".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow