Tərəvəzləri öz həyətinizdə yetişdirin, çünki... – Qastroenteroloqdan açıqlama

Jul 24, 2024 - 15:46
 0
Tərəvəzləri öz həyətinizdə yetişdirin, çünki... – Qastroenteroloqdan açıqlama
Həyətdə yetişdirilən yay tərəvəzləri orqanizmin düzgün işləməsini təmin edir.
Doktorm.az medecina.az-a istinadən xəbər verir ki, bu barədə “RİAMO”ya müsahibəsində qastroenteroloq Vladimir Neronov danışıb.
Onun sözlərinə görə, tərəvəz demək olar ki, bütün insanlar üçün faydalıdır, xüsusən də onlar insanın öz həyətində yetişdirilirsə.
“Həyətdə yetişdirilən tərəvəzlər daha sağlamdır. Çünki əlavə kimyəvi vasitələrə məruz qalmır. Bu tərəvəzlərdə minerallar, vitaminlər, yağlar, zülallar, karbohidratlar, həmçinin bitki lifləri kimi son dərəcə vacib qida maddələri var”, - deyə həkim bildirib.
O, həyət və bağlarda ən çox yetişdirilən tərəvəzlərdən olan xiyarın mədə-bağırsaq sisteminin düzgün işləməsinə kömək etdiyini deyib.
“Buna səbəb onun çoxlu lif ehtiva etməsidir. Bundan əlavə, tərkibində kalium, natrium, maqnezium, kalsium və C vitamini var.
Pomidor da A və C vitaminləri, eləcə də hüceyrələri zədələnmədən qorumağa kömək edən antioksidantlarla zəngindir. İnsan üçün təzə pomidorları normada yemək sağlam və arzuolunandır”, - Neronov qeyd edib.
O, hətta kartofun da kifayət qədər sağlam tərəvəz olduğunu bildirib. Həkimin sözlərinə görə, kartofu normada yemək olar. Çünki onun tərkibində bağırsaqlar üçün lazım olan nişasta və lif var.

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow