Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır

May 24, 2025 - 10:02
 0
Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır
Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır

Son illərdə "smartphone pinky" və ya "phone finger" kimi terminlər xüsusilə gənclər arasında yayılıb.

Doktorm.az xəbər verir ki, bu, smartfonu uzun müddət kiçik barmaqla dəstəkləməkdən yaranan ağrı, əyilmə və çökəkliklə xarakterizə olunur.

Həkimlər bu halın "trigger finger" və ya "karpal tunel sindromu" kimi ciddi problemlərin başlanğıcı ola biləcəyini bildirirlər. Hindistan və Səudiyyə Ərəbistanında aparılan araşdırmalar da bu problemin yayğın olduğunu göstərir.

Bu fenomen "text neck", barmaqda kilidlənmə, uyuşma və zəiflik kimi digər pozğunluqlarla da əlaqələndirilir.

Mütəxəssislər telefonu hər iki əllə tutmağı, kiçik barmağa düşən yükü azaltmağı, aksesuar istifadə etməyi və fasilələrlə barmaqları istirahət etdirməyi tövsiyə edirlər. Sadə məşqlər də əllərin sağlam qalmasına kömək edir.

"Smartphone pinky" texnologiyadan düzgün istifadə etməyin vacibliyini bir daha xatırladır./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow